ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı həqiqətə söykənməyən məqamlar çoxdur
13.04.2011 [13:41]
- çingiz müəllim, məlum olduğu kimi, bu günlərdə ABŞ Dövlət Departamentinin növbəti hesabatı açıqlanıb. Hesabatda Azərbaycanla bağlı əks olunan fikirlərə münasibətiniz necədir?
- ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsində həqiqətə söykənməyən, həddindən artıq şişirdilmiş məqamlar çoxdur. Məsələn, hesabatda qeyd olunur ki, guya mediada və siyasi fəaliyyətdə sərt məhdudiyyətlər var, hökumət siyasi opponent hesab etdiyi şəxslərin məhkəməsiz həbs olunması hallarını davam etdirir. Əslində, bu, tamamilə ədalətsiz yanaşmadır. çünki bu gün məhkəmənin qərarı olmadan hüquq normalarında nəzərdə tutulan saatdan artıq heç kim polis orqanlarında saxlanılmır. Əgər belə bir fakt varsa, yaxşı olardı ki, bunlar da hesabatda əks olunardı. Amma bu yoxdur, sadəcə ümumi söz toplusudur. Hesabatda deyildiyinin əksinə olaraq, Azərbaycanda dini azadlıqlar da məhdudlaşdırılmır. Bütün dünya bilir ki, Azərbaycan ən böyük tolerant ölkədir. Bu gün ölkəmizdə katoliklərin, xristianların kilsələri, sinaqoqlar fəaliyyət göstərirsə, hansı məhdudiyyətdən danışmaq olar? Həbsxanalarla bağlı deyilənlər də ədalətsizdir. Bu gün Kürdəxanı təcridxanası Avropada nümunə göstərilən təcridxanalardan biridir. Hazırda ədliyyə sistemində aparılan islahatlar onu göstərir ki, hesabatdakı məqamlar reallığı əks etdirmir. Amma bu məlumatları hardan alırlar?
Media nümayəndələrinə qarşı məhkəmələrə gəlincə, əslində burada qeyri-adi məsələ yoxdur. Hər bir vətəndaş, o cümlədən, məmurlar, deputatlar, iş adamları da özləri haqqında yazılanlarla razılaşmırlarsa, məhkəməyə müraciət etməlidirlər. Biz sivil olmaq istəyirik, qanundan kənara çıxmaq niyyətimiz yoxdur. Mediada gedən yazılara münasibət bildirmək üçün qolumuzu çırmalayıb zor tətbiq etməməliyik ki...
Əgər məmur məhkəməyə müraciət edirsə və problemi məhkəmə yolu ilə həll edirsə, bunun mənfi hal kimi qabardılması ədalətsizlikdir. Kimsə özünün hüququnu və şərəfini qorumaq üçün məhkəməyə müraciət edirsə, biz bunu alqışlamalıyıq ki, problem qanundan kənar yox, qanuni yolla həll olunur.
- Hesabatda iddia olunur ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır. Sizcə, bu iddia nə dərəcədə reallığı əks etdirir?
- Bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da sərbəst toplaşmaq azadlığı qanunla tənzimlənir. Burada qeyri-qanuni hərəkət yoxdur. Amma onu da demək istəyirəm ki, bu məsələ dialoq yolu ilə həll edilməlidir. Nə qədər ki, qanunsuz aksiyalar olacaq, onların qarşısını almaq üçün hüquq mühafizə orqanları da fəaliyyətdə olacaq. Fikrimcə, şəhərin mərkəzindəki Fəvvarələr meydanında mitinq keçirmək düzgün deyil.
Hesabatda o da yazılır ki, guya müxalifətin mitinq cəhdi zamanı 169 şəxs həbs olunduqdan sonra işgəncələrə məruz qalıblar. Küçələrdə icazəsiz aksiyalar zamanı saxlanılarkən ola bilər ki, kimlərəsə qarşı müəyyən sərtlik olsun. Amma onlar polis məntəqəsinə təhvil verildikdən sonra, istintaq təcridxanasına göndərildikdən sonra bir faktı göstərə bilməzlər ki, orada zorakılığa məruz qalıblar.
- Bəs hesabatda Ermənistanla bağlı məqamlar reallığa uyğundurmu? İşğalçı dövlətə münasibət necədir?
- Azərbaycan vətəndaşı olaraq bu hesabatda Ermənistanla bağlı məqam mənim diqqətimi cəlb etdi. Hesabatda göstərilir ki, erməni separatçıları Dağlıq Qarabağ ərazisini işğal ediblər. Bu həqiqətə uyğun deyil, siyasi gedişdir, ədalətsiz açıqlamadır. Azərbaycan dövləti Dağlıq Qarabağdakı bir qrup separatçı ilə yox, Ermənistan dövləti ilə üz-üzə qalıb. Ermənistanın hərbi qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib və bu gün orada qeyri-qanuni qurum yaradıb. Amma həmin qurumun arxasında Ermənistan dayanır. Əgər separatçılardan söhbət gedirsə, Ermənistan kənarda qalırsa, onda sual olunur: Ermənistanda hərbi xidmətə çağrılan gənclər nə üçün Dağlıq Qarabağda hərbi xidmət keçməyə göndərilir? Təkcə bu fakt göstərir ki, işğalı Ermənistan dövləti edib və faktları kifayət qədər artırmaq olar. ABŞ-ın bu məsələyə yanaşması hiddət doğurur. Bu, artıq ABŞ-ın Qarabağ məsələsində siyasətinin təzahürüdür. Qeyd etmək istəyirəm ki, bu cür dövlətlərin belə yanaşması onu göstərir ki, onlar Dağlıq Qarabağ probleminin həllində maraqlı deyillər, əsl həqiqətləri gizlətməklə məşğuldurlar.
Metyu Brayzanın Xankəndi hava limanına aviareyslərin açılışı ilə bağlı Azərbaycanın bir məmurunun açıqlamasına dərhal reaksiya verməsi və sətiraltı formada dövlətimizi bu addımdan çəkinməyə çağıran fikri bayaq dediyim məqama aiddir. Əgər Metyu Brayza həqiqətin tərəfində olsaydı, mütləq deməliydi ki, Ermənistan tərəfinin bu aviareyslərin açılmasındakı marağı və hərəkətləri beynəlxalq hüquq normalarına ziddir.
- Yeri gəlmişkən, həmsədrlərin bölgəyə növbəti səfəri başlayıb. Bu səfərdən müsbət nəticə gözləmək olarmı?
- Açığı bu səfərlərdən ciddi gözləntilərim yoxdur. Bu yaxınlarda faktaraşdırıcı missiyanın hesabatında Ermənistana qarşı ciddi tələblər yox idi. Həmsədrlər işğalçıya beynəlxalq hüquq normaları çərçivəsində yanaşmırlar. Ona görə də, 20 ilə yaxındır ki, aparılan danışıqların heç bir nəticəsi yoxdur. Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatların sənədləri icra olunmur. Yeri gəlmişkən, Dövlət Departamentinin hesabatında Ermənistanda insan hüquqlarının pozulması hallarının miqyasını kiçiltmək, Azərbaycanla bağlı faktları isə şişirtmək məqsədi görünür. Əslində, bu ABŞ-ın həmsədr dövlət olaraq ölkəmizə qarşı qərəzli mövqeyidir. Belə hesabatların açıqlanması milli məsələdir. Bu problemlərdən yeganə çıxış yolu hamımızın həmrəy olmasıdır. Saxta informasiyalar, kiminsə qapısını döyüb 3-5 min qrant almaqdan ötrü onların çaldığı havaya oynamaq əslində, ermənilərin dəyirmanına su tökməkdir.
Problemlər var və bunu heç kim inkar etmir. Amma heç kim deyə bilməz ki, Azərbaycandakı vəziyyət beş il bundan əvvəlkindən müsbət mənada fərqlənmir. Sözsüz ki, irəliləyişlər var. Gəlin, harda çatışmazlıqlar varsa, yığışıb özümüz həll edək. Amma bu informasiyalarda “qarışqadan fil düzəldib” sonra xaricə ötürmək, hesabatlara salınıb Azərbaycana gələcəkdə siyasi təzyiq kimi istifadəyə imkan yaratmaq vətənpərvərlik deyil. Onu bilmək lazımdır ki, Qərb dövlətləri bu cür yanaşmalarla Qarabağ məsələsində ermənilərə güzəştə getməyimizə çalışır. Bu mənada həmsədrlərin fəaliyyəti də xalqımızda narazılıq doğurur.
- Bir neçə gün öncə ATƏT-ə daxil olan bəzi ölkələrin səfirləri, diplomatik korpusların nümayəndələri bəzi müxalifət partiyalarının rəhbərləri ilə qapalı görüş keçirdilər. Sizcə, bu addım hansı məqsədlərə xidmət edir?
- Əslində, belə görüşlər bütün dövlətlərdə ola və normal qarşılana bilər. Amma burda başqa bir məsələ var. Son vaxtlar küçələrdə aksiyaların artmasına edilən cəhdlər fonunda səfirlərin hansısa partiyanın qərargahında qapalı görüşlər keçirmələri onlara dəstək vermələri hesab oluna bilər. Kimsə görüşmək istəyirsə, onu səfirliyə dəvət edib mətbuatın iştirakı ilə söhbət apara bilərdi. Amma nümayişkaranə şəkildə hansısa müxalifət partiyasının qərargahına gedib qapalı söhbətlər aparmaq həmin partiyaların qaldırdığı məsələlərdə yardımçı və dayaq olmağın nümunəsi kimi qeyd oluna bilər. Onların bu addımı Azərbaycanın daxili məsələsi ilə bağlı mövqe ortaya qoymasıdır.
Yenə də deyirəm ki, burada məqsəd başqadır. Amerikalı, ingilis, fransız istəmir ki, Azərbaycanda mitinq və digər aksiyalar normal keçsin. Onların hamısının bir bəlası var: “Dağlıq Qarabağ” məsələsi ermənilərin xeyrinə həll olunsun. Ona görə dediyim budur ki, bu məsələdə iqtidar-müxalifət olmamalıdır. Erməni dəyirmanına su tökmək bizim ziyanımızadır. Beynəlxalq qərarlar bizim xeyrimizə olsa da, əməli tədbirlər görülmür. Bu amil həmin dövlətlərin mahiyyətini açıq şəkildə ortaya qoyur.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

