Ermənistan tərəfi gec-tez konstruktiv mövqe tutmağa məcbur olacaq
16.07.2010 [08:49]
Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Trend-ə müsahibəsi:
- Bu həftə Almatıda Azərbaycanla Ermənistan arasında danışıqların növbəti mərhələsinin keçiriləcəyi gözlənilir. Həmsədr ölkələrin prezidentlərinin son bəyanatı fonunda qarşıdakı danışıqlarda Ermənistandan konstruktiv mövqe tutacağını gözləmək olarmı?
- Mövqeləri nəzərə alsaq, son dövrlərdə, xüsusilə, lap bu yaxınlarda Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Fransa prezidentlərinin Kanadanın Toronto şəhərində verdiyi bəyanatı onların ümumi mövqeyi kimi qəbul etməliyik. Düşünürəm ki, bunun fonunda son zamanlar intesivləşən proseslərdə, eyni zamanda, Ermənistan tərəfinə çox ciddi bir mesajdır, siqnaldır, yəni müraciətdə açıq-aydın birinci Ermənistan göstərilirdi. Bilmirəm, tərcümələrdə yox, ancaq orijinal mətndə belədir ki, bu məsələ ilə, yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addım atılmalıdır. Ortada Madrid prinsipləri ilə bağlı təkliflər varsa, bununla bağlı Azərbaycan tərəfi də öz mövqeyini bildiribdir, Ermənistan tərəfi bildirməyibsə, deməli bütün bu çağırış, bu bəyanat, bütün bu mesajların hamısı Ermənistan tərəfinə aiddir. Ona görə də düşünürəm ki, Ermənistan rəhbərliyi bunu qəbul etməlidir və bu isə imkan verir ki, biz bir qədər ümidvar olaq ki, Ermənistan gec-tez bunu bir təzyiq kimi öz üzərində hiss edəcəkdir, eyni zamanda, konstruktiv mövqe tutmağa məcbur olacaqdır.
- Həmsədr ölkələr tərəfindən Ermənistana təzyiqin göstərilməsi imkanlarını necə dəyərləndirirsiniz?
- Belə bir bəyanatın verilməsi də bir təzyiqin göstərilməsi deməkdir. Sərhədlərin açılmaması təzyiqin göstərilməsi deməkdir. Azərbaycan Prezidentinin məsələ ilə bağlı Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq çərçivəsində mövqeyini ortaya qoyması və Azərbaycanın bununla paralel olaraq ordusunun güclənməsi, inkişafının sürətli artımı Ermənistan tərəfinə təzyiq deməkdir. Beynəlxalq aləmdə, beynəlxalq münasibətlərdə təzyiqi bu cür başa düşmək lazımdır. Əlbəttə, başqa formaları da yavaş-yavaş ortalığa çıxacaq. Düşünürəm ki, ümumiyyətlə, Ermənistan rəhbərləri ilə görüşlərdə indi artıq beynəlxalq birliyin bütün üzvləri Ermənistana bununla bağlı öz mövqeyini bildirir. Bir qədər əvvəl ermənilər qondarma Dağlıq Qarabağ qurumunda “seçki” təşkil etmişdilər. Bütün beynəlxalq təşkilatlar və ölkələr bildirdi ki, onlar bu “seçki”nin nəticələrini tanımırlar, Dağlıq Qarabağı Azərbaycanın ərazisində görürlər və Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bunun özü bir təzyiqdir. ATƏT-in Parlament Assambleyasının keçmiş prezidenti, təəssüf olsun ki, o prezident vəzifədə olan zaman yox, işdən çıxandan sonra dedi ki, bəs bu məsələdə Ermənistan tərəfi məsuliyyət daşıyır. Yəni Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addım atmalıdır. Mən düşünürəm ki, son vaxtlar Ermənistan tərəfi güclü təzyiq altındadır.
- Novruz müəllim, son vaxtlar Kəlbəcər və Laçının qaytarılması məsələsi gündəmdədir. Xarici işlər naziri Elmar Məmmədyarov bu rayonların 5 il müddətinə qaytarılması barədə Azərbaycanın razılıq verdiyini bildirib. Bunu Ermənistan tərəfinə güzəştlərin son limiti kimi qiymətləndirmək olarmı?
- Artıq müəyyən mənada Madrid təklifləri çərçivəsində məsələlər qoyulub və razılıq alınıb. İndi onun müəyyən detalları ilə bağlı söhbət gedə bilər, şübhəsiz ki, bütün bu maraqlı məsələlər ətrafında müzakirələr aparılacaq. Əsas məsələ bu gün Madrid təkliflərinə Ermənistanın mövqeyindən ibarətdir. Mən düşünürəm ki, əsas məsələ bundan ibarət olacaq. Yəni Qazaxıstanda da görüş olarsa, ATƏT-in müəyyən mənada nəzarəti, himayəsi altında onlar baza prinsiplərinə mövqelərini bildirməlidirlər. Eyni zamanda, başqa məsələlər ətrafında da fikir mübadiləsi, müzakirələr aparıla bilər. Burada qeyri-adi bir şey yoxdur. çünki münaqişənin həlli prosesi müzakirənin bir nəticəsi kimi olmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

