Məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisinə böyük diqqət ayrılır
07.10.2010 [09:09]
Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov www.yap.org.az saytına müsahibə verib:
- Ayaz müəllim, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) fəaliyyətinin başlıca istiqamətləri nədən ibarətdir?
- Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımızın bütün qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli Azərbaycan dövlətinin, Ulu öndərimiz Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi. ümummilli liderimiz dövlət başçıları ilə keçirilən çoxsaylı görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində mütləq bir hal kimi bu problemə toxunaraq onu ölkədə bir nömrəli problem adlandırırdı.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan ilk vəsait də məhz bu sahəyə - qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, onların sosial müdafiəsi ilə bağlı geniş tədbirlər həyata keçirilməyə başlanıldı. İlk olaraq, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ümummilli liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmana əsasən yaradıldı. Fond faktiki olaraq 2001-ci ildən fəaliyyət göstərməyə başladı.
Fondun yaradılmasında Azərbaycan hökuməti ilə bərabər, beynəlxalq donorlar da iştirak edib. MKSİF-in ali idarəetmə orqanı Müşahidə Şurası hesab olunur və Şuranın tərkibinə Azərbaycan hökumətinin, yerli qeyri-hökumət və özəl təşkilatların nümayəndələri ilə bərabər, beynəlxalq donor təşkilatların nümayəndələri də daxil edilib. MKSİF bütün fəaliyyəti üzrə Müşahidə Şurasına hesabat verir. Yəni, təşkilatın fəaliyyəti tamamilə şəffaf mexanizmlər əsasında qurulub.
MKSİF-in ilkin mərhələdə əsas maliyyələşmə mənbəyi Dünya Bankının Azərbaycan Hökumətinə 10 mln. ABŞ dolları həcmində ayırdığı güzəştli kredit vəsaiti olub. 2000-ci ildə BMT-nin İnkişaf Proqramının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəlikləri tərəfindən Fondun institusional inkişafı məqsədi ilə 40 min ABŞ dolları həcmində vəsait ayrılıb. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün iş yerlərinin açılması, sosial infrastrukturun bərpası ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsinə yönəldilib. Təşkilatın vəzifəsi ayrılmış vəsait hesabına nəzərdə tutulan layihələrin həyata keçirilməsini və eyni zamanda, bu vəsaitlərin səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir.
ötən müddət ərzində Fondun maliyyə vəsaitləri hesabına icma mikrolayihələri həyata keçirilib, mikrokreditlərin verilməsi təmin olunub. Sonradan Fondun fəaliyyəti daha geniş xarakter alıb və maliyyələşmə mənbələri artıb. MKSİF-in hazırda maliyyələşmə mənbələrinin sırasına Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, büdcə vəsaitləri, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və digər donorların maliyyə resursları daxildir. Onu da qeyd edim ki, MKSİF-in təşkilati strukturu və heyəti donorların tələblərinə uyğun formalaşdırılır. Hər bir donorun maliyyələşdirmək istədiyi layihə üzrə xüsusi icra qrupu yaradılır.
- Fond tərəfindən məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı hansı layihələr həyata keçirilib. ümumiyyətlə, hansı rayonlarda məskunlaşmış qaçqınlara maddi dəstək və kreditlər verilib?
- Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olub, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilib.
Ulu öndərin siyasi xəttinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən “ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” - deyə, bəyan etmişdi.
“Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində didərgin düşmüş, Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləcə də, Bərdə rayonu ərazisində dəmiryolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamına uyğun olaraq, Ağdam rayonu ərazisində 12 və Ağcabədi rayonundakı Laçın qış yataqlarında 1 yeni qəsəbə salınıb və 3860 ailə - 17 min məcburi köçkün 2006-cı ildə bütün sosial-texniki infrastruktura malik yeni müasir qəsəbələrə köçürülüblər.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən, Saatlı və Sabirabad rayonlarındakı 3 çadır düşərgəsində və İmişli rayonu ərazisində dəmiryolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 4179 məcburi köçkün ailəsi üçün Biləsuvar, Füzuli, Sabirabad, Ağdam və Ağcabədi rayonlarının ərazisində bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 13 qəsəbə inşa edilib.
Bununla da ölkəmizdə olan son 3 çadır düşərgəsindəki məcburi köçkünlərin yeni müasir qəsəbələrə köçürülməsi və həmin çadır düşərgələrinin ləğvi 2007-ci ilin dekabrında təmin edilib.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çadır düşərgələrinin ləğvi barədə tapşırığı bir il əvvəl yerinə yetirilmişdir.
2007-ci ildə Sabunçu rayonunun “Qərənfil” sanatoriyasında müvəqqəti məskunlaşmış 40 məcburi köçkün ailəsi Sabunçu rayonunun ərazisində yeni salınmış qəsəbəyə köçürülüb.
Əzizbəyov rayonunun “Zuğulba” sanatoriyasında müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi üçün Sabunçu rayonunun Ramana qəsəbəsində salınmış, bütün zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbənin 2007-ci il may ayının 4-də keçirilmiş açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib.
Şabran rayonundakı fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 70 məcburi köçkün ailəsi də həmin rayonun ərazisində salınmış yeni qəsəbəyə köçürülüb.
ümumiyyətlə, 2001-2010-cu illər ərzində Dövlət Neft Fondundan (717.9 milyon manat) və digər mənbələrdən (38,8 milyon manat) ayrılan 756,7 milyon manat vəsait hesabına 19659 ailə 84,2 min nəfər daimi məksunlaşmamış qaçqın və məcburi köçkünlər üçün 1110,65 min kvadrat metr sahəsi olan 64 qəsəbə və fərdi evlər, həmçinin, 126 məktəb, 4 musiqi məktəbi, 40 uşaq bağçası, 45 tibb müəssisəsi, 33 rabitə evi tikilib, 564,79 kilometr yol, 645 kilometr su xətti, 1073 kilometr hava elektrik xətti çəkilib, 149 kilometr qaz, 37,1 kilometr kanalizasiya, 4,28 kilometr istilik xətləri çəkilib, 11 min hektarda irriqasiya işləri aparılıb, 537 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.
Onu da qeyd edim ki, Fondun maliyyələşmə mənbələri sırasında əsas donor kimi Dünya Bankı xüsusi yer tutur. Hazırda da Dünya Bankı Fondun ən vacib donorlarından biri olaraq qalır. DB məcburi köçkünlərin problemlərinin həll edilməsi üçün Azərbaycan Hökuməti ilə artıq ardıcıl olaraq üç güzəştli kredit sazişi bağlayıb. Dünya Bankının 10 mln. dollar həcmində ayırdığı birinci güzəştli kredit sazişi çərçivəsində həyata keçirilən layihənin icrasına 2001-ci ilin yanvar ayında başlanılıb və 2005-ci ilin sentyabr ayında başa çatıb. Həmin layihə iki əsas komponentdən (icma mikrolayihələri və mikrokredit proqramı) ibarət olub. Bu layihə çərçivəsində 2001-2005-ci illər ərzində 192 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 7,1 mln. ABŞ dolları təşkil etmişdir) həyata keçirilib. İcma mikrolayihələrindən 168 min nəfərdən artıq məcburi köçkün faydalanıb. Mikrolayihələr Azərbaycanın 4 mərkəzi şəhərini və 26 kənd inzibati rayonunu əhatə edib.
Fondun mikrokredit fəaliyyəti müsabiqə yolu ilə seçilmiş vasitəçi kredit təşkilatları, o cümlədən, beş beynəlxalq mikrokredit təşkilatı və yeddi yerli kredit birlikləri tərəfindən həyata keçirilib və bu məqsəd üçün 2 mln. ABŞ dolları həcmində vəsait istifadə olunub. Layihənin icrası nəticəsində 8624 nəfər məcburi köçkün (fiziki şəxs kimi) kredit əldə edib. Kredit almış hüquqi şəxslərin (məcburi köçkünlər tərəfindən yaradılmış kiçik müəssisələrin) sayı 1255 təşkil edir. Bu müəssisələrdə 5123 nəfər işləyir. Digər bir layihənin icrasına isə 2005-ci ildə başlanılıb və 2008-ci ilin sonunda başa çatıb. Dünya Bankı və Azərbaycan hökuməti arasında əldə olunmuş razılığa əsasən, “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi” həyata keçirilib. Kredit Sazişi çərçivəsində məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 12,6 mln. ABŞ dolları həcmində kredit ayrılıb. Həmin vəsaitin 11,5 mln. dolları Dünya Bankı tərəfindən, 1,1 mln. dolları isə Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilib. Bu layihə iki əsas komponentdən (icma mikrolayihələri və mikrokredit proqramı) ibarət olub. Bu Kredit Sazişi çərçivəsində 168 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 10,64 mln. ABŞ dolları təşkil etmişdir) həyata keçirilib. Bu layihədən 110 minə yaxın adam faydalanıb. Həmçinin, bu Kredit Sazişi çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində qeydiyyata düşmüş 4235 nəfər məcburi köçkünə mikrokreditlər verilib (mikrokreditlərin ümumi məbləği 0,5 milyon ABŞ dolları təşkil edib). Mikrokreditlər vasitəçi mikrolayihə təşkilatlarının tətbiq etdiyi şərtlər əsasında və Dünya Bankının maliyə vasitəçilərinə tətbiq olunan şərtlərə müvafiq olaraq verilib. Bu mikrokredit proqramından 17 mindən artıq adam faydalanıb.
- Ayaz müəllim, məcburi köçkünlərin sosial infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı hansı layihələr icra olunub?
- Fond mikromaliyyələşdirmə ilə bağlı, qaçqın və məcburi köçkünlərin sosial infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı layihələrə də xüsusi diqqət yetirir. Belə ki, icma mikrolayihələri komponenti məcburi köçkün icmaları tərəfindən təklif olunan müxtəlif növ infrastruktur mikrolayihələrinin maliyyələşdirilməsini təmin edib. Məsələn, 15 may 2008-ci il tarixdə Bakıda Dünya Bankı və Azərbaycan hökuməti arasında 15 milyon ABŞ dolları həcmində “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə”ni həyata keçirmək məqsədilə yeni Kredit Sazişi imzalanıb. Bu layihə 2008-ci ilin sonunda başa çatan Kredit Sazişi çərçivəsində həyata keçirilən layihənin davamı hesab olunur. Yeni layihənin icra müddəti üç il nəzərdə tutulub. Layihəyə uyğun olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vasitəsilə məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərində mövcud olan sosial problemlərinin həlli, infrastrukturun yaxşılaşdırılması (məcburi köçkünlərin məskunlaşdığı ictimai binaların və yataqxanaların təmiri, içməli su və elektrik enerjisi təchizatı, daxili yolların bərpası, sosial obyektlərin bərpası və yaxud tikintisi və s.) ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edim ki, Azərbaycan hökuməti iştirak payı kimi yeni layihənin həyata keçirilməsi üçün 8,69 milyon dollar həcmində vəsait ayıracaq. ümumilikdə, DB ilə Azərbaycanın birgə maliyyələşdirəcəyi bu layihənin ümumi dəyəri 24,19 milyon dollar təşkil edir.
Xatırladım ki, həmin Kredit Sazişi çərçivəsində bu günə qədər 101 icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 6,731 mln. ABŞ dolları təşkil etmişdir) həyata keçirilib. Hazırda ümumi dəyəri 0,952 mln. dollar təşkil edən daha 11 mikrolayihə üzrə müqavilə bağlanıb, dəyəri 6,494 mln. dollar olan 47 mikrolayihə üzrə satınalma prosedurları aparılır, 33 mikrolayihə isə dəqiq qiymətləndirmə mərhələsindədir. Daha 16 icma mikrolayihəsi MKSİF-in İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb. ümumiyyətlə yeni Kredit Sazişi üzrə MKSİF-in mikrolayihələr portfeli 01.10.2010-cu il tarixə 17,77 mln. ABŞ dolları həcmindədir. Bu mikrolayihələrin həyata keçirilməsi nəticəsində 109983 adam faydalanacaq ki, onların da 80 faizi məcburi köçkünlərdir.
- Fond qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində nə qədər yeni qəsəbə inşa edib?
- Qeyd etmək istərdim ki, MKSİF-in əsas fəaliyyəti Dövlət Neft Fondunun maliyyələşdirdiyi dövlət proqramları ilə bağlı olduğundan Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarına uyğun olaraq 2001-ci ildən etibarən ölkədəki çadır düşərgələrində və digər uzunmüddətli yaşayış üçün yararlı sayılmayan yerlərdə məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisinə böyük diqqət ayrılıb. Bu istiqamətdə mühüm işlər görülüb, yeni qəsəbələrin tikintisinə başlanılıb. ümumiyyətlə, bu günə kimi qaçqınlar və məcburi köçkünlər üçün Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, Göygöl, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri ərazisində 64 qəsəbə (zəruri sosial-texniki infrastrukturla) salınıb ki, bunların da 50-si MKSİF tərəfindən tikilib. Həmin qəsəbələrdə də 20 minə yaxın köçkün ailəsi məskunlaşıb.
- Ayaz müəllim, hazırda inşa edilən tikililər haqqında nə deyə bilərsiniz? Yeni inşa edilən qəsəbələr hansı əraziləri əhatə edir?
- Hazırda MKSİF tərəfindən fin tipli evlərdən ibarət düşərgələrdə və uzunmüddətli yaşayış üçün yararsız olan digər obyektlərdə müvəqqəti olaraq yerləşdirilmiş məcburi köçkünlər üçün yeni qəsəbələrin və məhəllələrin salınması ilə bağlı müvafiq işlər davam etdirilməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli 2475 â„–-li Sərəncamının 1.1 və 1.2 bəndlərinin icrası ilə əlaqədar Yevlax şəhərinin ərazisində 612 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin bütün zəruri sosial-texniki infrastrukturu (drenaj şəbəkəsi, içməli su, elektrik, qaz və istilik təchizatı, yol və abadlıq işləri, 440 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina və s.) ilə birlikdə istifadəyə verilməsi üçün müvafiq tamamlama işləri yekunlaşmaq ərəfəsindədir.
Ağdam rayonu, Quzanlı bələdiyyəsi ərazisində 689 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərindən ibarət qəsəbənin tikintisi bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə artıq başa çatıb, son tamamlama işləri davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.12.2009-cu il tarixli 325s â„–-li sərəncamının icrası ilə əlaqədar Naftalan şəhəri, Naftalan Sanatoriya-Kurort Birliyinə məxsus sanatoriyalarda müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsi (I növbədə 164 ailə) üçün 5 mərtəbəli yaşayış binalarından ibarət məhəllənin (3 ədəd 5 mərtəbəli yaşayış binası bütün zəruri-texniki infrastrukturu ilə birlikdə) tikintisi başa çatıb, artıq son tamamlama işlərinə başlanılıb. Eyni zamanda, Mingəçevir şəhəri ərazisində 502 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət yeni yaşayış məhəlləsinin, Şəki rayonu ərazisində 423, İmişli rayonu ərazisində 983, Ağcabədi rayonu ərazisində 552 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin və eləcə də, Ağcabədi rayonu ərazisində 556 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət olan yeni məhəllənin layihə-smeta sənədlərinin hazırlanması, Dövlət Baş Ekspertiza idarəsindən bu layihələr üçün müvafiq rəylərin alınması istiqamətində lazımi işlər davam etdirilir.
Bakı və Sumqayıt şəhərlərində, həmçinin, Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində hərbi şəhərciklərdə müvəqqəti məskunlaşmış, ümumi sayı 1410 olan məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət yeni mikrorayonun salınması nəzərdə tutulub. Bu məqsədlə Qaradağ rayonu Müşviq qəsəbəsinin yaxınlığındakı yaşayış evlərinə bitişik ərazidə 22,0 ha torpaq sahəsi ayrılıb, layihə sənədlərinin hazırlanması üçün müvafiq texniki şərtlər alınıb və inşaat pasportu hazırlanıb. Həmçinin, Bakı şəhərində əsasən təhsil müəssisələrinin balansında olan yataqxanalarda müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsinin köçürülməsi ilə əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsinin yaxınlığında ayrılmış 12,0 ha torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarından ibarət yeni məhəllənin layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq təşkilatlardan texniki şərtlər alınıb və inşaat pasportunun alınması istiqamətində işlər aparılır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

