/ / Azərbaycanın yaratdığı yeni reallıqlar həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyətə malikdir
Azərbaycanın yaratdığı yeni reallıqlar həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyətə malikdir
04.02.2021 [09:07]
Müsahibimiz Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovdur:
- Abutalıb müəllim, məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Ümumiyyətlə, hazırkı mərhələdə atılan addımları və görülən işləri, eləcə də 2021-ci ilin ilk ayında baş verən siyasi prosesləri necə qiymətləndirirsiniz?
- Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanan Azərbaycanın yaratdığı yeni reallıqlar həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyətə malikdir. Artıq işğaldan azad edilmiş torpaqlarımızda bərpa, quruculuq işlərinə başlanılıb. Bununla yanaşı, regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşmaqdadır.
Digər tərəfdən, 2021-ci ilin ilk ayında baş verən siyasi prosesləri dəyərləndirərkən iki mühüm hadisənin üzərində, xüsusi ilə dayanmaq istəyirəm. Birincisi, Azərbaycan Prezidentinin Moskva səfəri və üçtərəfli bəyanatın imzalanmasıdır. Bu, Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik yollarla möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Təbii ki, yeni reallıq regionu sülh, əməkdaşlıq mərkəzinə çevirmək imkanlarına malikdir. Şübhəsiz, bu istiqamətdə qısa zaman ərzində ciddi işlər görüləcək və Azərbaycanın əsas hisəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz fəaliyyətə başlayacaq.
İkinci mühüm hadisə yanvarın 21-də Aşqabadda “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanması oldu. Bu tarixi hadisə Azərbaycanın neft-qaz sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Belə ki, imzalanmış sənəd Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni mərhələnin başlanğıcıdır. İxrac üçün də imkanlar açan bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.
- Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müzəffər Ordunun Ali Baş Komandanı kimi Şuşa şəhərinə tarixi səfər etdi. Dövlət başçısının Şuşaya səfərinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Dövlət başçısının Şuşaya səfəri hamımızı qürurlandırdı. Səfər zamanı Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməlinin atılması işğaldan azad edilən ərazilərdə nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması üçün strateji əhəmiyyətlidir. Artıq inşasına başlanılan hava limanının uçuş-enmə zolağının 2021-ci ildə istifadəyə verilməsinin planlaşdırılması da yeni imkanlar açacaq.
Ən əsası odur ki, bərpa və yenidənqurma üzrə bütün lazımi işlərə start verilib. Artıq “Böyük qayıdış” başlayır. Əminik ki, işğaldan azad edilmiş ərazilərimiz qısa müddət ərzində bərpa olunacaq, tarixi torpaqlarımız cənnətə çevriləcək.
- Abutalıb müəllim, ölkə daxilindəki və xaricdəki bəzi ünsürlər Azərbaycanın tarixi qələbəsinə kölgə salmağa çalışır, sosial şəbəkələrdə “qara piar” kampaniyası aparırlar...
- Azərbaycan möhtəşəm tarixi qələbə əldə edib. Belə ki, 30 ildən çox işğal altında qalan torpaqlarımız 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilib. Çox təəssüf ki, bu tarixi qələbəmizin əhəmiyyətini azaltmağa çalışanlar da var. Həmin şəxslər gündəmdə qalmaq üçün bəsit “arqument”lərlə Azərbaycanın möhtəşəm zəfərinə kölgə salmağa çalışırlar. Bütün bunlar yolverilməzdir. Unutmamalıyıq ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin şanlı qəhrəmanlıq salnaməsi yazılıb və bu möhtəşəm zəfəri gözdən salmağa heç kimin haqqı yoxdur.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

