Azərbaycanda idmana olan dövlət qayğısı yüksək səviyyədədir
18.08.2012 [21:12]
Xəbər verildiyi kimi, avqustun 16-da Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Qeyd edilib ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Mövcud 29 min 870 oturacağı olan tribunanın bir hissəsi sökülüb və yerində yeni tribuna inşa edilib. Nəticədə oturacaqların sayı 31 min 200-ə çatdırılıb. Stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulub. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilib, drenaj və xüsusi isitmə sistemləri quraşdırılıb. Eyni zamanda, meydançanın ətrafındakı qaçış zolağı da yenidən qurulub, xüsusi örtüklə üzlənib. Həmçinin, stadionda yeni müasir işıqlandırma sistemi quraşdırılıb. Stadionun tribunasının alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılıb. üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulub.
ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir edilməsi və yenidənqurulması ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsidir. Təsadüfi deyil ki, Azərbaycanda idmanın inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi siyasət böyük uğurların əldə edilməsinə səbəb olub. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə idman sahəsində həyata keçirilən siyasətdə sağlam nəsil yetişdirmək, yeniyetmələri və gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları idmana cəlb etmək çox mühüm yer tutur. Yəni, Azərbaycan dövləti idmanı inkişaf etdirməklə ölkədə sağlam nəsil yetişdirmək, gənc nəsli pis vərdişlərdən uzaqlaşdırmaq məqsədini də hədəfləyib. Bu məqsədə çatmaq üçün görülən işlər isə öz bəhrəsini verməkdədir. Belə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq bu gün demək olar ki, əksər bölgələrimizdə müasir tipli Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Dövlət başçısı bu məsələni belə dəyərləndirib: “Azərbaycanda bu sahədə də çox böyük işlər görülür. Son illər ərzində ölkəmizdə 30-dan çox Olimpiya-İdman Mərkəzi, idman meydançaları tikilmişdir. ümumiyyətlə ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz gəncləri idmana cəlb etməklə bir neçə məqsədi güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz gəncləri pis vərdişlərdən də çəkindirməliyik”.
Bir sözlə, bu gün ölkəmizin hər bir bölgəsi idman və digər infrastrukturla təmin olunub. Hər hansı bir bölgəmizdə beynəlxalq idman yarışını keçirmək üçün lazım olan müasir idman arenası, hotel, yol-nəqliyyat infrastrukturu yaradılıb. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafı ölkəmizin ümumi inkişaf siyasətinin tərkib hissəsini təşkil edir.
Digər tərəfdən, idmanın inkişafı ölkənin nüfuzu, beynəlxalq aləmdə tanınması deməkdir. İdmançılarımız qazandıqları nailiyyətlərlə Azərbaycanın dünyada idman ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir.
Xüsusi olaraq qeyd edək ki, ölkə Prezidenti tərəfindən 2012-ci ilin “İdman ili” elan olunması da dövlətin bu sahəyə xüsusi diqqətinin göstəricisidir. Dövlət başçısı tərəfindən həyata keçirilən bu siyasətin məntiqi nəticəsini hazırda idmançılarımızın dünya miqyaslı yarışlarda əldə etdikləri möhtəşəm qələbələrdə, Bakının ev sahibliyi etdiyi turnirlərdə görürük. Azərbaycan idmançıları dünya arenalarında uğur qazanıb ölkəmizin adını ucaltdıqları kimi, paytaxt Bakımız da Avropanın idman mərkəzi statusunu dünyanın idman mərkəzlərindən biri statusuna dəyişməyə başlayıb. Belə ki, beynəlxalq yarışların respublikamızda keçirilməsi son illər ənənə halını alıb. Cari ilin altı ayı ərzində artıq 28 beynəlxalq yarışa ev sahibliyi etmişik. Bu günədək 126 respublika tədbiri keçirilib. Eləcə də, 217 beynəlxalq tədbirdə, 79 təlim-məşq toplanışında yığma komandalarımızın iştirakı təmin edilib. London Olimpiadasına hazırlıq dövründə keçirilmiş yarışlar Azərbaycanın təbliği baxımından da əhəmiyyətli olub. Xüsusilə may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, dörd kontinental, dörd milli və 12 qarışıq kollektivdə, ümumilikdə 180 idmançının iştirak etdiyi 23 yaşadək velosipedçilər arasında beşmərhələli beynəlxalq veloyürüşü qeyd etmək lazımdır. “İdman ili”nə həsr olunmuş, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda təşkil edilmiş, dünya şöhrətli “Formula-1”in hazırki çempionu “Red Bull Racing” komandasının canlı əfsanəsi Devid Kulthardın iştirakı ilə avtoyürüş və nümunəvi çıxışlar paytaxtımızın sakinləri, həmçinin, qonaqları tərəfindən maraq və sevinclə qarşılanıb. Sevindirici haldır ki, artıq bir sıra beynəlxalq yarışlar təkcə Bakıda deyil, ölkəmizin müxtəlif bölgələrində də keçirilir. Bu sırada Naxçıvan Muxtar Respublikasında şahmat, yunan-Roma güləşi, üzgüçülük və digər idman növləri üzrə təşkil edilmiş beynəlxalq turnirlər Naxçıvanın da regionda idman mərkəzlərindən birinə çevrilməsi yolunda mühüm addımlardır.
ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarışlar, nəhəng infrastruktur layihələri, idman bazaları və idmançılarımızın qazandığı uğurlar Azərbaycanın Olimpiya Oyunları kimi nəhəng yarışa ev sahibliyi etməsi üçün müsbət zəmin yaradır. Bu yarışın Bakıda keçirilməsi üçün bir çox nəhəng idman infrastrukturunun yaradılması çox vacibdir və ölkəmiz bu hədəfə doğru addım-addım irəliləyir.
Onu da vurğulamaq yerinə düşər ki, sentyabrın 22-də Azərbaycanda daha bir nüfuzlu beynəlxalq yarış başlayacaq. 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixlərində 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi keçiriləcək. FIFA U-17 qadınlararası dünya çempionatında qələbə uğrunda dünyanın 16 güclü komandası mübarizə aparacaq. Heç şübhəsiz 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın bu növünə marağın daha da artmasına səbəb olacaq. Həmçinin, bu amil Azərbaycanın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsini daha da zənginləşdirəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

