Prezident İlham Əliyev Türk dünyasının ən uğurlu siyasətçisidir
24.07.2010 [03:28]
- Şəkidən Bişkekə yolunuz necə başlayıb?
- 1980-ci ildə Qırğızıstanın patyaxtına təhsil almağa getdim. Qırğızıstan Rus Dili və Ədəbiyyatı İnstituna daxil oldum. Sonra ikinci təhsil kimi Qırğızıstan Milli Unversitetinin hüquq fakültəsini bitirdim. Əslində Qırğızıstan bizim üçün yad yer deyil və türk kökənli olduğumuzdan qardaşlıq qanımızdadır. Bu ölkənin ekzotikası, alışdığım mühit mənim orada qalıb fəaliyyət göstərməyimə səbəb oldu. Əvvəl təhsil, sonra işgüzar mühitdə özünə nifuz qazanma, daha sonra özünü realizə edə bilmək üçün mikromühitin formalaşması. Bütün bunlar hamısı müəyyən zaman tələb edir.
- Həmin zaman arxada qaldı və siz “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti kimi fəaliyyətə başladınız.
- Elədir. Artıq 5 ildir fəaliyyət göstəririk. Və bu 5 ildə qürurla deyə bilərəm ki, xeyli iş görmüşük. Azərbaycanla bağlı çox böyük layihələrə imza atmışıq ki, həmin işləri həyata keçirməklə birbaşa ölkəmizin milli maraqlarına xidmət edirik.
Türk dünyasının böyük ustadı çingiz Aytmatov bizim fondun üzvü idi və fond onun Azərbaycana gəlişini təşkil etmişdi. çingiz Aytmatov böyük ədəbiyyata qırğız və ümumiyyətlə, Orta Asiya folklorunu işləyən, qırğız yazılı ədəbiyyatını yaradan bir dahidir. Onun yaratdığı ədəbiyyat bir gənclik yetişdirib. 70-ci illərdə Azərbaycanda baş verən milli oyanışda çingiz Aytmatovun yazıçı rolunu heç kim dana bilməz. O cümlədən, öz vətənində. ümumiyyətlə, çingiz Aytmatov faktoru türk dünyası üçün çox önəmlidir. Bildiyiniz kimi, həmin il Qırğızıstanda çingiz Aytmatov ili elan olunmuşdu və onun Azərbaycana səfəri də məhz bu layihə çərçivəsində həyata keçirilmişdi.
Qeyd edim ki, fondumuzun təsis etdiyi xüsusi mükafat-Qızıl medalın ikinci mükafatçısı da məhz bu dahi yazıçı olub. Qırğızıstanda çingiz Aytmatov Akademiyası fəaliyyət göstərir və bizim fondumuzla çox möhkəm əməkdaşlıq əlaqələri var.
- Qızıl medalın mükafatçılarını, ümumiyyətlə, hansı kriteriyalarla müəyyən edirsiniz?
- Əvvəla, onu deyim ki, bu mükafat iki ildir təsis olunub. Və türk dünyasının ən böyük siyasətçilərinə təqdim olunur. İlk olaraq Azərbaycanın Prezidenti cənab İlham Əliyev bu mükafata layiq görülüb. Amma bir məsələni qeyd edim və oxucular da xəbərdar olsunlar ki, bu təltifdə bizim azərbaycanlı olmağımız faktı əsas deyildi. Əsas olan o idi ki, cənab İlham Əliyev prezident seçilməsindən dərhal sonra yürütdüyü siyasət, təkcə Türk dünyasını deyil, bütün Avropanı heyrətə gətirib. Azərbaycana kənardan baxanda o qədər aydın görünür ki. ölkənin inkişafı, məmləkəti ağuşuna almış yenidən qurulma dalğası, müxtəlif sahələrin günün tələblərinə uyğun şəkildə paralel olaraq inkişafı. Cənab Prezident İlham Əliyev həqiqətən Türk dünyasının ən uğurlu siyasətçisidir.
- Fondun Azərbaycanın təbliği ilə bağlı gördüyü işlər barəsində nə deyə bilərsiniz?
- Biz təkcə Azərbaycan həqiqətlərinin təbliği ilə Qırğızıstanda məşğul olmuruq. Biz daha çox insanların Azərbaycana gəlişini təşkil edir, müxtəlif mövzularda elmi-praktik konfranslar həyata keçiririk ki, bütün bu dediklərimizin, danışdıqlarımızın təbliğ etdiklərimizin canlı şəkildə şahidi olsunlar. Fəaliyyət göstərdiyimiz beş ildə Qırğızıstanın bir sıra dövlət və ictimaiyyət nümayəndələrinin Azərbaycana səfərini təşkil etmişik. üç il dalbadal Bişkek, Almatı və Bakıda “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” mövzusunda elmi-praktiki konfrans təşkil etmişik. Onu da qeyd edim ki, Almatı şəhərindəki konfrans Azərbaycanda ilin mühüm hadisəsi elan olunub.
2007-ci ildən başlayaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümləri Qırğızıstanda geniş ictimaiyyət tərəfindən qeyd edilir.
2008-ci ildə Heydər Əliyevin anadan olmasının 85, görkəmli yazıçı Mir Cəlal Paşayevin 100 illiyini-Bişkek şəhərində iki gün mədəni bayram kimi qeyd etdik.
- Mədəni əlaqələrimizin inkişafı istiqamətində hansı işlər görülüb?
- Bu gün müxtəlif beynəlxalq festivalların keçirilməsi, mahnı yarışmaları, kitab bayramları hamısı millətlərin bir-birinin mədəniyyətinə dərindən bələd olmasına hesablanıb. Bu sahədə biz də xeyli iş görmüşük. Qırğızıstan Milli Kitabxanasının nəzdində Mir Cəlal Paşayev adına Azərbaycan ədəbiyyatı və mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Heydər Əliyev İrsinin öyrənilməsi Mərkəzi tariximizin təbliği ilə məşğuldur. Ona görə ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın sovet dövrü və yeni tarixini yazan bir şəxsiyyətdir və ölkənin hər iki dövrü bu böyük şəxsiyyətin irsində öz əksini tapıb. Heydər Əliyev irsinin öyrənilməsi və təbliği çərçivəsində dörd kitab artıq işıq üzü görüb.
Manas Universitetində Azərbaycan musiqisinin tədrisi mərkəzinin açılmasına nail olmuşuq. Həmin mərkəzə 9 adda musiqi alətlərini isə cənab prezident İlham Əliyevin şəxsi göstərişi əsasında bağışlayıblar.
Fondumuzun təşkilatçılığı ilə 20-yə yaxın azərbaycanlı yazıçı və elm adamlarının əsərləri qırğız, rus və ingilis dillərində nəşr olunub.
Fəaliyyət göstərdiyimiz 5 ildə Qırğızıstan MEA-ının Manasşünaslıq mərkəzinin orqanı olan elmi jurnalın iki nömrəsi başdan-başa Azərbaycana həsr olunub.
2009-cu ildə fondumuzun təşkilatçılığı ilə “Ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər tarixi faktlarla” sənədlər toplusu rus və ingilis dillərində nəşr olundu.
2010-cu ilin fevral ayında isə həmin kitabla bərabər daha 8 nəşrin təqdimatını keçirdik. Rus, qırğız və ingilis dillərində olan kitabların təqdimatında akademiklər, elm adamları və ziyalılar iştirak edirdilər. Tədbirdə onların iştirakı ilə Qırğızıstanın Təhsil Nazirliyinə müraciət qəbul edildi. Müraciətdə deyilirdi ki, türk xalqlarının tarixini öyrənmək və vahid bir nəticəyə gəlmək üçün ali təhsil ocaqlarında həmin kitablardan tədris vəsaiti kimi istifadə olunsun. Martın 31-də məni Qırğızıstan Milli Təhlükəsizlik Nazirliyinə dəvət etdilər. Orada mənə qarşı Qırğızıstan Cinayət Məcəlləsinin 299-cu maddəsinə görə, ittiham irəli sürdülər: Milli ədavəti qızışdırmaq. Sübut kimi isə kitabı masanın üstünə qoydular. Mən onlara izah etdim ki, bu kitaba daxil olan sənədlərin çoxu erməni alim və ziyalılarının sovet dövründə yazdıqları əsərlərdən götürülüb. Onlar özləri etiraf edirlər ki, Qarabağa gəlmədirlər. Ermənilər hətta Qarabağa gəlmələrinin 130 illiyini böyük təntənə ilə qeyd edib. İrəvanda bu yubiley münasibəti ilə abidə kompleksi də ucaldıblar. Düzdür, sonradan həmin abidə məhv edilib. Amma abidənin şəkli və haqqında məlumatlar da erməni mənbələrinə əsaslanır. Daha sonra onların Azərbaycan torpaqlarında törətdikləri qırğınlar haqqında yazılıb ki, bu da tarixi faktlardır və həmin faktları kimsə təhrif edə bilməz. Mən bir azərbaycanlı ziyalı kimi öz millətimin tarixini öyrənirəm və bu bizim-Qırğızıstanda yaşayan milli azlıqların kostitusion hüququdur.
- Bakıya yeni səfəriniz hansı planlarınızla əlaqədardır?
- Son bir ildə fondumuz Avromed şirkətinin maliyyə dəstəyi ilə xeyli sayda kitablar nəşr edib. Böyük Azərbaycan nasiri Mir Cəlalın üçcildliyi, Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri, Azərbaycan şairlərinin vətənpərvərlik ruhu aşılayan şeirləri və “Azərbaycan XIII-XIX əsrlərdə” kitablarının Bakı şəhərində təqdimatını keçirməyi nəzərdə tutmuşuq. Kitabların təqdimat mərasiminə Qırğızıstandan geniş tərkibli nümayəndə heyətinin gəlişi də planlaşdırılır. Nümayəndə heyətinə Almaz Atambayevin rəhbərlik etdiyi heyətə çingiz Aytmatovun qardaşı akademik İlgiz Aytmatov, Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdraxman Alımbayev və katibi Seyit Altımışev, Qırğızıstan Milli EA-nın Dil və Ədəbiyyat İnstutunun direktoru akademik Abdıldacan Akmatəliyev, əsərləri tərcümə etmiş Mukan Asanəliyev, Eqemberdi Ermatov, görkəmli yazıçı və şairlər, jurnalistlər də daxildir.
Qarşıda isə qırğız oxucularını Bəxtiyar Vahabzadənin seçilmiş əsərləri, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri və Azərbaycan Yazıçılar Birliyinin nəşri olan “çingiz Aytmatov-mən Manas oğluyam” kitabı gözləyir.
- Sizə işlərinizdə uğurlar arzulayırıq.
Kəbutər
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

