Azərbaycan, küləklər şəhəri Bakı
09.08.2012 [23:06]
Azərbaycanın paytaxtı Bakıda Krans Montana Forumu çərçivəsində təşkil edilən konfransa qatıldıq. Məclisdən (ŞKTC-nin parlamenti nəzərdə tutulur-red.) gedən dostlarla birlikdə çoxtərəfli təmas və əlaqələr qurmağa çalışdıq.
Bu ziyarət zamanı gördüyüm və eşitdiklərimi bir məqalənin sərhədləri çərçivəsində oxucularla paylaşmaq istədim. İlk olaraq bunu vurğulamaq lazımdır-Azərbaycanın qısa zaman ərzində əldə etdiyi iqtisadi inkişafı, hava limanında təyyarədən enib, Bakı şəhərinə üz tutduğunuz andan görmək mümkündür. Bu zaman siz dərhal müdhiş bir iqtisadi inkişafın şahidi olacaqsınız. İlk gecədən də şok olacaqsınız. çünki gecə düşüncə Bakı bir işıq cənnətinə dönür. İnanılmaz bir işıq və rəng ahəngi sizi alıb götürür. Sadəcə otur və seyr et.
Belə demək mümkündürsə, Bakı indi həm tarixi, həm də modern gözəlliklərin yer aldığı və eyni zamanda, fasiləsiz çalışan bir tikinti şəhəri kimidir. Burada nəhəng, çoxmərtəbəli binaların inşaatını gördüyünüz kimi, qısa müddət öncə tikintisi tamamlandığı bəlli olan son dərəcə gözəl və çağdaş memarlığın yerli özəlliklərlə bütünləşmiş inşaat nümunələrini də görə bilərsiniz. Burada doğrudan da inkişaf və böyümənin həm sürətini, həm də həyacanını görmək mümkündür.
İnsanları isə sevimli və cana yaxındırlar. Sizə yardım etmək üçün əllərindən gələni etməyə çalışdıqlarının şahidi olacaqsınız. üstəlik də, inkişaf və irəliləmənin haqlı qürurunu da yaşayırlar. Problemlərini həll etmək üçün daim hərəkətdə olduqlarını müşahidə edəcəksiniz. Azəri insanının istiqanlılığının və sevimliliyinin Kipr türk insanı ilə oxşarlıq təşkil etdiyini gördüm. üstəlik də, türkcənin gözəl ağzı ilə danışmaq çox, amma çox maraqlı və gözəldir. Bizim kimi kəlmələrin sonunda ya da içində “k” səsini “g” deyərək istifadə edirlər. Bizdən fərqi olaraq isə “g” hərfini yazıda da sözün sonunda istifadə edirlər.
Futbol üzrə Avropa çempionatını izləyərkən azəri aparıcının italiyalı qapıçı üçün söylədiyi isə məni xəyalən uşaqlıq illərimə qaytardı. “Kaleyə” qapı, “kaleci”yə də qapıçı dedi. Keçmişlər yadıma düşdü, əmimin və atamın danışıqları hafizəmdə canlandı. Bizim çox istifadə etdiyimiz, amma hazırda unutduğumuz bir xeyli kəlməni eşitmək insanı xoşbəxt edir. Məsələn, zibil sözü. Biz ona “çöp” deyirik. Halbuki, keçmişdə “zibil” deyərdik. Dilimizi nə qədər də sürətlə dəyişdirmək tələskənliyini yaşadıq. çağdaş olcağıq, deyə, bizi biz edənləri asan tərk etmək, kökdən uzaqlaşmaq deməkdir.
Bəzən eşidirəm ki, bir qrup bəlli ziyalı dostlar danışıq tərzimi tənqid edirlər. Tənqidlərinin səbəbi isə çox əski kəlmələr işlətməyim və onların təbirincə desək “xalq” dili ilə danışmağımdır. İntellektual olmağın ölçüsü, sanki, “quş dili” kimi danışmaqdır. Bu, ayrı bir məsələ. Amma xalq olmanın bir şərti də dilə sahib çıxmaqdır...
Konfransda Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin çıxışı Cənubi Qafqazın və bölgənin gələcək 15-20 ildəki vəziyyətinə təsir edəcək məqamları özündə əks etdirirdi. Azərbaycan dünya və Avropa ilə çoxtərəfli siyasi və iqtisadi əlaqələrin fəal tərəfi olmağa indidən hazırdır.
Cənab İlham Əliyev çıxışında çox önəmli bir məqamı qeyd etdi: “Enerji heç bir zaman siyasətə və siyasi qarşıdurmalara alət edilməməlidir”.
Bunun ardınca da, Azərbaycanın enerji ehtiyatlarının Qərbə çatdırılması üçün neft və qaz boru kəmərlərinin çəkildiyini vurğuladı. “Dünyanın bir çox yerinə enerji transferi edirik. Enerji siyasətimizin ən önəmli hissəsi isə inşa edəcəyimiz Anadolu boru xəttidir” dedi.
Məlum olduğu kimi, keçdiyimiz günlərdə Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Qafqaz-Anadolu boru xətti müqaviləsi imzalanmışdı. Bu, həm Azərbaycan üçün, həm də Türkiyə üçün olduqca önəmlidir. Bu arada Türkiyə Şimali İraqın kürd idarəsi ilə də bir milyon barel neft ixrac edəcək Yumurtalıq-Ceyhun neft kəmərinə dair razılıq əldə edib. Eyni zamanda, qaz nəqli xətlərinə dair də razılıq əldə edilib. Beləliklə, Türkiyə, eyni zamanda, Qafqazdan, İraqdan Avropaya enerji nəqlində önəmli transfer mərkəzlərindən biri olacaq. Bakıdakı konfransa Makedoniya və Monteneqronun (Qaradağ) dövlət başçılarının da qatılması Azərbaycandan başlayıb Anadoluya, oradan da Avropaya gedəcək olan enerji koridorunun keçəcəyi alternativ sahələri də göstərməsi baxımından çox önəmli idi. Bu prosesin nəticə etibarı ilə Şərqi Ağdənizə və Kiprə də birbaşa təsir edəcəyi açıq şəkildə ortadadır. çünki bu enerji xətlərinin və ətrafındakı sahələrin təhlükəsizliyi və siyasi sabitliyi çox önəmlidr. Avropa və Qafqaz arasındakı əlaqə onun ətrafı, önü və arxasındakı ölkələrin əlaqələrini və ortaqlığını da əhatə edəcək. Bu istiqamətdə cənab İlham Əliyevin konfransdakı çıxışında ifadə etdiyi mövqe də bəhs edilən məsələnin Azərbaycanda çox geniş şəkildə dəyərləndirildiyini göstərir.
Cənab İlham Əliyev həmin çıxışında ölkəsinin bütün detalları çox dərindən analiz etdiyini bildirdi və “Avropa və qonşularla yaxşı əlaqələr quraraq gələcəyi çox yaxşı görə bilməkdəyik. Bizim üçün hər bir ölkə ilə əlaqələrin yaxşı olması önəmlidir” dedi. Onun Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmiryolu xəttinin çəkilməsi və bunun çinə qədər uzanması ilə bağlı sözləri də yuxarıda deyilənləri təsdiqləyir. Cənab İlham Əliyevin dünyadakı qlobal dəyişmələrin diqqətlə təqib edilməsinin vacibliyi haqqında fikirləri isə dünyadakı proseslərin də çox yaxşı şəkildə analiz edildiyindən xəbər verir.
Məhz bu yanaşma çox önəmlidir. Azərbaycan bunu lazımi şəkildə qavraya bildi. Buna görə də, iqtisadi potensialını dünya ilə bütünləşdirmə yolunu tutduğu üçün iqtisadi və ictimai inkişafını sürətli bir şəkildə davam etdirməkdədir. Lakin acınacaqlı haldır ki, Kiprdə türk və rum toplumları bunu hələ baca bilmirlər. Qlobal dəyişikliyin ətrafımızdakı gəlişmələrinin içində biz ortaqlıq və sülh məsələsində yaradıcı ola bilmirik.
Bu arada Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi cənab Əli Əhmədovla da görüşdük. Kiprə səfəri zamanı tanış olduğum bu dəyərli siyasət adamı və eyni zamanda da, ziyalını yenidən görmək və onunla söhbət etmək çox yaxşı oldu. Göstərdiyi qonaqpərvərliyə görə ona təşəkkür edirəm. ŞKTC-nin Bakı təmsilçisi cənab Zəki Qazioğluya da çox təşəkkür edirəm. Həm Bakıda qurduğu çoxtərəfli əlaqələr üçün, həm də bizə göstərdiyi diqqət üçün.
Bəli, imkanı olan Bakıya getməli, inkişaf və tərəqqini yerində görməlidir. Eyni zamanda, mədəni və insan zənginliyinin də şahidi olmalıdır. Dilimizin həm keçmişinin, həm də günümüzün zənginliyini və gözəlliyini yaşamaq da çox gözəldir. Bakı hər bir baxımdan görülməyə dəyər bir şəhərdir.
Fərdi Sabit Soyer
02.07.2012
“Yenidüzən” qəzeti
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

