/ / Prezidentlər İlham Əliyev və Barak Obamanın görüşü Azərbaycan-ABŞ münasibətlərini yeni səviyyəyə qaldırır
Prezidentlər İlham Əliyev və Barak Obamanın görüşü Azərbaycan-ABŞ münasibətlərini yeni səviyyəyə qaldırır
05.10.2010 [10:31]
- Cənab səfir, bu ilin sentyabr ayı Prezident İlham Əliyevin BMT-nin Baş Məclisinin 65-ci sessiyasının işində iştirak etmək üçün Nyu-Yorka səfəri ilə əlamətdar olmuşdur. Səfər çərçivəsində nəzərdə tutulan görüşlər arasında ABŞ-ın bir sıra yüksək vəzifəli rəsmi şəxsləri ilə müzakirələr də vardı. Bu baxımdan, Siz həmin səfəri necə qiymətləndirərdiniz?
- Azərbaycan Prezidentinin ABŞ-a səfəri çox dolğun və səmərəli olmuşdur. İki gündən də az davam etmiş səfər müddətində Prezident İlham Əliyev bir sıra mühüm ikitərəfli görüşlər keçirmiş, BMT-nin Baş Məclisinin 65-ci sessiyasının işində iştirak etmiş və Birləşmiş Millətlər Təşkilatının tribunasından beynəlxalq birliyə müraciət edərək, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə dair, eləcə də digər aktual problemlər barəsində Azərbaycanın mövqeyini dəqiq və aydın ifadə etmişdir. Bütün bunlar göstərir ki, səfər çox səmərəli olmuşdur.
- Azərbaycan Prezidenti Ağ Evin rəhbərinin şəxsən görüşüb müzakirələr aparmağı vacib hesab etdiyi, sayca o qədər də çox olmayan dövlət başçılarından biri oldu. Bu, ABŞ və Azərbaycan prezidentlərinin ilk görüşü idi. Həmin görüşün ikitərəfli münasibətlər üçün əhəmiyyəti nədən ibarət oldu?
- Düzdür, Prezident Obama cəmi beş ikitərəfli görüş keçirmişdir. Nyu-Yorkda Prezident İlham Əliyev ilə görüşün ABŞ Prezidentinin intensiv iş cədvəlinə daxil edilməsi ona dəlalət edir ki, Vaşinqton Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Prezident Barak Obama Prezident İlham Əliyevi salamlayaraq 2005-ci ildə, ABŞ senatoru olarkən, Bakıya səfəri barədə xatirələrini məmnunluqla bölüşmüşdür. Prezident Obama qeyd etmişdir ki, Birləşmiş Ştatlar Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək niyyətindədir. Yeri gəlmişkən, səmimi dostluq şəraitində keçən görüş planlaşdırıldığından çox davam etmişdir.
Azərbaycan-ABŞ danışıqlarında Birləşmiş Ştatların nümayəndə heyətinin tərkibi də rəsmi Vaşinqtonun bu danışıqlara böyük əhəmiyyət verməsinə dəlalət edir: həmin danışıqlarda ABŞ Prezidenti Barak Obama ilə birlikdə onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Cons, milli təhlükəsizlik üzrə müşavirin müavini Tomas Donilon, ABŞ Prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa üzrə böyük direktoru doktor Elizabet Şervud-Rendal, Ağ Evin böyük müşaviri Valeri Carret, ABŞ-ın BMT-də daimi nümayəndəsi Süzan Rays və ABŞ dövlət katibinin müavini Fil Qordon iştirak edirdilər.
Prezidentlər İlham Əliyev və Barak Obamanın görüşü ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırır, ardıcıl inkişaf etməkdə olan əməkdaşlığa güclü təkan verir. Xatırlatmaq istərdim ki, bu il iyul ayında ABŞ dövlət katibi Hillari Klinton Bakıya səfər etmiş, ondan əvvəl, iyun ayında isə müdafiə naziri Robert Geyts Azərbaycanda olmuşdur. Bütün bunlar rəsmi Vaşinqtonun ölkəmizə marağının ötəri olmadığını göstərir. Söhbət təkcə təhlükəsizlik və energetika sahəsində əməkdaşlıqdan getmir. İqtisadi sahədə əməkdaşlıq başqa istiqamətlərdə də fəal inkişaf edir. İki misal gətirim. Məşhur “Boeing” şirkəti ilə Azərbaycana səkkiz müasir avialayner satılması barədə böyük kontrakt bağlanmışdır. Bu, Azərbaycanda mülki aviasiyanın daha da inkişaf etməsinə şərait yaradacaqdır. ölkəmizin inkişafında yeni istiqamətin təməlini qoyan yüksək texnologiyalarla bağlı digər layihəyə əsasən Amerikanın “Orbital Sciences Corporation” firması “Azerspace” adlı ilk milli telekommunikasiya peykinin yaradılmasına başlamışdır. Həmin peykin 2012-ci ilin ortalarında orbitə buraxılması nəzərdə tutulur.
Azərbaycan Prezidenti dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsini də təklif etmişdir. Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşən Azərbaycanda müxtəlif konfessiyaların dinc yanaşı yaşaması və qarşılıqlı zənginləşməsi sahəsində böyük təcrübə toplanmışdır.
Dövlət başçılarının görüşündə demokratik inkişaf prosesləri barədə fikir mübadiləsi olmuşdur. Prezident Obama təcrübəsini, ideya və arzularını bölüşərək Azərbaycanı “gənc demokratiya” ölkəsi adlandırmışdır.
- Vaşinqton analitikləri ABŞ hökumətini tez-tez tənqid edirlər ki, ABŞ-ın geostrateji baxımdan mühüm Qafqaz regionu barəsində konkret siyasəti yoxdur. ABŞ-ın Azərbaycanda yeni səfirinin təsdiq edilməsi prosesinin Konqresdəki ermənipərəst lobbiçilərin səyləri ilə ləngidilməsi üzündən, vəziyyət daha da gərginləşir. Qarşıdan gələn noyabr seçkiləri rəsmi Vaşinqtonun xarici siyasətindəki meyillərə təsir göstərəcəkdirmi?
- Noyabrın 2-də ABŞ seçiciləri Konqresin Nümayəndələr Palatasının bütün tərkibini və senatın üzvlərinin üçdəbir hissəsindən çoxunu yenidən seçəcəklər. Bu seçkilərin Prezidentin səlahiyyət müddətinin ortasında keçirildiyinə görə, onları aralıq seçki adlandırırlar. Bir qayda olaraq, aralıq seçkilərin əsas mövzusu daxili siyasət məsələləri olur. Bu isə hər bir ştatın seçicilərini narahat edir. Axı, ştatların əhalisi öz mənafelərinin müdafiə edilməsi üçün nümayəndələr seçir və onları federal paytaxta göndərir. Bununla belə, bəzi etnik icmalar yığcam ərazidə yaşadıqlarına, sayına və maliyyə vəziyyətinə görə, bu və ya digər ştatlarda seçkilərin nəticəsinə müəyyən təsir göstərə bilirlər. Belə hallarda onlar ayrı-ayrı qanunvericilərin mövqelərinə də təsir göstərə bilirlər.
ABŞ Konstitusiyasına əsasən, xarici siyasət Prezidentin səlahiyyətlərinə aiddir. Bununla bərabər, Konqres də konstitusion səlahiyyətlərinə əsaslanaraq öz sözünü demək hüququna malikdir. Prezidentin qərarlarının çoxunun Konqres tərəfindən bəyənilməsi tələb olunur. Məsələn, federal büdcənin qəbul edilməsi və ona nəzarət, xarici ölkələr üçün yardım ayrılması, beynəlxalq müqavilələrin ratifikasiya edilməsi, Prezident tərəfindən dövlətdə müxtəlif vəzifələrə irəli sürülmüş namizədlərin təsdiq edilməsi bu qəbildəndir. Belə məsələlərin əhatə dairəsi kifayət qədər genişdir - dövlət katibinin, Əfqanıstandakı qoşunların komandanının, səfirin təyin edilməsi və s. Bütün bunlarla yanaşı, bir daha təkrar edirəm, xarici siyasət kursunun formalaşması və həyata keçirilməsi məsələləri ilə ABŞ Administrasiyası məşğul olur.
ABŞ Administrasiyasına hansı partiyanın rəhbərlik etməsindən və ya Konqresdə hansı partiyanın çoxluq təşkil etməsindən asılı olmayaraq, Azərbaycan həmişə Birləşmiş Ştatlarla qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə çalışmışdır və bu kursunu davam etdirir. Təməli prezidentlər Heydər Əliyev və Bill Klinton tərəfindən qoyulmuş Azərbaycan-ABŞ münasibətləri ötən illər ərzində uğurla inkişaf etmiş, strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Hər iki dövlətin mənafelərinə uyğun olan bu strateji tərəfdaşlıq regional və qlobal əhəmiyyətli iri layihələrin həyata keçirilməsinə yol açmışdır. Əminəm ki, bizim ikitərəfli münasibətlərimiz bundan sonra da qarşılıqlı maraqlar əsasında inkişaf edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

