Aydın Mirzəzadə: Hərbi Doktrina dövlətin vacib atributlarından biri sayılır
26.01.2011 [10:13]
AzərTAc-ın bu və digər suallarını Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, politoloq Aydın Mirzəzadə cavablandıraraq deyib:
- Hərbi Doktrina dövlətin vacib atributlarından biri sayılır. Bəzən onu ikinci və ya hərbi Konstitusiya da adlandırırlar. Azərbaycan müstəqillik qazandıqdan sonra Hərbi Doktrinanın hazırlanması və qəbulu daim gündəlikdə olan bir məsələ idi. Azərbaycan ilk növbədə ordu quruculuğu ilə məşğul olaraq, müvafiq praktika əldə edərək, ordu quruculuğunu həyata keçirən qanunlar qəbul edərək Hərbi Doktrinasını hazırlayıb. Biz hesab etdik ki, tələsik Hərbi Doktrina qəbul edib sonradan ona tez-tez dəyişikliklər etməkdənsə, artıq oturuşmuş hərbi sistemimizi bir doktrina halına salmaq daha düzgün olardı. ötən müddət göstərdi ki, Azərbaycanın taktikası düzgün idi. Hərbi Doktrinamız həm Azərbaycanın özünün milli ordu quruculuğunu, eyni zamanda, beynəlxalq təcrübəni özündə birləşdirir. Bu gün milli çərçivələrdə qalan Hərbi Doktrina yoxdur. Bütün dünya bir-birinin təcrübəsini öyrənir. Bütün dünya ölkələri ən müsbət cəhətləri özünün hərbi konstitusiyasında yer tapmasına çalışır. Azərbaycan da bu yolu keçdi və bu gün Hərbi Doktrinamız Azərbaycanın ərazi bütövlüyünün qorunması, ordu quruculuğunun daim inkişaf etdirilməsində müvafiq baza rolunu oynayır.
- Doktrinanın qəbulundan sonra hərbi sahə ilə əlaqəli olan bir sıra qanunvericilik aktlarında hansı dəyişiklik olunmuşdur?
- Bu dəyişikliklər az olub. çünki ilk növbədə biz ordu quruculuğu ilə bağlı kompleks qanunlar və normativ aktlar qəbul etmişdik. O baxımdan onun qəbulundan sonra yenilərinin qəbuluna bir o qədər ehtiyac qalmayıb. Qəbul etdiyimiz bir sıra yeni qanunlar da oldu. Bunlardan biri “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanundur. Bu, yeni praktika idi, eyni zamanda, bir sıra qanunlara, əsasən hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı müəyyən qanunlara dəyişiklik edilib. Bundan sonra da müvafiq qanunlara dəyişikliklər ediləcək. Hərbi Doktrinamız buna tam imkan verir. Ən başlıcası Hərbi Doktrinamız beynəlxalq aləmdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çox çevik siyasət yeritməyə imkan verir.
- Hərbi Doktrinada hərbi qulluqçuların sosial müdafiəsi nəzərdə tutulubmu?
- Azərbaycan dövləti həmişə özünün büdcəsinə uyğun olaraq hərbi qulluqçuların sosial müdafiəsini maksimum dərəcədə təşkil etməyə çalışır. Bu gün özünü hərbi peşəyə bağlamaq istəyənlər həmin dövrə uyğun olaraq yüksək məvacib alırlar. Onların gələcəkdə pensiya təminatına dövlət tərəfindən zəmanət verilir. Hərbçilərin ailələri ya mənzillə təmin edilir və yaxud kirayəyə mənzil tutularsa kirayə haqqı ödənilir, onların müalicə xərci dövlətin hesabınadır və digər bu kimi məsələlər hərbçi peşəsini cəmiyyətdə çox populyar edir. Bir sözlə, dövlətin büdcəsi artdıqca sosial təminat məsələlərinə qoyulan normalar da artırılacaq və hərbi qulluğa gələn hər bir kəs ilk gündən mənzillə, pulsuz müalicə ilə, istirahətlə, hətta təhsil məsələləri ilə bağlı dövlətin bütün təminatını ala biləcəklər.
- Bəs Doktrina hərbi sənaye kompleksinin inkişafına nə verir?
- Hərbi Doktrina Azərbaycanın hərbi sənaye kompleksinin yaradılmasına rəvac verir və bunun üçün müvafiq şərait yaradır. Hərbi Doktrinadan təqribən 5 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Bu gün bu nazirliyin istehsal sahələri 500-dən çox məhsul buraxır. Həmin məhsulların böyük bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınır. Bu isə o deməkdir ki, onların alınması üçün ayrılan vəsait Azərbaycan bazarında qalır. Azərbaycan hərbi sənaye kompleksi artıq inkişafın yeni bir modelini seçib. Azərbaycan xaricdəki hərbi sənaye şirkətləri ilə müştərək müəssisələr yaradır, birgə silah-sursat və hərbi avadanlıq buraxır, eyni zamanda, beynəlxalq hərbi sərgilərdə iştirak etməklə Azərbaycan məhsullarını xaricdə tanıda bilir. Qeyd edim ki, son dövrlərdə Azərbaycan hərbi sənaye məhsullarına maraq həddən çox artıb. Doktrina isə hərbi sənaye sahəsinin yaradılmasına rəvac verir və bunu dövlətin prioritetlərindən biri sayır. Yəni, Hərbi Doktrina Konstitusiya müddəası kimi hərbi sənaye kompleksinin olmasını Azərbaycanın vacib fəaliyyət istiqamətlərindən biri kimi tövsiyə edir.
Hərbi Doktrina Azərbaycanın beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin yaradılması üçün birgə fəaliyyətdə iştirakını mümkün sayır. Yəni, Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin təminatındakı fəaliyyətini tənzimləyir. Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakla bağlı artıq xeyli təcrübəsi var və bu təcrübədən milli ordu quruculuğunda maksimum istifadə edilir. Azərbaycan hərbçiləri dünyanın qaynar nöqtələrində xidmət keçməklə Azərbaycan dövlətinin də təbliğatını həyata keçirmiş olurlar. Azərbaycan hərbçiləri hərbi nizamnaməyə ciddi riayət edən, qarşıya qoyulan vəzifələri tamamilə yerinə yetirən insanlar kimi tanınıblar və onların fəaliyyətləri xarici dövlətlərin, o cümlədən ABŞ-ın və NATO-nun rəsmi strukturlarının yüksək mükafatları ilə təltif edilib. Eyni zamanda, mümkündür ki, gələcəkdə ayrıca bir Sülhməramlı Qüvvələr Briqadası yaradılsın.
- Azərbaycanda yüksək ixtisaslı, peşəkar hərbçi kadrların hazırlanması hansı səviyyədədir?
- Ulu öndər Heydər Əliyev vaxtilə azərbaycanlıların hərbçi peşəyə yiyələnməsi, Azərbaycanın peşəkar hərbçilərlə təmin edilməsi işinə böyük diqqət yetirmişdir. Məhz ümummilli liderin səyi nəticəsində çoxlu sayda azərbaycanlı gənc ötən əsrin 70-80-ci illərində keçmiş SSRİ-nin ali hərbi məktəblərinə daxil olmuşdular. Bu gün Azərbaycan Milli Ordusunun generaliteti bir nəfər kimi Heydər Əliyevin həmin dövrdə ali hərbi məktəblərə göndərdiyi gənclərin sırasından çıxmış şəxslərdir. Eyni zamanda, hərbi məktəbin yaradılması da bu işdə böyük rol oynayıb. Hazırda Azərbaycanda hərbi istiqamətli 6 məktəb var. Bunun biri Hərbi Akademiya, üçü ali hərbi məktəb - ümumqoşun, təyyarəçilik və hərbi dənizçilik, ikisi isə hərbi liseydir. Bunlar Bakıdakı Cəmşid Naxçıvanski adına və Naxçıvandakı Heydər Əliyev adına Naxçıvan hərbi liseyidir. Bütün bunların hamısı Azərbaycan Ordusunun peşəkar zabitlərlə təmin edilməsi, cəmiyyətdə hərbi vətənpərvərliyin təbliği işində böyük rol oynayır. Qeyd edim ki, aparılan siyasət özünü tamamilə doğruldur. Bu gün Azərbaycanda NATO standartlarına cavab verən hərbi təhsil sistemi formalaşıb. Xarici ölkələrdən çox sayda insanlar Azərbaycan hərbi məktəblərində təhsil alır. O cümlədən bizim son dövrdə yaradılan Hərbi Akademiyamız da ali zabit heyətinin formalaşmasında böyük rol oynayır. Hərbi Doktrinada hərbi təhsil məsələsi də öz əksini tapıb. Bundan irəli gələrək gələcəkdə də hərbi məktəblərimizin, liseydən tutmuş hərbi akademiyaya qədər daha da təkmilləşməsi, ən yeni silahların öyrədilməsi, digər ölkələrin ordularının qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsində böyük rol oynayacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12

