Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanda bütün sahələrin inkişafı təmin edilib

Azərbaycanda bütün sahələrin inkişafı təmin edilib

30.04.2011 [09:45]

Azər Badamov: Yeni Azərbaycan Partiyasının ciddi rəqabətə davam gətirə biləcək güclü potensialı mövcuddur
Məlum olduğu kimi, ötən ilin noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbəti seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) böyük üstünlüklə qalib gəldi və partiyanın irəli sürdüyü namizədlərdən 71 nəfəri parlamentdə təmsil olunmaq hüququ qazandı. Parlamentdə hakim partiyanı təmsil edən millət vəkillərinin 21-i yeni seçilmişlərdir. Onlar, eyni zamanda, respublikamızın müxtəlif sahələrində göstərdikləri səmərəli fəaliyyətlə ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan da, “Yeni Azərbaycan” qəzeti YAP-ın parlamentə seçilmiş yeni deputatları ilə cəmiyyəti daha yaxından tanış etmək üçün layihə həyata keçirir. Layihəmizin budəfəki qonağı isə Milli Məclisin üzvü, parlamentin Regional məsələlər komitəsinin üzvü Azər Badamovdur.
-Azər müəllim, parlamentdə təmsil etdiyiniz Yeni Azərbaycan Partiyası xalqımızın ümummilli partiyası adlanır. Təbii ki, bu partiyanın təmsilçisi olmaq millət vəkili kimi daha böyük məsuliyyətdən xəbər verir...
- Əlbəttə. İlk olaraq Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti, möhtərəm İlham Əliyev cənablarına mənə göstərilən etimada görə öz minnətdarlığımı bildirirəm. Bununla yanaşı, həqiqətən də YAP bu gün öz sıralarında 530 mindən çox üzvü birləşdirməklə ümumxalq partiyası adını qazanıb. O baxımdan da, həm belə böyük bir siyasi təşkilatın dəstəyini hiss etmək bir millət vəkili kimi mənə ruh yüksəkliyi verir, həm də olduqca böyük məsuliyyət yaradır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bir siyasi partiyanın gücünü formalaşdıran və ona böyük ictimai dəstək yaradan başlıca amil həmin təşkilata rəhbərlik edən siyasi lider, xalqın həmin siyasi liderə münasibətdir. Bu mənada YAP öz liderləri ilə öyünə bilər və Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycanın ən güclü siyasi təşkilatı olması reallıqdır. çünki Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçilik tarixində ən böyük xidmətlərə sahib olan, böyük siyasətçi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılıb. Bu gün isə həmin partiyaya ümummilli liderin siyasi varisi Prezident İlham Əliyev rəhbərlik edir. Heydər Əliyevin şəxsiyyətinə, Onun liderlik bacarığına, siyasi dünyagörüşünə və dərin dövlətçilik fəlsəfəsinə böyük inam bəsləyən xalqımız, eyni zamanda, dahi liderin yaratdığı və rəhbərlik etdiyi partiyaya da eyni etimadı göstərir. Eyni zamanda, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu, inkişaf modelinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi xalqımızın bu etimadının günü-gündən güclənməsinə yol açır. Bu, ölkəmizdə keçirilən seçkilərin nəticələrində də özünü göstərir. Azərbaycanda yaradılan demokratik seçki mühiti siyasi partiyalara öz gücünü,  potensialını nümayiş etdirməyə tam imkan verir. Yeni Azərbaycan Partiyası ötən illər ərzində ciddi rəqabətə davam gətirə biləcək potensial yaradıb, öz sosial bazasını, tərəfdaşlarının sırasını xeyli genişləndirib. Bu isə zamanın tələblərinə cavab verən konsepsiya və proqramlara əsaslanan idarəçilik qaydaları ilə mümkün olub.
- Parlamentin Regional məsələlər komitəsinin üzvü kimi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafla bağlı fikirlərinizi öyrənmək istərdik...
- ölkəmiz son illərdə çox yüksək sosial-iqtisadi inkişaf tempi əldə edib. Bunun ən ümdə səbəbi ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarının həyata keçirdiyi sosial-iqtisadi islahatlar və bu istiqamətdə qəbul olunan dövlət proqramlarıdır. Bəlli olduğu kimi, artıq bir neçə ildir ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramları həyata keçirilir. Azərbaycanda dinamik inkişafın sürətlənməsində, makroiqtisadi sabitliyin möhkəmlənməsində və bölgələrin bərabər şəkildə inkişaf etməsində mühüm rol oynayan bu Dövlət proqramları Azərbaycan hökumətinin iqtisadi siyasətinin bütün parametrlərini özündə əks etdirməklə konseptual strategiya kimi dəyərləndirilməlidir. Bu proqramlar iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənədlərdir. Proqramlar, eyni zamanda, kənd təsərrüfatı, emal və yeyinti sənayesi, nəqliyyat, tikinti, infrastruktur, rabitə, turizm ilə bağlı sahələri əhatə edən layihələrlə zəngindir. Bu isə ölkəmizdə bütün sahələrin paralel inkişafını təmin edir. Ən ucqar kəndlərdə bütün sosial və kommunal xidmət növlərinin yaradılmasını başa çatdırmaq, rayonlarda iqtisadi fəallığı artırmaq üçün digər tədbirlərlə bağlı kompleks islahatlar da həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığın inkişafı, əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. ölkəmizdə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, qeyri-neft sektorunun artım sürəti neft sektorunu üstələyib. Bunun nəticəsidir ki, 2010-cu ildə üDM 5 faiz, qeyri-neft sektoru 7.9 faiz, o cümlədən, qeyri-neft sənayesi 6.6 faiz artıb, əhalinin gəlirlərinin artımı inflyasiya səviyyəsini 2 dəfədən çox üstələyib, bütün regionlarda məhsul istehsalının artımına nail olunub. Əminəm ki, Azərbaycan bundan sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında daha güclü inkişafa imza atacaq.
- Məlum olduğu kimi, 2011-2015-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi Dövlət Proqramı” hazırlanır. ümumiyyətlə, bu gün ölkəmizdə gənclərin inkişafına dövlət dəstəyini, diqqətini necə dəyərləndirirsiniz?
- Aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif sahələrdə uğur qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edib. Görüşdə möhtərəm Prezidentimizin gəncləri dinləyərək, onların təkliflərini qəbul etməsi, eyni zamanda, söylənilən fikirlərə yerindəcə münasibət bildirməsi, qərar qəbul etməsi bu sahədə dövlətin nə qədər ciddi addımlar atmaq niyyətində olduğunun göstəricisidir. Bu gün ölkəmizdə gənclərin sağlam tərzdə inkişafı, elm-təhsil alması üçün yaradılan şərait olduqca yüksək səviyyədədir. Sözügedən Dövlət Proqramının hazırlanması isə Azərbaycan dövlətinin gənclərə hər bir sahədə fəaliyyət göstərmək, kreativ qabiliyyətlərini reallaşdırmaq, təhsil almaq və bütün bunların fonunda vətənpərvər vətəndaş kimi dövlətə töhfə vermək üçün ümumi iş platformasının təklifi sayıla bilər.  Bir qədər də detallı təhlil aparsaq görərik ki, dövlət gənclərin təhsil almaq, işləmək, onların sosial problemlərinin həlli, ilk növbədə, mənzil şəraitini yaxşılaşdırmaq üçün əlverişli şərait yaratmağı öz üzərinə götürür və bunların əvəzində gənclərdən müasir dövrün çağırışlarına, tələblərinə uyğun savadlanmaq və ölkənin inkişaf etdirilməsi prosesində iştirak etməyi tələb edir. Bir sözlə, bu gün Azərbaycan dövləti gəncliyin inkişafında və vətənpərvər vətəndaş kimi onların ölkənin inkişaf etdirilməsində iştirakında maraqlıdır. Vurğulamaq istəyirəm ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, gənclərə qayğını və diqqəti özündə ehtiva edən dövlət siyasəti bu gün Prezidentimiz tərəfindən çox diqqətlə və uğurla inkişaf etdirilir. Bu, gənc nəsildə dövlətçilik sevgisinin, öz dövlətinə bağlılığın daha da möhkəmlənməsinə yol açacaq.
- 2011-ci il Prezident İlham Əliyev tərəfindən  “Turizm ili” elan olunub. Millət vəkili olduğunuz Qusar rayonu qış turizm bazası kimi şöhrət qazanmaqdadır. ümumiyyətlə, Azərbaycanda turizmin inkişafının potensialını necə qiymətləndirirsiniz?
- “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcını qoyub. Möhtərəm Prezidentimiz tərəfindən 2011-i ilin “Turizm ili” elan olunması bu sahənin daha yüksək sürətlə inkişafını təmin edəcək. Qusar rayonunda salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Əminəm ki, “Şahdağ” kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcək. Bu mərkəz Qusar rayonunun Dağlıq Alayan kəndi ərazisində yerləşir və inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilir. Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır. Bu ilin fevralında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər. Möhtərəm Prezidentimiz orada da bildirdi ki, “müstəqil Azərbaycan artıq böyük işlərə qadirdir. Biz ölkəmizi inkişaf etdiririk, müasirləşdiririk. Müstəqil Azərbaycanın bütün bölgələri inkişaf etməlidir”. Bu mənada ölkəmizin yaxın zamanda qış turizmi sahəsində yüksək inkişaf əldə edəcəyinə şübhə ola bilməz.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1090 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30