Sərhədlərimiz etibarlı əllərdədir...
17.08.2024 [09:50]
105 yaşlı DSX!
Yeganə BAYRAMOVA
Azərbaycan əsgəri Vətənin havasını qoruyur ki, udmağa nəfəsi olsun, suyunu qoruyur ki, damarlarında qanı olsun, torpağını qoruyur ki, üzərində gəzməyə haqqı olsun. Vətən keşikçiləri doğulub boya-başa çatdıqları yurdu qorumaqla onun gerbinə, bayrağına, himnindəki misralarına çevrilə bilir. Yəni Azərbaycan əsgəri sərhədlərimizin etibarlı müdafiəsini təşkil etməklə müstəqillik rəmzlərinin də qoruyucusuna çevrilir.
Bu baxımdan “Sərhəd” anlayışı hər bir xalq üçün müqəddəs və əzizdir. Ona görə müqəddəsdir ki, sərhədlər aid olduğu ölkənin müstəqilliyinin hökm sürdüyü ərazinin bütövlüyünü və toxunulmazlığını bildirir. Beləliklə, hər bir vətəndaş sərhəddəki, səngərdəki döyüş növbəsindəki əsgərə arxalanır.
Sabah Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramıdır. Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövrünə, 1918-ci ilə gedib çıxır. Həmin il iyunun 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılıb, digər istiqamətlərdə də bənzər məntəqələrin yaradılması işinə başlanılıb. 1919-cu il avqustun 18-də Azərbaycan Demokratik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edib. Bundan sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilib. Lakin 1920-ci ildə AXC süqut etdiyindən sərhəd mühafizəsinin formalaşması prosesi yarımçıq qaldı.
1990-cı illərin əvvəlində tarixinin ən ağır günlərini yaşayan Azərbaycan ermənilərin işğalçı siyasəti nəticəsində torpaqlarının 20 faizini itirdi. 30 ilə yaxın müddətdə 132 kilometrlik İran-Azərbaycan sərhədini nəzarətdə saxlayan Ermənistan bu illər ərzində həmin əraziləri “boz zona” kimi istifadə edərək qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olub.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra isə qonşu dövlətlərlə sərhədlərini daha da mökhkəmləndirdi. Azərbaycan Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Xəzər dənizi vasitəsilə isə Türkmənistan və Qazaxıstanla sərhədləri var.
İkinci Qarabağ müharibəsində DSX-nin Sərhəd Qoşunları xüsusi qəhrəmanlıq göstərib. DSX bölmələri müharibənin ilk günlərindən döyüşlərə qatılıb, Xudafərin körpüsünü və Zəngilanın Ağbənd qəsəbəsini düşmən işğalından azad edib. Azərbaycan sərhədçiləri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasında da qəhrəmanlıqlar göstəriblər.
Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək döyüş hazırlığına malik Dövlət Sərhəd Xidməti mövcuddur. Azərbaycanın müqəddəs sərhədləri etibarlı və inamlı əllərdədir...
Xəbər lenti
Hamısına baxSosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39

