Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın dövlət sərhədləri etibarlı şəkildə qorunur

Azərbaycanın dövlət sərhədləri etibarlı şəkildə qorunur

03.08.2012 [21:17]

Bu gün ölkəmizdə yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texnika ilə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur
Cənubi Qafqaz bölgəsinin lider ölkəsi Azərbaycanın iqtisadi yüksəlişi digər sahələrin də sürətli şəkildə inkişafına zəmin yaradıb. O cümlədən, ordu quruculuğu sahəsində də çox mütərəqqi islahatlar həyata keçirilməkdədir. Bu gün Azərbaycan ordusunun bütün bölmələri, hərbi birləşmələr yüksək maddi-texniki təchizatlarla təmin olunur. Bu isə ordumuzun ölkəmizin sərhədlərinin qorunması istiqamətində uğurlu fəaliyyətinə şərait yaradır.
Bu günlərdə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin yenidən qurulan və əsaslı təmir olunan Lənkəran sərhəd dəstəsi qarnizonu ilə tanış olub. Qeyd olunub ki, Lənkəran sərhəd dəstəsi qarnizonu ərazisinə görə Dövlət Sərhəd Xidmətinin ən böyük qurumlarındandır. Azərbaycan Prezidenti İlham Əliyev qarnizonun Heydər Əliyev ideoloji mərkəzi ilə tanış olub. Mərkəzdə Dövlət Sərhəd Xidmətinin inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Prezident İlham Əliyevə Dövlət Sərhəd Xidmətinin ölkə üzrə inşa edilən və tikilməkdə olan zastavaları, qarnizonları barədə məlumat verilib. Prezident, Ali Baş Komandan İlham Əliyev qarnizona məxsus texnika və silahlara baxıb. Vurğulanıb ki, son illərdə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrinin müasir silah və texniki vasitələrlə təmin olunması işi yüksək səviyyədə həyata keçirilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının təzahürüdür. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə mühafizəsini təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. Diqqətə çatdırılıb ki, hazırda zabit və gizirlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Lənkəran qarnizonunda səkkizmərtəbəli, 126 mənzilli yaşayış binası tikilir. Bundan başqa, Lənkəran sərhəd dəstəsinin Astara rayonu ərazisində dislokasiya olunan beş sərhəd zastavası və bir sərhəd komendantlığı əsaslı təmir edilərək istifadəyə verilib. Astarada isə zabit və gizirlər üçün altımərtəbəli, 65 mənzilli yaşayış binası inşa edilir.
Yeri gəlmişkən, bu gün ölkəmizdə dövlət sərhədlərinin yüksək səviyyədə qorunması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasi kursun nəticəsidir. Milli Sərhəd Qoşunlarının formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olunub. 2002-ci ilin iyul ayının 31-də Ulu öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb. Dövlət Sərhəd Xidmətinin yaradılması ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2002-ci ilin oktyabr ayının 24-də isə sərhəd aviasiyası yaradılıb, DSX-nin balansına verilmiş təyyarə və helikopterlər əsaslı təmir edilərək xidmətə cəlb olunub.
Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür. 2005-ci ilin fevral ayının 18-də Prezidentin Fərmanı ilə sərhəd gözətçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsinin yaradılması dəniz sərhədlərinin mühafizəsinə və Xəzərdə ölkəmizin maraqlarının daha yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar yaradıb. DSX-nin Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanları xeyli inkişaf etdirilib, sərhəd gözətçi gəmiləri müasir naviqasiya və aşkaretmə avadanlıqları ilə təchiz edilib, dəniz səthi üzərində nəzarətin təşkili üçün zəruri istiqamətlərdə radiolokasiya stansiyaları quraşdırılıb. DSX-nin fəaliyyətinin daha yüksək səviyyədə inkişafı ilə bağlı 2005-ci ildə “Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Bu istiqamətdə ən əsas tədbirlərdən biri isə sərhədlərin qorunması üçün milli kadrların formalaşdırılması ilə bağlıdır. 2007-ci ilin iyun ayının 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncamı məhz buna xidmət göstərir. Bu Sərəncam Azərbaycanın sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb.
Digər tərəfdən, son illərdə Prezident İlham Əliyev dəfələrlə dövlət sərhəd zastavalarında olub, sərhəd xidmətində çalışan hərbçilərin həyat şəraitinin yüksəldilməsi istiqamətində tədbirlər görüb. 2010-cu ildə Prezident İlham Əliyevin DSX Akademiyası kompleksinin, Göytəpə sərhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd buraxılış məntəqələrinin açılış mərasimlərində iştirak etməsi, Xudat sərhəd dəstəsinin “Yuxarı Zeyxur” sərhəd zastavasında xidmətin təşkili ilə tanış olması və görülmüş işlərə yüksək qiymət verməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etməsi bütün sərhədçilər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. 2011-ci ilin fevral ayının 9-da Azərbaycan-Gürcüstan dövlət sərhədində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin, aprel ayının 15-də Azərbaycan-İran dövlət sərhədində “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin, may ayının 19-da Bakı şəhərinin Nərimanov rayonu ərazisində sərhədçilər üçün inşa olunmuş 264 mənzilli yaşayış binasının açılış mərasimləri keçirilib. ölkə başçısı bu mərasimlərdə iştirak edib.
Qeyd olunan faktlar bir daha göstərir ki, bu gün ölkəmizdə çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Ulu öndər Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 930 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30