Maqdalena Qrono gözləntiləri doğruldacaqmı?
19.07.2024 [10:37]
O, sələfi Toivo Klaardan fərqli olaraq obyektivlik nümayiş etdirməlidir
Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsi təşkilatın Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsinin namizədliyini təsdiqləyib. Bu vəzifədə Toivo Klaarı əvəz edəcək şəxs Maqdalena Qrono olacaq. Yaxın vaxtlarda onun təyinatının Avropa İttifaqı Şurası tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir.
Toivo Klaar öz xələfini təbrik edib
Artıq Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə indiki xüsusi nümayəndəsi Toivo Klaar bu vəzifədə özünün davamçısı olan Maqdalena Qrononu təbrik edib. Bu barədə avropalı diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Təbriklər Maqdalena. O, bu vəzifə üçün zəngin təcrübəyə malikdir”, - deyə T.Klaar vurğulayıb.
Hazırda Cənubi Qafqazda sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Lakin bu təşəbbüslər birtərəfli olmamalı, beynəlxalq hüquq normalarına və ədalət prinsiplərinə əsaslanmalıdır. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparır. Məqsəd regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsidir.
Avropa İttifaqının mövqeyi...
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçilik edən beynəxalq aktorlardan biri də Avropa İttifaqıdır. Belə ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış etdi. Təşkilatın prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabr ayında Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirildi. Bundan sonra, Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü baş tutub.
Lakin ötən ilin sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərdi. Halbuki antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması ümumilikdə regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Antiterror tədbirlərindən sonra Şarl Mişel “Euronews” kanalına müsahibə verərək qeyri-obyektiv münasibət sərgilədi. Bundan əlavə, Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən Aİ, Almaniya, Fransa və Ermənistan liderlərinin dördtərəfli görüşündə Azərbaycanın iştirakı olmadan bəyanatın qəbul edilməsi, eləcə də bəyanatda qeyri-obyektiv məqamların yer alması qəbuledilməzdir.
Klaarın erməni təəssübkeşliyi...
Görünən odur ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri, o cümlədən erməni diasporu və lobbisini ciddi narahat edir. Belə qüvvələr Avropa İttifaqının daxilində də var. Təsadüfi deyil ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə indiki xüsusi nümayəndəsi Toivo Klaar da dəfələrlə ermənipərəst açıqlamalar səsləndirib. Məsələn, onun bu ilin may ayındakı açıqlaması da buna sübutdur. Belə ki, Azərbaycan mediasında Qazax rayonunun Ermənistanın işğalı altında olan kəndlərinin geri qaytarılması ilə bağlı prinsipial mövqe sərgilənməsi cənab Klaarı “narahat” etmişdi. Bu səbəbdən də, o özünün sosial şəbəkə hesabında mediamızın sərgilədiyi mövqeyə əsassız yanaşma ortaya qoymuşdu. Toivo Klaar iddia etmişdi ki, guya Azərbaycan mediasında Ermənistana qarşı təhdid var: “Azərbaycan mətbuatında Ermənistana qarşı təhdidlər qəbuledilməzdir”.
Əslində, Klaar beynəlxalq hüquq prinsiplərindən çıxış etsəydi, Azərbaycanın işğal altında olan kəndlərinin birmənalı şəkildə qaytarılmalı olduğunu bəyan etməliydi. Çünki Azərbaycan öz kəndlərini Ermənistandan tələb etməklə beynəlxalq hüququn təmin olunmasına çalışır. Lakin T.Klaar isə birbaşa olaraq ermənipərəst mövqe sərgiləmişdi. İlk vaxtlarda xüsusi nümayəndə görüntü olaraq balanslı mövqe sərgiləsə də, Azərbaycanın öz ərazi bütövlüyü ilə yanaşı suverenliyini də bərpa etməsi, Qarabağda erməni separatizminə son qoyması Aİ-nin xüsusi nümayəndəsinin gerçək simasını ortaya çıxardı. Amma Klaarın bu ermənipərəstliyi nəticə vermədi. Çünki Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarıldı. Bununla da beynəlxalq hüquq və tarixi ədalət qalib gəldi. Bundan başqa, Toivo Klaarın bu ilin əvvəlində Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi altında “artsax üzrə beynəlxalq komitəsinin” üzvləri ilə görüşməsi də onun erməni təəssübkeşi olmasının göstəricisidir.
Bununa belə, dövlətimiz sülh prosesi çərçivəsində danışıqların davam etməsində maraqlıdır. Ümid edək ki, Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsi xanım Maqdalena Qrono öz fəaliyyətində tam obyektivlik nümayiş etdirəcək. Avropa İttifaqı Cənubi Qafqazda sülhün təmin olunmasına töhfə vermək istəyirsə, beynəlxalq hüququ və ədalət prinsipini əsas götürməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50

