ABŞ prosesi izləyir
26.06.2024 [10:30]
Vaşinqton Cənubi Qafqazda sülhün əldə edilməsini istəyirsə...
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, sülhün əldə edilməsi yerləşdiyimiz coğrafiyanın gələcəyi üçün mühüm amildir. Bu, Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. Ötən 2 ildən artıq müddətdə davamlı şəkildə aparılan sülh prosesinin məntiqi nəticəyə yaxınlaşması, ikitərəfli təmaslar nəticəsində müəyyən irəliləyişlərə nail olunması isə hər kəs üçün müsbət dividend yaradır - bu, yeni iqtisadi-siyasi nizamı ortaya çıxarır, Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması üçün əsasa çevrilir.
Bu mənada, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Vasitəçisiz davam edən ikitərəfli təmasların verdiyi nəticələr təqdir olunur - istər ötən ilin dekabrında bəyan edilmiş ikitərəfli açıqlama və orada əksini tapan müddəalar, istərsə də bu ilin aprelin 19-da əldə edilmiş razılığa əsasən 4 kəndin qaytarılması sülhə olan inamı artırır.
Eyni zamanda, prosesdə maraqlı bir məqam da diqqətdən yayınmır - istər Şərq, istərsə də Qərb dünyası hər bir kiçik nüansı belə nəzərə alır, əldə olunan razılıqların detallarını müzakirə edərək gələcək perspektiv baxımından dəyərləndirir. Təbii ki, Azərbaycan bu kimi mövqeləri - hər zaman səmimi və tərəfsiz yanaşmanı yüksək qiymətləndirib. Bununla belə, Ermənistan ilə Azərbaycanın münasibətlərinin normallaşmasının hazırki qlobal şərtlərin mənzərəsində nələr vəd etdiyi bütün ölkələr üçün aydındır - bu amil xüsusilə yeni dönəmdə Avrasiyanın mərkəzində sülh və təhlükəsizlik seqmentinin gücləndirilməsinə, hətta fərqli siyasi baxışlara malik qütblərin ortaq iqtisadi maraq müstəvisində uzlaşmasına yol açacaq. Təbii ki, Qərb-Şərq tranziti üzərində təhlükəsizliyin ən ali səviyyədə təmin olunması ən çox böyük iqtisadi güclərin marağında olan bir məsələdir.
Yeri gəlmişkən, ABŞ rəsmiləri məsələ ilə bağlı mövqelərini tez-tez dilə gətirirlər. Məsələn, bir neçə gün öncə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında deyib.ABŞ bu məsələnin həlli istiqamətində işləməyə davam edəcək: “Biz Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik”.
Göründüyü kimi, ABŞ ikili təmasların sülhlə nəticələnəcəyinə inamını ifadə edir. Bundan bir ay öncə mətbuatın ABŞ-nin Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində səyləri ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi demişdi ki, Vaşinqton Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırdır. Rəsmi nümayəndə vurğulayıb ki, ABŞ dövlət katibi Antoni Blinken, eləcə də ölkənin bir sıra digər rəsmiləri həm Ermənistan, həm də Azərbaycan hökumətlərində yüksək vəzifəli rəsmilərlə daim təmasdadırlar.
Eyni zamanda, ABŞ dövlət rəsmilərinin Bakıya ünvanlanan telefon zəngləri zamanı biz məsələnin xüsusi diqqətlə izlənildiyinin şahidi oluruq. Bu fakt onu göstərir ki, ölkəmizin bölgədə yaratdığı yeni situasiya beynəlxalq iqtisadi münasibətlərin və siyasi proseslərin təmərküzləşməsi üçün vacib şərt kimi çıxış edir. Vurğulandığı kimi, qlobal dünyada baş verənlər və onun təhlili mütləq şəkildə maraqların uzlaşması kontekstinə istinad edir - başqa sözlə, yaranan yeni siyasi-iqtisadi situasiyalar, prosesin nəticəsi hamı üçün maraqlıdır - Azərbaycan ilə Ermənistan arasında əldə olunacaq razılaşma bütün tərəflər üçün müsbət imkanlar vəd edir. Bunun üçün isə ABŞ kimi böyük güclər həm də yad, prosesə müdaxilə etməyə çalışan qeyri-adekvat amilləri sıradan çıxarmalıdırlar - məsələn, Fransanın bölgədə yeni eskalasiya yaratmaq təhdidi aradan qaldırılsa, Ermənistanın öldürücü silahlarla təmin olunması dayandırılsa sülh daha tez və davamlı şəkildə təmin olunacaq...
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26

