Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev bütün çətinlikləri dəf edərək, Azərbaycanı inkişaf yoluna çıxardı

Ulu öndər Heydər Əliyev bütün çətinlikləri dəf edərək, Azərbaycanı inkişaf yoluna çıxardı

06.12.2010 [10:07]

Nurlana Əliyeva: Ulu öndər Heydər Əliyevin qoyduğu bu yol bizi məbədə aparır. O məbəd azadlıq, istiqlaliyyət, ədalətli insanların məbədidir, o məbəd zəhmət, hünər məbədidir
Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, YAP Siyasi Şurasının üzvü, Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Nurlana xanım, ümummilli liderimiz Heydər Əliyevin anım günü ərəfəsində dahi şəxsiyyətlə bağlı fikirlərinizi bilmək istərdik...
- öncə onu deyim ki, 2003-cü ilin 12 dekabr tarixi hər bir Yeni Azərbaycan Partiyasının üzvü üçün, hər bir qədirbilən Azərbaycan vətəndaşı üçün çox ağır bir gün oldu. çünki Ulu öndər Heydər Əliyevin Azərbaycan vətəndaşlarının həyatında çox müstəsna bir rolu var. O mənada ki, ümummilli liderimiz Azərbaycanımızı məhv olmaqdan, uçurum kənarından, həmçinin, bizləri gələcək nəsillərin qınağından xilas edib. Ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə Azərbaycanın ən çətin, ən gərgin illərində hakimiyyətə gələrək bu çətinlikləri öz bacarığı, praqmatik siyasəti ilə dəf etməyi bacardı və ölkəmizi inkişaf yoluna çıxardı. Heydər Əliyevin həmin illərdə görmüş olduğu böyük işlərdən biri də YAP-ın yaradılması idi. YAP o dövrdə ölkənin istinadgahı, dayağı kimi, özünü Azərbaycanın xilasına həsr etməyi bacaran insanların bir araya gəldiyi qurum kimi yaranmışdı. YAP-ın təsis olunması və Ulu öndərin rəhbərliyi altında ölkəmizin böyük ziyalılarının bir araya gəlməsi çox mürəkkəb durumda olan dövlətimizin gələcəyi baxımından da mühüm hadisə idi. YAP yaranandan dərhal sonra bütün fəallarımız, ziyalılarımız, cəmiyyətin hər təbəqəsindən olan insanlar, o cümlədən, qadınlarımız mütəşşəkil şəkildə partiyanın sıralarına gəldi. Mən ümummilli liderimizin anım günü ərəfəsində Onun ruhu qarşısında baş əyir və düşünürəm ki, bizim bugünkü inkişafımız, Azərbaycanın tərəqqisi məhz Ulu öndərin ideyaları əsasında baş tutur. Azərbaycanda qeydə alınan iqtisadi inkişaf tempi beynəlxalq aləm tərəfindən də təqdir edilir. Təbii ki, bütün bu uğurlara Heydər Əliyev ideyalarının həyata keçirilməsi, həmçinin, möhtərəm Prezidentimiz İlham Əliyevin çox müdrik siyasətinin, müdrik addımlarının nəticəsində nail olunub.
- YAP yaranandan dərhal sonra qadınlar bu partiyaya üzv olmağa başladılar. Bunun Ulu öndərin Azərbaycan qadınlarına diqqət və qayğısı, həmçinin, Azərbaycan qadınlarının da ümummilli liderimizə inamı ilə bağlı olduğunu söyləyə bilərikmi?
- Əlbəttə. ümumiyyətlə, Ulu öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını böyük işlərə pərvazlandıran, ruhlandıran, onları dövlət idarəçiliyinə cəlb edən ikinci dövlət başçısı olmayıb. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən ümummilli liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Müstəqil Azərbaycan dövləti BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” haqqında Konvensiyaya qoşulub. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev əbədiyaşar Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirir. Yeri gəlmişkən, onu da qeyd edim ki, YAP Qadınlar Şurası da 1995-ci ildə məhz Ulu öndərimizin təşəbbüsü ilə yaradıldı. O zaman cəmiyyətin bütün fəal qadınları partiyamızın sıralarına qoşuldular. Bu gün YAP cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bizim doğrudan da, geniş potensialımız var. Bəlkə, elə buna görə də, yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. Yeri gəlmişkən, deməliyəm ki, partiyamızın həm 400 mininci, həm 450 mininci, həm də 500 mininci üzvü məhz xanımlardır. Hesab edirəm ki, bu fakt da bizim üçün çox əhəmiyyətlidir. Bu, onu göstərir ki, Ulu öndərin ideyalarına sadiq qalan qadınlar partiyamızın həyatında fəal rol oynayır. Son bələdiyyə və parlament seçkilərində də qadınların aktivliyi bir daha onların siyasi proseslərdəki rolunu təsdiqləyir. 2009-cu il bələdiyyə seçkilərində qadınların təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. Bilirsiniz ki, əvvəllər bələdiyyələrdə qadınların təmsilçiliyi 3-4 faiz idi. Son seçkilərdə isə bələdiyyə üzvü seçilənlərin təxminən 30 faizini qadınlar təşkil edir. Eyni zamanda, 4-cü çağırış Milli Məclisin tərkibində 20 qadın millət vəkilimiz var ki, bu da keçən dəfəkindən çoxdur. Bir daha qeyd etmək istəyirəm ki, bütün bu uğurlara məhz əsası Ulu öndərimiz tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində nail olunub. Hazırda Azərbaycan qadını beynəlxalq müstəvidə ölkəmizi, xalqımızı layiqincə təmsil edir. Xüsusilə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti bu baxımdan hər bir Azərbaycan qadını üçün bir örnəkdir. Mehriban xanımın fəaliyyəti nəticəsində xeyriyyəçilik ölkədə bir hərəkata çevrilib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hər bir vətəndaşın arzusunun reallaşmasının ifadəsidir. Azərbaycanın zəngin mədəniyyətinin incisi sayılan muğamın geniş təbliği, milli-mədəni dəyərlərimizin qorunub saxlanması istiqamətində atdığı addımlar, təhsilin, səhiyyənin inkişafına verdiyi əvəzsiz töhfələr Mehriban xanımın Azərbaycan qadınlarını layiqli şəkildə təmsil etdiyinin bir nümunəsidir. Bu gün Ulu öndər Heydər Əliyevin ideyalarını həyata keçirən Mehriban xanım Əliyeva miqyası və mahiyyəti etibarı ilə böyük işlərin təşəbbüskarıdır. Və son olaraq demək istəyirəm ki, Heydər Əliyev ideyalarının əsasında dövlətçilik fəlsəfəsi dayanır. Yeri gəlmişkən, gürcülərin “Pokayanie” adlı bir filmi var. Həmin filmin sonunda bir cavan qız yoxuşdan düşür və bir ahıl insan isə yoxuşa qalxır. Qız qocadan bu yolun hara apardığını soruşur və “Bu yol məbədə aparır” cavabını alır. Mən də demək istəyirəm ki, Ulu öndər Heydər Əliyevin qoyduğu bu yol bizi məbədə aparır. O məbəd azadlıq, istiqlaliyyət, ədalətli insanların məbədidir, o məbəd zəhmət, hünər məbədidir. O məbəd daima bizi özünə tərəf səsləyir. Biz o məbədə tərəf getməyə bilmərik. çünki həmin məbədin təməlində ümummilli liderimiz Heydər Əliyevin sarsılmaz ideyaları, Prezident İlham Əliyevin Azərbaycanın daha da qüdrətlənməsinə hesablanmış böyük, qlobal işləri durur.

Paylaş:
Baxılıb: 1077 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30