Bakıda Qırğızıstanın müstəqillik günü təntənə ilə qeyd edilib
31.08.2024 [22:54]
Avqustun 31-də Qırğız Respublikasının müstəqilliyinin 33-cü, Qara-Qırğız Muxtar Vilayətinin 100-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin (İB) təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət və hökumət nümayəndələri, altıncı çağırış Milli Məclisin deputatları, ölkəmizdəki diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə iştirakına görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya səmimi təşəkkürünü və minnətdarlığını bildirən Qırğız Respublikasının ölkəmizdəki səfiri Maksat Mamıtkanov ölkələrimizin dost və qardaş olduqlarını diqqətə çatdırıb. Vurğulayıb ki, bizi bir-birimizə sıx tellər bağlayır, ölkələrimiz arasında qarşılıqlı əlaqələr, birgə fəaliyyətimiz əla səviyyədədir.
“Qoy bizim dostluğumuz əbədi olsun və günü-gündən dərinləşsin. Biz bu dostluğu, strateji əməkdaşlığımızı yüksək qiymətləndiririk. İki ölkə arasında siyasi dialoq mövcuddur. Birgə layihələrimiz davam etdirilir”, - deyə səfir bildirib.
Ölkəsinin keçdiyi inkişaf yolundan danışan diplomat qırğız xalqının müstəqillik uğrunda çətin mərhələlərdən keçdiyini bildirərək deyib: “Qırğız Respublikası digər türkdilli dövlətlər kimi Azərbaycanla əməkdaşlığa, əlaqələrin dərinləşdirilməsinə böyük önəm verir. Ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil olunurlar”.
Qırğızıstan Prezidentinin cari ilin aprelində ölkəmizə dövlət səfərinin önəmini diqqətə çatdıran səfir Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılmasının əhəmiyyətinə toxunub, onun ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində rolunu qeyd edib.
Xalqlarımıza sülh, əmin-amanlıq arzulayan diplomat tarixi köklərə əsaslanan Qırğızıstan-Azərbaycan dostluğunun ümumi maraqlar əsasında bundan sonra da yüksələn tempdə inkişaf edəcəyinə əminliyini bildirib.
Qırğız Respublikasının müstəqillik günü münasibətilə təbriklərini çatdıran Leyla Əliyeva qırğız xalqına əmin-amanlıq, firavanlıq arzulayıb və İssık-Kul gölünə həsr etdiyi şeirini səsləndirib.
Tədbirdə Leyla Əliyevaya xatirə hədiyyəsi təqdim edilib.
Azərbaycan Hökuməti adından Qırğız dövlətini və xalqını təbrik edən energetika naziri Pərviz Şahbazov isə bildirib ki, xalqlarımız arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Azərbaycan-Qırğızıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir.
“Azərbaycan və qırğız xalqlarının tarixi dostluğa və qardaşlığa əsaslanan əlaqələri hər iki ölkənin liderlərinin siyasi iradəsi ilə uğurla inkişaf edir. Azərbaycan və Qırğızıstan liderlərinin qarşılıqlı səfərləri, birgə səyləri ilə münasibətlərimiz inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Bu gün ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də ticarət, iqtisadiyyat, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq uğurla inkişaf edir və mühüm layihələr həyata keçirilir. 2022-ci il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanması münasibətlərin yüksək mərhələyə adlamasında əhəmiyyətli rol oynayıb”, - deyə nazir diqqətə çatdırıb.
Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən, bərpaolunan enerji istiqamətində səmərəli əməkdaşlıqdan, külək və enerji sahəsi üzrə qoyulan birgə investisiyalardan danışan Pərviz Şahbazov Qırğız Respublikasının Azərbaycanı işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində də dəstəklədiyini qeyd edib.
O, ölkələrimiz arasındakı mövcud strateji tərəfdaşlıq, ənənəvi dostluq əlaqələrinin, səmərəli işbirliyinin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər çıxış edənlər Qırğızıstanı müstəqillik günü münasibətilə təbrik edərək, qırğız xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.
Tədbirin sonunda Azərbaycan-Qırğızıstan dostluğunu əks etdirən videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10

