O’Braynın açdığı şifrə...
01.08.2024 [10:10]
Zəngəzur dəhlizinin əhəmiyyəti və “5 aprel”in üzə çıxan gizlinləri
Son 4 ildə Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı siyasi situasiya regionun geocoğrafi və geostrateji üstünlüklərini iqtisadi dividendə çevirmək şansı yaradıb. Ötən dörd ildə baş verənlərin ardından yaranan yeni mərhələ Cənubi Qafqazın həyatında sabit, inkişafa yönəlik dövrün başlanğıcı kimi qeyd edilir. Eyni zamanda, bölgədə təhlükəsizliyin təmin edilməsi, əməkdaşqlıqların güclənməsi üçün yaradılan münbit şərait bir sıra qlobal güclərin diqqətini cəlb etməkdədir - xüsusilə, Azərbaycanın Şərq-Qərb istiqaməti üzrə daşımaçılıq imkanlarının varlığı, ən mühüm kommunikasiya şəbəkəsinə malik olması, ən əsası isə yeni tərəfdaşlıq mühiti yaratması artıq hər kəs tərəfindən etiraf edilir. Ölkəmiz son dövrlərdə dünyanın aparıcı iqtisadi güc mərkəzləri sayılan dövlətlərlə strateji əməkdaşlıq sənədləri imzalayır, tərəfdaşlıq bəyənnamələri qəbul edir. Bu isə, növbəti mərhələ üçün həm yüksək iqtisadi üstünlüklərin formalaşmasına, həm də siyasi əlaqələrin güclənməsinə yol açan amil kimi çıxış edir.
ABŞ-dan növbəti etiraf...
Vurğulandığı kimi, bu “ştrixlər” bütün dövlətlərin - xüsusilə, Cənubi Qafqazda iqtisadi marağı olan və qarşıdakı zaman kəsiyində bölgə üzrə proqnozlaşdırılan qlobal əhəmiyyətli layihələrdə iştirak etmək üçün can atan ölkələrin diqqətindədir. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tək Cənubi Qafqaz üçün deyil, bütövlükdə, böyük bir coğrafiya üçün mühüm yeniliklərə yol açacağı şübhəsizdir - bunun fonunda sülhlə bağlı prosesin həm də yeni beynəlxalq iqtisadi münasibətlər sistemi formalaşdıracağı indidən bəlli olur. ABŞ və Aİ-nin uzun müddətdir ki, Ermənistanın əli ilə bölgəyə təmas etməyə çalışması, özü üçün təsir mexanizmləri yaratmağa cəhdlər göstərməsinin səbəbləri meydana çıxır. Necə deyərlər, gec də olsa Azərbaycanın bölgə üçün formalaşdırdığı yeni zəmin böyük güclər tərəfindən də etiraf edilir.
Məsələn, vaxtilə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələnin diqqətdən kənarda saxlanılması, son dövrlərdə isə aktuallaşması böyük maraq doğurur - ən azından ABŞ administrasiyasının həqiqətləri etiraf etməsi bu məsələnin üzərindəki şifrəni də çözür. Belə ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn çərşənbə axşamı bildirib ki, ABŞ Rusiya və Çindən yan keçməklə, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına Ermənistan və Azərbaycan ərazilərindən keçməklə yeni quru yolu yaratmaq imkanını nəzərdən keçirir. “Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və indi dünya bazarlarına çıxmaq üçün yeganə variant Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycan ərazisindən keçən marşrut aça bilsək, o zaman onlar dünya bazarlarına çıxış əldə edəcəklər, Rusiya və Çindən daha az asılı olacaqlar”, - O’Brayn Senatın Xarici Əlaqələr Komitəsində deyib.
Vaşinqton İrəvandan siyasi məqsədləri üçün istifadə edir
Ceyms O’Braynın bu açıqlaması ABŞ-ın analoji istiqamətdəki səylərini diqqət mərkəzinə salır. Rəsmi Vaşinqtondan son dövrlərdə Orta Dəhliz, Zəngəzur dəhlizi, iqtisadi əməkdaşlıqların inkişaf etdirilməsi ilə bağlı intensiv fikirlərin eşidilməsi düşündürücüdür - təsadüfi deyil ki, bir müddət öncə ABŞ Dövlət Departamentinin yayılan açıqlamasında da bildirilirdi ki, Vaşinqton Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır. Qeyd olunurdu ki, Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təmin edəcək potensiala sahib olan Şərq-Qərb ticarət yolunun mühüm hissəsidir.
Bu açıqlamanın şifrəsində Zəngəzur dəhlizinin açılması məsələsinin beynəlxalq gündəlikdə diqqətlə izlənilməsi faktının növbəti sübutunu görürük. Sirr deyil ki, Azərbaycanın təşəbbüsü ilə meydana çıxan Zəngəzur dəhlizinin açılması məsələsi özündə mühüm siyasi-iqtisadi əsasları əks etdirir. ABŞ-ın hazırkı mövqeyi isə həm də bəzi siyasi amillərlə bağladır. Ceyms O’Braynın açıqlamasında Vaşinqtonun əsas iqtisadi-siyasi rəqiblərinin adının yer alması təsadüfi deyil. Ceyms O’Brayn digər açıqlamasında apardıqları siyasətin necə deyərlər “şəklini çəkir”: “ABŞ Ermənistanın Rusiya ilə ənənəvi möhkəm münasibətlərindən uzaqlaşması üçün şərait yaratmağa çalışır”. O, Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edərək Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərdən uzaqlaşmaq üçün atdığı cəsarətli addımları alqışlayıb. “Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi Rusiyadan uzaqlaşmaq istəyir. Beləliklə, biz bunun baş verməsi üçün şərait yaradırıq”.
Göründüyü kimi, ABŞ Ermənistana yaxınlaşmasının əsl səbəbini açıq izah edir. “Hədəfin” bu qədər açıq səsləndirilməsi isə İrəvan üçün yaxşı perspektiv vəd etmir...
Ermənistan Zəngəzur dəhlizinin yaratdığı üstünlükləri anlasa...
Ceyms O’Brayn həm də növbəti dəfə “5 aprel görüşü”nün şifrəsini bəyan etmiş oldu. Bu “paktın” hədəfi”ndə yalnız Azərbaycanın dayanmadığı, əksinə, amerikalı rəsminin açıq kontekstdə adını çəkdiyi Çin və Rusiyanın yer alması növbəti dəfə təsdiqini tapır. Bəli, 5 aprel toplantısı bir tərəfdən Erəmnistanın şirnikləndirilməsi və nəticədə Qərbə yönələndirilməsi üçün tələ idisə, digər tərəfdən, Ermənistan ictimaiyyəti üçün qarşıdakı siyasi təhlükənin anonsudur - bu, paralel olaraq Zəngəzur dəhlizinin iqtisadi dividendini açıq şəkildə büruzə verir. Yəni özünün siyasi məqsədləri üçün Ermənistanı köləsinə çevirməyə salışan Qərb Zəngəzur dəhlizinə iqtisadi üstünlükləri səbəbilə can atır. Bu dəhliz post-müharibə dövründə regional inkişafın əsas ünsürlərindən birinə çevrilməklə yanaşı, Şərq-Qərb logistik ticarət və yükdaşıma yolu kimi böyük əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi Şərq-Qərb marşurutu üzərində ən qısa yol kimi əhəmiyyət daşıyır. Yol istər qərb, istərsə də şərq kontingentindən olacaq tərəfdaşlar üçün effektiv xarakter daşıyır - dəhlizin coğrafi imkanları olduqca genişdir. Başqa sözlə, dəhliz yeni iqtisadi münasibətlər sisteminin əsas təməllərindən birinə çevrilmə potensialına malikdir. Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar. Beləliklə, ABŞ-ın rusiya və Çindən yan keçəcək marşrutda “iştirakçılıq” həvəsinin haradan yaranmasının açıq mənzərəsi ortaya çıxır. Eyni zamanda, Vaşinqton anlayır ki, Azərbaycanın bölgədə yaratdığı yeni siyasi-iqtisadi nizam bir sıra xüsusiyyətləri, ən əsası da təhlükəsizliyin təmini ilə seçilir. Dəhliz ən təhlükəsiz marşrutlardan birinə çevrilmə perspektivinə malikdir. Dəhliz ətrafında formalaşacaq əməkdaşlıq platformalarında Vaşinqtonun marağında olan Mərkəzi Asiya tam şəkildə iştirak edəcək. Beləliklə, ABŞ növbəti dəfə etiraf edir ki, Azərbaycan son 4 ildə bölgədə olduqca vacib və iqtisadi əhəmiyyət daşıyan addımlara imza atıb...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03

