/ / Ölkəmizdə siyasi qüvvələrin özünü ifadə etməsi, potensialını göstərməsi üçün yetərincə şərait var
Ölkəmizdə siyasi qüvvələrin özünü ifadə etməsi, potensialını göstərməsi üçün yetərincə şərait var
28.04.2020 [11:22]
- Elşən müəllim, bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədə dövlətimizin başçısı ölkəmizdə aparılan siyasi islahatların əhəmiyyətini vurğuladı. Eyni zamanda, siyasi dialoq mühitini müsbət qiymətləndirərək bildirdi ki, siyasi dialoq ölkəmizə böyük fayda gətirəcək. Bununla bağlı fikirlərinizi bilmək istərdik…
- Cənab Prezident İlham Əliyev islahata və dialoqa meylli olduğunu hər zaman, hər dönəmdə əyani sübutlarla göstərib və nümayiş etdirib. İndi də həmin prioritet ön plandadır. Bütün siyasi partiyaların və ümumilikdə siyasi qüvvələrin özünü ifadə etməsi, gücünü, potensialını göstərməsi üçün yetərincə şərait var və bizlər də həmin şəraitdən maksimum bəhrələnirik.
Son zamanlar məlum dinamikanın müsbət xətt üzərindən daha da irəliləməsi isə xüsusi, əlahiddə, təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Bildiyiniz kimi, fevral ayından etibarən, çox qısa müddət ərzində bütün siyasi partiya rəhbərləri ilə fərdi görüşlər keçirilib, onların fikirləri, təklifləri dinlənilib, üstəlik həmin təkliflərə dərhal reaksiyalar verilib. Düşünürəm, bu görüşlərin, məsləhətləşmələrin davamı da olmalıdır və əminəm ki, mütləq olacaq. Çünki dialoq zəminində qəbul olunan qərarlar, fikir müxtəlifliyi fonunda yetişən, ərsəyə gələn, formalaşan nəticə hər zaman effektli olur. Məlum xətt və prinsip demokratik dəyərlərin, demokratiya güzgüsünün ən parlaq təzahürüdür, tərənnümüdür. Faydasını da bütün mərhələlərdə görəcəyik.
- Dövlət başçısı çıxışında, həmçinin parlamentin və onun komitələrinin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsilçiliyini siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addım kimi dəyərləndirib. Sizcə, bu amilin əhəmiyyəti nədən ibarətdir?
- Mən bu nümunəyə və icraata məhz öz timsalımda cavab verə bilərəm: Gözləmədiyim halda komitə sədrinin müavini seçildiyimi parlament tribunasından eşitdim. Sonradan bildim ki, digər siyasi partiyaları təmsil edən həmkarlarım da qərardan xəbərsiz olublar. Çünki əvvəl belə ənənə yox idi. Etiraf etmək lazımdır bunu. Səbəb də çox sadədir. Yeni Azərbaycan Partiyası Milli Məclisdə ən güclü, dominant qüvvədir. Bizlər isə say hesabı ilə azlıqdayıq. Belə olan halda yalnız siyasi iradə lazımdır, olmalıdır ki, rəhbər təmsilçiliklə bağlı digər partiyalara güzəştə gedilsin. Və bu iradə nümayiş olundu.
Beləcə, yeni bir mərhələ başlandı, yeni siyasi konfiqurasiyanın formalaşması üçün zəmin yarandı. Alqışlamaq lazımdır həmin iradəni və təşəbbüsü. Üstəlik, yəqin sizlərin də məlumudur ki, Azərbaycan Parlamentinin tarixində ilk dəfə müxalif partiyanın nümayəndəsi sədr müavini vəzifəsinə qədər yüksəldi. Əlqərəz, yenilik – yenilik ardınca gəldi. Heç zaman görmədiyimiz mənzərəni seyr etdik. Bu həqiqətən yeni bir siyasi dövrün başlandığına dəlalət edir. Bu hadisələr yeni bir siyasi dönəmin işartısıdır.
- Məlumdur ki, siyasi dialoqdan imtina edənlər də var. Hansı ki, onlar vaxtilə hakimiyyətdə olduqları dövrdə respublikamızı dərin böhrana və xaosa sürükləmişdilər. Bu barədə nə deyə bilərsiniz?
- Dialoqdan imtina edənlər hər zaman cığal, qaragüruh, nimdaş fəaliyyətləri ilə özlərini tanıdanlardır. Onlar sivil qaydaların, demokratik prinsiplərin, mədəni proseslərin və ümumiyyətlə dövlətçiliyin, vətənin, millətin nə olduğunu anlamayan tiplərdir. Belələri elə dialoqa gəlməsələr daha yaxşı. Çünki adları siyasətçidir, özləri yox. Mahiyyətləri də yalnız dağıdıcılıq, yırtıcılıq və radikallıqdır. Hərdəmxəyallıqları da göz önündə. Ancaq nifrinlər püskürməklə, şəxsi maraqlarını təmin etmək yönündə çaba göstərməklə, hansısa beynəlxalq təşkilata, qrupa yedəklik, nökərlik eləməklə, bunun müqabilində də bol-bol qrantlar almaqla, qazanmaqla məşğuldurlar. Onlar bizdən deyil. Onlar düşməndir. Onlar anti-milli ünsürlərdir. Onların istəkləri və arzuları yalnız yırtıcı təfəkkürə köklənib, fokslanıb. Bu səbəbdən də təklif olunan dialoq maraq dairələrində deyil. Onlar beyinlərindən gələn instinktlərlə deyil, xaricdən verilən təlimatlarla işləyirlər. Ordan desələr ki, dialoqa gedin, gedəcəklər. Deməsələr yox.
Siyasi qüvvənin gərək öz ağlı, öz əzmi, öz iradəsi, öz qərar qəbul etmə lüksu olsun ki, ona uyğun da hərəkət eləsin. Bunlarda isə sadaladığım komponentlərin heç biri yoxdur. Onlar tarixin zibilliyinə gömülmüş məxluqatlardır.
- Radikal müxalifət, “beşinci kolon” koronavirus pandemiyasından da öz məqsədləri üçün istifadə etməyə çalışır. Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi fonunda onların bu cür davranışını necə qiymətləndirirsiniz?
- Azərbaycanın koronavirusla, ümumbəşəri bəla ilə mübarizə üsulu bu gün az qala bütün dünya üçün “yol xəritəsidir”. Ölkədən kənarda da hər kəs bizi təqdir edir, hamı görülən müsbət işləri qiymətləndirir, Azərbaycanın düzgün yol seçdiyini xüsusi eyhamla bildirir. Bircə radikal müxalifət və “5-ci kolon” adlandırdığımız qüvvələr reallığı və atılan mütərəqqi addımları görməkdə çətinlik çəkirlər, bütün müsbət gedişatları görməzdən keçirlər. Niyə? Çünki hətta koronavirusa da öz maraqları kontekstindən baxırlar. Tək arzuları, istəkləri budur ki, vəziyyət kəskinləşsin, ölüm sayı çoxalsın, əhalinin iqtisadi vəziyyəti pisləşsin və məlum durumdan da bacara bildikləri qədər istifadə eləsinlər.
Azərbaycan hakimiyyəti isə belə bir şansı həmin nadürüstlərə tanımır, onların arzusunu gözlərində qoyur. Hər zaman olduğu kimi. Radikal məxluqlar, anti-Azərbaycan qüvvələri hələ də fərqində deyillər ki, xalq və rəhbərin birliyi, həmrəyliyi olan yerdə nəinki koronavirus, onun yüz qatı belə bizləri məğlub edə, sarsıda, yıprada bilməz. Həmin xəyalpərəstlər, “Milli şura”nın qaraçı ideoloqları bax bu dediyimin fərqinə vardıqları gün öz siyasi fiaskolarını görəcəklər və anlayacaqlar. Gecindən də olsa.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

