Azərbaycanın qələbəsi, ordumuzun qəhrəmanlığı yüzillər boyu böyük coşqu ilə qeyd ediləcək
17.11.2020 [09:48]
Milli Məclisin deputatı Eldəniz Səlimov www.yap.org.az saytına müsahibə verib:
- Eldəniz müəllim, bu gün Azərbaycan cəmiyyətində möhtəşəm qələbə əhval-ruhiyyəsi hökm sürür. Bu barədə sizin düşüncələrinizi bilmək istərdik...
- Azərbaycan xalqı olaraq çox əlamətdar günlər, möhtəşəm tarixi anlar yaşayırıq. Bu anların sözlərlə, kəlmələrlə ifadəsi belə mümkün deyil. Belə ki, xalqımız, dövlətimiz 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızın azad olunmasını və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini, 8 noyabrı - qədim Qalamızın - Şuşamızın Zəfərini, 10 noyabrı - tarixi, möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir. Belə bir əlamətdar günü - günləri bizə bəxş etdiyinə görə, rəşadətli Azərbaycan Ordusuna və Silahlı Qüvvələrin Ali Baş Komandanı, qalib Sərkərdə, möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamını möhtərəm Prezidentimiz cənab İlham Əliyev şanlı ordumuzun 44 günlük zəfər yürüşü sayəsində işğal altında olan Qarabağda və ətraf ərazilərdə Azərbaycanın tarixi qələbəsini təmin etməklə həyata keçirdi. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində nizami ordumuz tərəfindən faşist və terrorist Ermənistanın demək olar ki, əksər cinayətkar silahlı quldur dəstələri darmadağın oldu, düşmənin texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbələr vuruldu. Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun rəşadəti, xalq-iqtidar birliyi məğlubedilməz erməni mifini darmadağın edərək Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. Ağır məğlubiyyətə uğrayan Ermənistan rəzil və miskincəsinə təslim oldu, 10 noyabr bəyanatına imza atmaqla, öz məğlubiyyətini etiraf etdi.
Ölkəmizin hər yerində olduğu kimi, təmsil olunduğum bölgədə də müzəffər Ordumuzun şanlı qələbəsi və azad olunmuş tarixi torpağlarımızda üçrəngli müqəddəs bayrağımızın dalğalanması böyük sevinc hissi ilə qarşılanır, qeyd olunur, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanların sevinci hədsiz-hüdudsuzdur. Ali Baş Komandanın “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, “Şuşasız Azərbaycan, Azərbaycansız Şuşa yoxdur!”, “Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpaqlarından!” və digər tarixi ifadələri dillər əzbərinə çevrilərək xalqımızın dilindən düşmür.
Əmin olduğumu bildirirəm ki, Müzəffər Ordumuz tərəfindən döyüş meydanlarında reallaşdırılan bu əzəmətli Qələbədən, xalq-iqtidar birliyindən, gənc nəslin vətənpərvərliyə köklənmiş ruh yüksəkliyi və könüllü səfərbərlik əzmindən, şəhidlərimizin və qazilərimizin valideynlərinin məğrur və vüqarlı davranışlarından yüz illər boyu böyük coşqu ilə bəhs ediləcək, qəhrəman əsgərlərimizin fədakar döyüş əzminə neçə-neçə dastanlar, musiqi əsərləri yazılaraq gələcək nəsillərə çatdırılacaqdır.
- Artıq işğaldan azad olunmuş bölgələrimizdə quruculuq işlərinin başlanması istiqamətində tədbirlər həyata keçirilir...
- Bu gün ölkəmizin işğaldan azad olunmuş əzəli torpaqlarımız olan qədim Qarabağımızda, onun bütün şəhər, qəsəbə və kəndlərində yeni bir mərhələ başlayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə o torpaqlarda geniş tikinti-quruculuq işlərinə başlanılacaq, bütün yurd yerlərimiz dirçəldiləcək, canlandırılacaq, bir sözlə, bu istiqamətdə qəbul ediləcək uğurlu layihələrin və proqramların hazırlanıb reallaşdırılması mühüm əhəmiyyət kəsb edəcək.
İnanıram ki, milli tərkibi müxtəlif olan bölgələrimizi təmsil edən gənclərimizin də bu döyüşlərdəki fəal iştirakı, göstərdiyi qəhrəmanlıq və qələbə əzmləri nəzərə alınaraq Qarabağın işğaldan azad olunmuş rayon və kəndlərində aparılacaq yenidənqurma və abadlıq işlərinə həmin bölgələrimizin gəncləri də cəlb olunacaq və onlar bu quruculuq və abadlıq işlərində fəal iştirak etməklə, öz töhfələrini verəcəklər.
- Hazırda məğlub duruma düşmüş Ermənistanda daxili vəziyyət xeyli gərgindir. Buna münasibətiniz necədir?
- Ermənistanın baş naziri Nikol Paşinyan qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını itirib, ölkəsini fəlakətə məhkum etmiş rəhbər kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara qarşı təzyiq və təhdidlər olunur. Qərb dairələrinin uzun müddət 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistanda bu gün demokratiyanın işartıları belə qalmayıb, ölkə kriminal şəxslərin, neofaşistlərin yuvasına çevrilib.
Əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüququ təşkilatı qalmamışdı. Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması isə Qərbdə susqunluqla qarşılanır. Bu, haqlı olaraq sual yaradır: Bu ikili standartların səbəbi nədir. Bu ədalətsizlik, selektiv münasibət nə vaxta kimi davam edəcək?!
Qərb mediası Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir, heç nə baş verməmiş kimi davranır, Paşinyana heç bir sual ünvanlanmır. Ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı xarici mediada hədyanlar yazanlar, bunu sifariş edənlərin əsl kimlikləri, simaları bu gün ortadadır. Onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edirlər, Bərdə, Gəncə, Tərtər və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə Azərbaycana və onun Liderinə qarşı uydurmalarını davam etdirirlər. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.
Ermənistanda müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri həbs edilib. Müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir. Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib. Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avrodan başlayan cərimələr qanuniləşdirilib. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığını və cinayətlərini tənqid edə bilmirlər. Ermənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur. Bütün bunların fonunda qeyd etmək lazımdır ki, bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairə və təşkilatları da məsuliyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

