Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
22.01.2020 [11:15]
Yeni Azərbaycan Partiyasının (YAP) 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədi Azər Badamov www.yap.org.az saytına müsahibə verib:
- Azər müəllim, Yeni Azərbaycan Partiyası tərəfindən növbəti dəfə deputatlığa namizədliyiniz irəli sürülüb. Bu, sizin üzərinizə nə kimi məsuliyyət qoyur?
- Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir. Fevralın 9-da keçiriləcək parlament seçkiləri ölkəmizin siyasi həyatında xüsusi önəm kəsb edir. Bu seçkilərdə mənim də namizədliyimin yenidən irəli sürüldüyünə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, partiyamızın Sədri, ölkəmizin Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Təbii ki, millət vəkili olmaq böyük məsuliyyətdir. 3-cü dəfədir ki, parlament seçkilərində iştirak edirəm. Seçicilərin etimadını qazanacağım təqdirdə üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağam. Bu vəzifələr isə ilk növbədə Prezident İlham Əliyevin siyasətinə dəstək vermək, bu siyasətin uğurlarını təbliğ etmək, inkişaf proseslərində yaxından iştirak etmək, parlamentdə qanunvericilik aktlarının müzakirələrində fəallıq göstərmək, Qusar rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı məsələləri diqqətdə saxlamaq, bu yöndə seçicilərlə mütəmadi olaraq görüşmək və onların qaldırdığı məsələlərin həllinə çalışmaqdır. Yenidən millət vəkili seçilərəmsə, insanların etimadını doğrultmağa çalışacağam.
Ümumiyyətlə, Azərbaycan YAP iqtidarının dövründə inkişaf edib. İnkişaf siyasətinin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hesab edirəm ki, ölkəmiz bundan sonra daha da zirvələrə ucalacaq. Partiyamız xalqa xidmət etmək üçün hakimiyyətdədir. YAP-ı təmsil edən millət vəkili olaraq həmişə dövlətə, insanlara layiqli xidmət göstərməyə çalışmışam. Əgər yenidən millət vəkili seçilsəm, layiqli xidmət göstərməyə davam edəcəm. Üzərimə düşən vəzifələri yerinə yetirmək üçün bilik və bacarığımı əsirgəməyəcəm.
- Siz Milli Məclisdə indiyə kimi Qusar rayonunu təmsil etmisiniz və yenə də namizədliyiniz bu rayondan irəli sürülüb. Ötən illər ərzində Qusar rayonunun sosial-iqtisadi həyatında hansı yeniliklər baş verib?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli şəkildə inkişaf edir. O cümlədən respublikamızın bölgələrinin də inkişaf dinamikası çox yüksəkdir. Bilirsiniz ki, indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət proqramı qəbul olunub. Onların üçünün icrası yekunlaşıb və bu proqramlar nəticəsində bölgələrdə böyük işlər görülüb. Hazırda dördüncü proqramın icrası uğurla davam edir.
Millət vəkili kimi mütəmadi olaraq seçicilərlə görüşmüşəm, onların fikir və təkliflərini dinləmişəm. Seçicilər tərəfindən qaldırılan bütün məsələlərin həllinə çalışmışam. Bu gün Qusar rayonu da inkişaf edir. Qusar respublikamızın gözəl guşələrindən biridir. Rayon ərazisində “Şahdağ” turizm mərkəzi fəaliyyət göstərir ki, bu nəinki respublikada, bütövlükdə regionumuzda ən gözəl turizm məkanlarından biridir. Buraya turistlərin axını ilbəil artmaqdadır. Eləcə də rayon ərazisində digər turizm obyektləri fəaliyyət göstərir. Qusarda turizm öz inkişaf dövrünü yaşayır.
Rayonumuzda sosial infrastruktur da yenilənir. Millət vəkili kimi parlamentdə Nazirlər Kabinetinin hesabatı, büdcə müzakirələri zamanı rayonumuzun sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər qaldırmışam. Təqdirəlayiq haldır ki, hökumət deputatların qaldırdığı məsələlərə obyektiv yanaşır, onların həlli istiqamətində addımlar atır. Ötən illər ərzində Qusar rayonunda yeni yollar çəkilib, tibb ocaqları, məktəblər tikilib istifadəyə verilib. Eləcə də rabitə-telekommunikasiya xidmətləri müasir səviyyəyə gətirilib, əhalinin fasiləsiz internetlə, elektrik enerjisi, təbii qazla təmin olunması və s. məsələlərlə bağlı tədbirlər həyata keçirilib. Bu proses davam edir.
- Qusar rayonunun daha da inkişafı üçün yeni təklifləriniz varmı? Seçicilərlə görüşlərinizdə insanların bu barədə fikirləri nədən ibarətdir?
- Əgər yenidən deputat seçilsəm, Qusar rayonunun inkişafı məsələlərini yenə də diqqət mərkəzində saxlayacam. Bu barədə həm özümün, həm də seçicilərin müraciətlərini parlament tribunasından səsləndirəcəyəm.
Təbii ki, seçicilərlə keçirilən görüşlərdə bununla bağlı fikir və təkliflər bildirilir. Mən də öz növbəmdə, yenidən deputat seçilərəmsə, bu məsələləri Milli Məclisdə səsləndirməklə yanaşı, əlaqədar dövlət qurumlarına da müraciət edəcəyəm.
- Azər müəllim, sizcə, fevralın 9-da Qusar rayon seçiciləri hansı mövqe nümayiş etdirəcəklər?
- Seçicilərə müraciətim odur ki, 9 fevralda fəal olsunlar, seçki məntəqələrinə gələrək səsvermədə iştirak etsinlər.
Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Yeni Azərbaycan Partiyası qələbələr partiyası hesab olunur. Ona görə ki, YAP Azərbaycanın gələcəyini düşünən partiyadır. Ölkəmizdə demokratik, azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün imkanlar mövcuddur. Bu barədə dövlətimizin siyasi iradəsi ortadadır.
Bu gün seçki qanunvericiliyi çərçivəsində parlament seçkiləri kampaniyası mühüm mərhələyə daxil olub. Hazırda təbliğat-təşviqat prosesi davam edir. Bütün siyasi partiyalara və namizədlərə bərabər imkanlar yaranıb. Bu imkanı yaradan isə dövlətimizdir.
Hesab edirəm ki, parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz. Çünki partiyamızla müqayisədə onlar çox zəifdirlər. Seçkilərdə partiyamızın qələbə qazanacağına əminəm. YAP qalib gəlsə, ölkəmiz daha da güclənəcək, əhalinin rifah halı daha da yüksələcək. Bir sözlə, partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

