"Evrovision" yarışmasının qonaqlarına yüksək səviyyədə xidmət göstəriləcək
18.04.2012 [00:25]
...Təqribən bir aydan sonra, Bakı Avropanın ən mötəbər mədəniyyət tədbirlərindən birinə - “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Müsabiqədə iştirak etmək üçün Avropanın 40-dan artıq ölkəsindən nümayəndə heyətləri ölkəmizə gələcək. Eyni zamanda, artıq mayın ortalarından başlayaraq, müsabiqəni izləmək üçün Azərbaycan paytaxtına minlərlə turistin gəlişi gözlənilir. Bəs, bu qədər turistləri eyni vaxtda qəbul etməyə paytaxtda lazımi infrastruktur varmı? Mehmanxanalarımızda qonaqlara təqdim olunan xidmətin keyfiyyəti qənaətbəxşdirmi? Bütün bu suallara Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev cavab verib.
-Aydın müəllim, “Eurovision- 2012”nin başlamasına, demək olar ki, sayılı günlər qalır. Sizcə, Azərbaycan müsabiqənin təşkili, eləcə də, onu izləmək üçün ölkəmizə gələcək turistləri heyrətləndirə biləcəkmi?
- Sözsüz, buna heç kəsin şübhəsi ola bilməz. Azərbaycan bu möhtəşəm musiqi bayramını öz adına layiq, yüksək səviyyədə keçirəcəkdir. Bunun üçün bizim kifayət qədər potensial imkanlarımız vardır. Bildiyiniz kimi, “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb, xüsusi tədbirlər planı hazırlanıb. Komitənin mütəmadi olaraq keçirilən toplantılarında müsabiqəyə hazırlıq prosesi geniş müzakirə olunur, qarşıdakı musiqi bayramının yüksək səviyyədə təşkili üçün lazımi tapşırıqlar verilir. Avropa Yayımları Birliyinin mütəxəssisləri tərəfindən müsabiqənin keçirilməsi ilə bağlı, Azərbaycanda indiyədək görülən işlər yüksək qiymətləndirilib. Müsabiqənin keçiriləcəyi “Chrystal Hall” öz unikallığı ilə, sözsüz ki, turistləri də heyrətləndirəcək. Hesab edirəm ki, həm “Eurovision” mahnı yarışmasının açılış mərasimində nümayiş etdiriləcək şou-proqram, həm də, müsabiqənin növbəti günlərindəki konsert proqramları Avropa tamaşaçılarında xoş ovqat yaradacaq. Müsabiqədən sonra Azərbaycanı tərk edən turistlər ürəklərində öz ölkələrinə Odlar Yurdunun hərarətini də aparacaqlar.
- Turistlərdən söz düşmüşkən, müxtəlif mənbələrdə bu haqda müxtəlif fikirlər səslənir. Ehtimal olunur ki, müsabiqə ərəfəsində Bakıya 20-30 min turist gələcək. Bəs bizim mehmanxanalar, eyni vaxtda bu sayda turisti qəbul etmək iqtidarındadırmı?
- İndidən bu haqda qəti bir fikir söyləmək çətindir. çünki, müxtəlif ölkələrdə, turistlərin sayı müxtəlif üsullarla hesablanır. Məsələn, qardaş Türkiyədə, bir günlüyə belə ölkə ərazisinə daxil olan əcnəbi vətəndaş statistikada turist kimi hesablanır. Bizdə isə, bu məsələyə fərqli yanaşırıq. Sadə bir misal. ötən il Azərbaycana 2.239.400 əcnəbi vətəndaş daxil olub. Biz onların hamısını turist kimi göstərə bilmərik. Bizim hesablamalarda burada çalışan əcnəbi vətəndaşlar, diplomatlar, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, eləcə də, Azərbaycanın dövlət sərhədi boyu ərazilərdə yaşayan vətəndaşların qarşılıqlı qısamüddətli səfərləri bu hesabatlara daxil edilmir. Bundan əlavə, turistlərin sayı hesablanarkən, dəqiqlik əmsalı kimi ölkəyə gələn əcnəbilərin ümumi sayından 20-25 faiz çıxılır ki, bu da sayın daha da azalmasına gətirir. Bütün bunları nəzərə alsaq, bizim hesablamalarımıza görə, ötən il Azərbaycana 1 milyon 800 min turist gəlib. Təbii, bunların hamısı Bakıda qalmayıb, respublikamızın müxtəlif regionlarında dincəliblər. Onu da bilirsiz ki, dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində bu gün regionlarımız sürətlə inkişaf edir, burada yüksək xidmətlər təklif edən turizm infrastrukturları yaradılır. Regionlardakı turizm infrastrukturları paytaxtdakılardan heç də geri qalmırlar. Doğrudur, paytaxtda daha məşhur, dünyada tanınan mehmanxana brendləri üstünlük təşkil edir ki, bu da təbii haldır.
O ki, qaldı sualın birbaşa cavabına, deyə bilərəm ki, hazırda Bakıda fəaliyyət göstərən mehmanxanalarda ümumilikdə yataq yerlərinin sayı 11 mindən artıqdır. Hesab edirəm ki, bu kifayət qədər böyük bir rəqəmdir və “Eurovision”u izləmək üçün Bakıya gələcək turistləri qəbul etmək üçün kifayətdir.
- Bəs mehmanxanalarda göstərilən xidmətin səviyyəsi, kadr potensialı, eləcə də, xarici dildə insiyyət qurmaq bacarığı haqda nə deyə bilərsiniz?
- Son vaxtlar Bakıda 4 beşulduzlu mehmanxana istifadəyə verilib- “Kempinski-Badamdar”, “Hilton-Bakı”, “Jemirah Bilgəh” və “Mariott-Abşeron”. Təbii, bu mehmanxanaların təkcə adları belə burada göstərilən xidmətin hansı səviyyədə olmasından xəbər verir, - bunlar dünyanın məşhur hotel brendləridirlər. Yaxın vaxtlarda daha iki beşulduzlu - “Four seasons” və “Fairmont” mehmanxanalarının da açılışı gözlənilir. Bundan əlavə, paytaxtda əvvəlki illərdə açılan bir neçə hotellər mövcudur ki, bunlar da dünyanın tanınan markalarıdır, fəaliyyətdə olduqları müddətdə öz yüksək xidmətləri ilə müştərilərin rəğbətini qazanıblar. Doğrudur, bir neçə il əvvəl kadr problemi ilə üzləşirdik. Amma, hazırda, bilirsiz ki, möhtərəm Prezidentimizin tapşırığı ilə, Azərbaycan Turizm İnstitutu fəaliyyət göstərir. Hər il yüzlərlə məzun bu ali məktəbi bitirir və müxtəlif mehmanxana və istirahət mərkəzlərinə, turizm şirkətlərinə təyinat alırlar.
Doğrudur, əvvəllər kadrların əcnəbi dillərdə ünsiyyət qurmalarında bəzi problemlər mövcud idi. Lakin, indi bu problem də aradan qalxmaqdadır. İndi Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin TİKA təşkilatı ilə birgə mehmanxana və istirahət mərkəzlərində xidmət göstərən personal, eləcə də bələdçilərin peşəkarlığının yüksəldilməsi məqsədilə xüsusi layihə həyata keçirməkdədir. Hesab edirəm ki, belə layihələrin reallaşması yerli kadrlarımız üçün çox faydalı olacaqdır. Düşünürəm ki, “Euroviısion” mahnı yarışmasını izləmək üçün ölkəmizə gələcək turistlər buradakı xidmətin səviyyəsindən razı qalacaqlar və Azərbaycandan xoş təəssüratlarla vətənlərinə dönəcəklər.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53

