Azərbaycan ABŞ-ı özünə dost ölkə hesab edir
30.07.2012 [23:02]
İyulun 28-də Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Azərbaycanda səfərdə olan ABŞ-ın Missisipi ştatının senatoru Hillman Terome Frazierin başçılıq etdiyi nümayəndə heyətilə görüş keçirib.
Görüşdə Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov deyib ki, Azərbaycan ABŞ-ı özünə dost ölkə hesab edir: “Düşünürəm ki, ABŞ-da da Azərbaycanı dost ölkə kimi qəbul edirlər. Hesab edirəm ki, sizlər də ABŞ-da yaşayan azərbaycanlıların dostlarısınız. Sizi əmin etmək istəyirəm ki, Azərbaycanda çoxlu azərbaycanlı var ki, ABŞ-ı səmimi şəkildə ölkəmizə dost hesab edirlər. Bu mənada, ortada olan səmimi münasibətlər iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Eyni zamanda, biz Azərbaycan-ABŞ münasibətlərini həm ölkəmizdə, həm də yerləşdiyimiz bölgədə demokratik inkişafın vacib amili hesab edirik. İnanıram ki, sizin Bakıya səfəriniz Azərbaycan-ABŞ dostluq münasibətlərini daha da gücləndirəcək”.
Nümayəndə heyətinin rəhbəri ABŞ-ın Missisipi ştatının senatoru Hillman Terome Frazier isə səmimi qəbula görə öz təşəkkürünü bildirib. Senator vurğulayıb ki, missisipililər Azərbaycan haqqında məlumatlıdırlar: “Biz 1999-cu ildə ilk dəfə Azərbaycana səfər etmişdik. Səfər çərçivəsində sizin ölkənizlə bağlı ilk təsəvvürlərimiz formalaşmışdı”.
Senator söyləyib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti bu səfər nəticəsində Azərbaycan haqqında daha çox bilgi əldə edəcək. “ABŞ-la Azərbaycan arasında ümumi maraqlar var” deyən senator Hillman Terome Frazier iki ölkə arasındakı enerji əməkdaşlığından da söz açıb və bu münasibətləri yüksək dəyərləndirib: “Qısa müddətə də olsa, şəhərlə tanışlıq zamanı Azərbaycanın inkişafı haqqında zəngin təsəvvürümüz yarandı. Eyni zamanda, sizin ölkənizin keçmişi ilə bağlı reallıqları da bilirik. Lakin bütün bunlara baxmayaraq, biz Azərbaycanı özümüzə dost ölkə hesab edirik”.
Senator Hillman Terome Frazier bir daha onlara göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlıq edib. O bildirib ki, paytaxt Bakı əsaslı şəkildə dəyişib və gözəlləşib: “Biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan Respublikası ilə Missisipi Ştatı arasında çox gözəl münasibətlər və əməkdaşlıq əlaqələri var. Biz Ştatın senatorları olaraq bu əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində maraqlıyıq. İnanırıq ki, bu cür səfərlər əməkdaşlığımızın genişlənməsinə töhfə verəcək”.
Nümayəndə heyətilə tanışlıqdan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas hədəflərindən söz açan YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq əməkdaşlığı, regionda və dünyada artan nüfuzu, problemləri barədə ətraflı məlumat verib: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 20 il ərzində sürətli inkişaf yolu keçib. Son illər ərzində ölkə iqtisadiyyatında 3 dəfə artım olub, yoxsulluq səviyyəsi 50 faizdən 7 faizə enib, 1 milyondan çox yeni iş yeri açılıb. Azərbaycanın 2020-ci il üçün yeni inkişaf konsepsiyası hazırlanır və bu sənəddə iqtisadiyyatın 2 dəfədən çox artımı, insanların həyat şəraitinin daha da yaxşılaşması və sair məsələlər nəzərdə tutulub. Biz ilk növbədə çalışırıq ki, Azərbaycan vətəndaşlarının rifahını yüksəldək və insanlarda formalaşan Azərbaycan xəyalını reallaşdıraq. Biz istəyirik ki, ölkəmizin vətəndaşlarının həyatı, onların yaşadıqları ölkə gözəl olsun”.
Azərbaycanın perspektiv inkişafı ilə bağlı dövlətin yeni planlar üzərində işlədiyini vurğulayan Əli Əhmədov, həmçinin, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi haqqında da məlumat verib: “Azərbaycan indi regionda həyata keçirilən layihələrin həm təşəbbüskarı, həm də birbaşa iştirakçısıdır. Terrorizmə qarşı beynəlxalq səviyyədə aparılan mübarizədə də ölkəmiz fəal iştirak edir. Lakin buna baxmayaraq, Azərbaycan özü terrordan əziyyət çəkir. Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından qovulub, Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Rəsmi Bakı bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”.
Ə.Əhmədov deyib ki, demokratik inkişaf yolu tutmuş Azərbaycan Avropaya inteqrasiya edir: “Rəsmi Bakı bütün nüfuzlu beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən, ABŞ ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. İnanırıq ki, amerikalı senatorların Azərbaycana səfəri ikitərəfli əlaqələrimizin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək. Bu səfər, eyni zamanda, ABŞ ictimaiyyətinə Azərbaycan ilə bağlı daha çox məlumat çatdırılmasında mühüm rol oynayacaq”.
Görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində beynəlxalq ictimaiyyətin rolu, iqtisadi sahədə əməkdaşlıq və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda qonaqların ölkəmizə səfərini yüksək dəyərləndirən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov senatorların suallarını cavablandırıb.
Qeyd edək ki, görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev iştirak ediblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32

