/ / Torpaqlarımızın işğaldan azad olunması iqtisadi inkişaf baxımından yeni bir mərhələnin başlanması deməkdir
Torpaqlarımızın işğaldan azad olunması iqtisadi inkişaf baxımından yeni bir mərhələnin başlanması deməkdir
08.01.2021 [09:09]
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Ümumiyyətlə, ötən ilin sosial-iqtisadi nəticələrini necə dəyərləndirirsiniz?
- 2020-ci il Azərbaycan xalqı üçün Zəfər ili oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qazandığı bu tarixi qələbə hər bir azərbaycanlıya yeni həyat bəxş etdi.
İqtisadi cəhətdən 2020-ci il bütün dünya üçün çətin və mürəkkəb bir il oldu. Əslində, dünya iqtisadiyyatının 2020-ci ildə 3,3 faiz böyüməsi proqnozlaşdırılsa da, pandemiyanın yaratdığı fəsadlar nəticəsində 4,9 faiz azaldı. 2018-ci ildən başlayaraq sürətlənən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında da artım sürətlənmiş və 2020-ci ildə ÜDM-in 3 faiz artması proqnozlaşdırılırdı. Lakin pandemiyanın yaratdığı fəsadlar nəticəsində iqtisadiyyatımız 4 faizdən bir az çox azaldı. Dünyada görünməmiş böhranın baş verdiyi bir şəraitdə iqtisadi siyasətin qarşısında duran əsas məqsədlərdən biri azalmanı minimuma endirmək, əhaliyə və sahibkarlara dəstək göstərmək olmuşdur. Azərbaycanda hər 2 istiqamətdə dövlət başçısı İlham Əliyevin tapşırığı ilə genişmiqyaslı işlər görülmüş, 3.5 milyard manata çatan iqtisadi dəstək proqramı icra edilmiş, 5 milyon vətəndaşı əhatə edən sosial dəstək tədbirləri həyata keçirilmişdir. Eyni zamanda, iqtisadi islahatlar da aparılmış və iqtisadiyyatın dayanıqlılığını təmin edən amillər gücləndirilmişdir.
Belə bir şəraitdə iqtisadiyyatın minimum azalmasına nail olunmuş və növbəti illərdə iqtisadi artımı təmin edə biləcək sahələrdə isə artım qeydə alınmışdır. Belə ki, qeyri-neft sektorundakı 11 faizlik, kənd təsərrüfatı sahəsindəki 2 faizlik artım iqtisadi artım mənbələrinin dəstək mexanizmlərinə aktiv reaksiyasından xəbər verir. Eyni zamanda, inflyasiyanın 3 faizdən az olması, manatın məzənnəsinin sabit olması da mühüm nailiyyətlərdəndir. Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya çatması regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
- 2021-ci il üçün proqnozlar necədir? Ölkə iqtisadiyyatında hansı yeniliklər gözlənilir?
- Hazırda bütün dünya ölkələrində aparılan vaksinasiya tədbirləri pandemiyanın qarşısının alınacağı proqnozlarını verməkdədir. İlkin olaraq iqtisadiyyatın ikinci rübdən etibarən məhdudiyyətlərin aradan qaldırılması ilə sürətli artım mərhələsinə qədəm qoyacağı proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatının da 2021-ci ildə 3,4 faiz artacağı proqnozlaşdırılır. Eyni zamanda, inflyasiyanın 3 faiz, əhalinin real gəlirlərinin artacağı proqnozlaşdırılır. 2021-ci ilin dövlət büdcəsi manat ifadəsində ən böyük büdcədir. Sürətli iqtisadi artımı təmin edəcək özəl sektor üçün stimullaşdırıcı və dəstəkverici tədbirlərin gücləndirilməsi bu ildə qeyri-neft sektorunun daha da inkişafına gətirib çıxaracaqdır.
- İşğaldan azad olunmuş ərazilərimizdə artıq quruculuq işlərinə başlanılıb. Bütövlükdə, həmin ərazilərin iqtisadi potensialını necə qiymətləndirirsiniz? Bu amil iqtisadi artıma necə təsir göstərəcək?
- Dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri üçün 2,2 milyard manat ayrılıb. Görüləcək işlərin həcmi və miqyası çox böyükdür. Təbii olaraq bu işlər ölkə iqtisadiyyatının daha da canlanmasına səbəb olacaqdır. Bu layihələr həm də böhrandan sürətli çıxmaq üçün mühüm bir imkandır. İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı bir neçə istiqamətdə qiymətləndirilir.
Əkinəyararlı torpaqların, su ehtiyatlarının və əlverişli iqlim şəraitinin olması ərazinin aqrar potensialının böyük olmasını göstərir. Faydalı qazıntılar, qiymətli metal və inşaat materialları ilə zəngin yataqların olması bu sahədə iqtisadiyyatın xeyli artmasına imkan verəcək. Regionun geniş turizm potensialına sahib olması da son zamanlar ölkəmiz üçün mühüm valyuta gətirən mənbələrin birinə çevrilən bu sahənin imkanlarının dəfələrlə artmasına imkan yaradacaqdır.
Ümumiyyətlə, regionda işğal faktının aradan qaldırılması bütövlükdə iqtisadi inkişaf, investisiyaların cəlb olunması baxımından yeni bir mərhələnin başlanması deməkdir. Və bunun faydasını bütün region ölkələri görəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53

