"Azərbaycan deyəndə mən ilk növbədə Heydər Əliyevi xatırlayıram"
15.07.2010 [08:25]
Ukrayna Ali Radasının sədri Vladimir Mixayloviç Litvin bu fikri “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru, “Dədə Qorqud” Xeyriyyə Fondunun vitse-prezidenti Eldar İsmayılov ilə müsahibəsində deyib. Azərbaycan-Ukrayna münasibətlərini yüksək qiymətləndirən Vladimir Litvin bir sıra digər məsələlərə də toxunub. AzərTAc həmin müsahibəni təqdim edir.
- Hörmətli Vladimir Mixayloviç, Azərbaycanda Ukrayna xalqına həmişə xoş, səmimi münasibət olub. Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq hazırda hansı mərhələdədir və bu münasibətlərin gələcəyini necə görürsünüz?
- Demək istəyirəm ki, Azərbaycan deyəndə mən, ilk növbədə, Heydər Əliyevi xatırlayıram. Mən bir dəfə Bakıda olmuşam. O vaxta qədər mənə dövlətlərarası tədbirlərdə Heydər Əliyevi yalnız kənardan müşahidə etmək qismət olmuşdu. Biz Azərbaycan deyəndə Heydər Əliyev başa düşürük, Heydər Əliyev deyəndə isə Azərbaycan. Mən bunu xüsusilə Heydər Əliyev ilə bilavasitə ünsiyyətdə olandan sonra başa düşdüm. O, çox müdrik adam idi. Onun şəxsiyyətində şərqiliklə avropalılıq birləşmişdi. Bu böyük qüvvədir. İnsan ən müxtəlif mədəniyyətləri, təcrübələri özündə cəmləşdirəndə mürəkkəb dövrümüzün meyillərini anlaya bilir. Mən Bakıda olanda İlham Əliyevlə görüşdüm və Onun, xüsusilə siyasi məsələlərdə atasının necə layiqli davamçısı olduğunu gördüm. Bu, məni heyran etdi. Bir də əlbəttə ki, insanlar. Sizin insanlar olduqca təvazökar, tolerantdırlar, böyük şəxsi ləyaqət hissinə malikdirlər. ölkənizin böyük sənaye mərkəzinə çevrilməsinə baxmayaraq, xalqınız özgürlüyünü, ənənələrini, mədəniyyətini qoruyub saxlaya bilib.
ölkələrimiz arasında münasibətlər qarşılıqlı etimad, qarşılıqlı rəğbət əsasında qurulub. Beynəlxalq münasibətlərdə bu, çox vacib amildir. ölkələrimizi coğrafi baxımdan müəyyən məsafə ayırsa da, müxtəlif mədəniyyətlərə malik olsaq da, xalqlarımızın oxşar cəhətləri çoxdur. Xalqlarımız nəinki inkişaf edir, qloballaşan dünyada layiqli yerlərini tuta bilirlər. Dövlətlərimiz arasında münasibətlər təkcə, necə deyərlər, protokol xatirinə deyil, bu əlaqələr həm siyasi, həm də diplomatik sahədə xalqlarımızın dərin köklərə söykənən dostluğuna əsaslanır. Bu, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin xüsusi statusundan xəbər verir. Azərbaycanlılar dözümlülükləri, digər xalqların nümayəndələrinə qarşı tolerantlıqları ilə fərqlənirlər. Məsələn, Milli Məclisdə bütün millətlərin nümayəndələri, o cümlədən ukraynalılar təmsil olunur. Azərbaycanda Ukrayna icması böyük olmasa da, öz mədəniyyətini, ənənələrini, dilini qoruyub saxlamaq üçün bütün imkanlara malikdir. Bu, həm bazar günü məktəbləri, həm müəyyən təşkilatlarla işdir. İnanın ki, hər bir ölkə, hər bir xalq bunu yüksək qiymətləndirir. Həm iqtisadi, həm humanitar sahələrdə çox böyük potensialımız var. Həm Ukraynada, həm Azərbaycanda dövlət quruculuğunun və inkişafının müəyyən dövrü var idi ki, biz dünyanın aparıcı ölkələri ilə əlaqələr yarada bilmirdik. Ancaq ölkələrimiz arasında münasibətlər həmişə mövcud olub. Həmin dövrdə anlayırdıq ki, bizi birləşdirən köklər var və onları qoruyub saxlamalıyıq. Düşünürəm ki, müasir dünyada dövlətlərimizin əhəmiyyəti artdıqca biz bir daha münasibətlərimizi həm siyasi, həm iqtisadi, ilk növbədə isə humanitar sahələrdə inkişaf etdirmək, yeni səviyyəyə yüksəltmək ehtiyacı duyuruq. Parlamentlərimiz arasında əlaqələrin dərinləşəcəyinə ümid bəsləyirik. Bizim dostluq qruplarımız var. Biz parlamentlərimizin komitələri, komissiyaları, partiyalar arasında sıx əlaqələrin yaranmasında maraqlıyıq. Mən əminəm ki, bu elə xalqlarımızın ünsiyyəti deməkdir. Xalqlar danışanda isə siyasətçilər də razılığa daha tez gəlirlər. Müxtəlif səviyyəli parlament forumlarında görüşlərimiz çox faydalı ola bilər. Bu cür görüşlər olduqca məqsədəuyğundur. ümid edirəm ki, Milli Məclisin rəhbərliyi Kiyevə, Ali Radanın nümayəndə heyətləri Bakıya və Azərbaycanın digər şəhərlərinə tez-tez səfərlər edəcəklər. Daimi dialoq bizim üçün çox vacibdir.
- ötən ilin noyabrında Yalta şəhərinin meri Sergey Brayka Azərbaycana gəlmişdi. Xaçmazda iki gün görüşlər keçirdi. Yalta bizim kurort zonası sayılan Xaçmazla qardaşlaşmış şəhərdir. Sonra onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdi. Görüşdə qeyd olunmuşdu ki, qardaşlaşmış şəhərlərimiz nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu xalq diplomatiyasıdır. Birbaşa əlaqələrin tərkib hissəsi həm iqtisadi münasibətlərdir, həm sərmayə yatırımlarıdır... Məsələn, bizim ictimai təşkilatların hesablamalarına görə, təkcə Bakıda 60 min ukraynalı yaşayır. Azərbaycanın digər rayonlarında da ruslar, ukraynalılar, malakanlar kompakt şəkildə yaşayırlar. Bəs Ukraynadakı Azərbaycan diasporu barədə nə deyə bilərdiniz?
- Ukraynada çoxsaylı Azərbaycan diasporu var. Deyim ki, ölkəmizdə yaşayan azərbaycanlılar qanuna tabe olan, Ukrayna cəmiyyətinə yaxşı inteqrasiya etmiş, eyni zamanda, öz mədəniyyətini, ənənələrini qoruyub saxlamış vətəndaşlardır. Ancaq təəssüflə söyləməliyəm ki, Ukraynanın siyasi həyatında kifayət qədər yaxından iştirak etmirlər.
- Azərbaycanda Heydər Əliyevin hakimiyyəti dövründə parlament proporsional seçki sistemini ləğv etmişdi. İndi bizdə majoritar seçki sistemi mövcuddur. Sizdə bu sahədə vəziyyət necədir?
- ölkəmizdə partiya sisteminin özü tamamilə xalq nümayəndəliyini təmin etməyə imkan vermir. Təəssüf ki, bəzən partiyanın maraqları ölkənin maraqlarından irəli çəkilir. Partiya xalqa deyil, xalq partiyaya xidmət edir. Buna görə də biz demokratik seçki sisteminə qayıdış barədə düşünməliyik. Mən proporsional seçki sisteminin tərəfdarı deyiləm. Hazırda Ukraynada 198 siyasi partiya vardır. Bu göstərir ki, bizdə cəmiyyətin partiyalaşması prosesi çox uzanıb.
- Mən Azərbaycan cəmiyyətini, hamımızı daim düşündürən bir sual vermək istəyirəm. Tanınmış siyasətçi kimi, Qarabağ münaqişəsi barədə nə deyə bilərsiniz?
- Bilirsiniz ki, hər bir ölkədə mümkün gərginliyin potensial mənbələri var. Xüsusilə keçmişi nəzərə alsaq, görərik ki, ərazilər əsassız olaraq yenidən bölünürdü. Ərazilər ən müxtəlif səbəblərdən bir respublikadan başqasına verilirdi. Biz Ali Radada belə hesab edirik ki, hazırkı sərhədlər toxunulmazdır. İnformasiyalardan bilirəm ki, Qarabağ münaqişəsinin qurbanlarının sayı minlərlədir. Bir milyon qaçqın var. Biz hesab edirik ki, BMT və digər beynəlxalq təşkilatların xətti ilə qəbul edilən qərarlar yerinə yetirilməlidir və biz ədalətin zəfər çalması üçün əlimizdən gələni etməyə hazırıq. Dondurulmuş münaqişələrin həllinin uzadılması təkcə bu münaqişənin bilavasitə iştirakçıları üçün deyil, digər ölkələr üçün də xoşagəlməz nəticələr verə bilər. çünki onların hər birində belə ağrılı nöqtələr var. Bizim mövqeyimiz belədir ki, münaqişə beynəlxalq prinsiplər əsasında vasitəçilərin iştirakı ilə dialoq yolu ilə nəhayət ki, həll olunmalıdır. Burada fərqli yanaşma, fərqli dəstək olmamalıdır. Biz dünyada bir çox gərginlik mənbələri ilə əlaqədar bunu müşahidə edirik.
- BMT-nin işğal olunmuş torpaqların geri qaytarılması barədə 4 qətnaməsi hələ də yerinə yetirilməyib. Rusiya, Türkiyə, ABŞ münaqişənin sülh yolu ilə həllinə tərəfdardırlar. Lakin Azərbaycan zərərçəkmiş tərəfdir və bəzən ikili standartlar tətbiq olunur.
- Ukraynada mənim yaşıdım olan adamların bir çoxu bu problemə ürəkağrısı ilə yanaşırlar. Böyük Vətən Müharibəsi illərində Ukraynadan çoxları evakuasiya edilmişdi. Mən Azərbaycanda yerləşən hospitallarda müalicə olunmuş adamları tanıyırdım. Doğrudur, onlar artıq vəfat edib. çox xoş xatirələr söyləyirdilər. Azərbaycanlıların qonaqpərvərliyindən, onlara necə qulluq etmələrindən, axırıncı tikələrini bölmələrindən danışırdılar. Həmin adamlar Qarabağda baş verənləri şəxsi faciə kimi qəbul edirdilər. Bilirsiniz, münaqişə yerindən məlumatlar, informasiyalar əsasında mülahizə yeritmək olar. Ancaq bilavasitə hər şeyini itirmiş insanların gözlərini görəndə, iztirablardan qurtarmağa çalışan insanları görəndə çox məqamlar aydın olur. Mən əminəm ki, Ukrayna münaqişənin sivil yolla həlli üçün əlindən gələni edəcək. çox mürəkkəb, dramatik problemdir.
Əgər mənim imkanım olsaydı, hərbi dövrün çətinliklərini görmüş adamların, döyüşlərdə həlak olmuş, xüsusilə Ukraynanın, Avropanın azadlığı uğrunda canlarından keçmiş azərbaycanlıların ruhu qarşısında diz çökərdim. öz torpağı, ocağı, evi uğrunda döyüşənləri başa düşmək olur. Ancaq Vətəni Azərbaycandan min kilometrlərlə uzaqda, Ukraynanın azadlığı uğrunda həlak olanların rəşadəti ikiqat qəhrəmanlıqdır. Arxa cəbhədə çalışanlar da böyük fədakarlıq göstəriblər. Bakı nefti olmasaydı, Qələbə də olmazdı. Təsadüfi deyil ki, düşmən Bakıya, Bakı neftini ələ keçirməyə can atırdı. Bakı neftçilərinin fədakarlığı isə ölçüyəgəlməzidir. Onlar əsl qəhrəmanlıq, sədaqət, əzmkarlıq rəmzidir. Düşünürəm ki, dərinliklərində zəngin təbii ehtiyatlar olan torpaqdan güclü müsbət enerji gəlir. Sizin insanlar istedadlıdırlar. Azərbaycan dünyaya hazırda bəşəriyyətin qürur duyduğu bir çox şəxsiyyətlər bəxş edib. Bu torpağın insanlarının xoşbəxt olmağa haqqı var. Mən hər bir Azərbaycan ailəsinə, hər bir azərbaycanlıya xoşbəxtlik, səadət, rifah arzulayıram.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

