Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Sədr müavini Əli Əhmədovun Macarıstanda rəsmi görüşləri davam edir

YAP-ın Sədr müavini Əli Əhmədovun Macarıstanda rəsmi görüşləri davam edir

30.11.2012 [01:21]

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Macarıstanda rəsmi görüşləri davam edir.
Əli Əhmədov bu ölkəyə səfəri çərçivəsində ötən gün Macarıstan parlamentinin birinci vitse-prezidenti Şandor Lejak ilə görüşüb. Görüş zamanı iki ölkənin qanunvericilik orqanları arasındakı əlaqənin genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin intensiv xarakter alması, beynəlxalq parlament qruplarında qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Milli Məclisdəki Yeni Azərbaycan Partiyası deputat fraksiyası ilə Macarıstan parlamentinin hakim “Fides” fraksiyası arasında əməkdaşlıq barəsində müqavilənin hazırlanması və imzalanması ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı iqtisadi, mədəni, humanitar, gənclər siyasəti və s. sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə də toxunulub.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Macarıstan Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya idarəsinin rəisi, səfir Erne Keşkeni görüşdə iştirak ediblər.

Paylaş:
Baxılıb: 1054 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30