Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması işğal faktının təsdiqi olacaq

Əli Həsənov: Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması işğal faktının təsdiqi olacaq

05.09.2012 [23:10]

“Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması ilə özünü tam ifşa edəcək və bu onların bu günə kimi yayınmağa çalışdığı işğal faktının təsdiqi olacaq”. Bunu “Azadinform”a açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O, deyib: “Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ münaqişəsi heç də burada yaşayan erməni əhali ilə Azərbaycan dövləti arasındakı münaqişə deyil. Bunun arxasında birbaşa Ermənistan dövləti durur, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur. Bu iddialar etnik separatizm formasında ortaya çıxıb, Azərbaycan əraziləri bu fonda işğal olunub. Ermənilər Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal edərək açıq şəkildə Ermənistana birləşdirmək istəyirlər. Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması və Ermənistana birləşdirilməsi ilə bağlı çağırışlar olacaqsa, o zaman açıq-aşkar ortaya çıxacaq ki, Ermənistan bu torpaqları işğal edib və Dağlıq Qarabağı öz tərkibinə qatmaq istəyir və yaxud da onu başqa şəkildə Azərbaycandan qoparmaq istəyir”.
Paylaş:
Baxılıb: 803 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30