Rəsmi Moskva Cənubi Qafqazda bütün kommunikasiyaların kompleks açılmasının tərəfdarıdır
11.09.2024 [20:00]
Rəsmi İrəvan Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatların müddəalarını manipulyasiya etməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə söyləyib.
O xatırladıb ki, söhbət beynəlxalq hüquqdan və tərəflərin imzaladığı sənədlərdən gedir.
M.Zaxarova vurğulayıb ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatlara uyğun olaraq, qeyd edilən tərəflərin maraqlarını qeyd-şərtsiz nəzərə alaraq, Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə açılmasının tərəfdarıdır.
Diplomatın sözlərinə görə, Rusiya tərəfi bu öhdəliklərə sadiq qalır.
“Biz əminik ki, belə bir düstur təkcə Bakı və İrəvanın deyil, bütün qonşuların maraqlarına cavab verir. Mən regiondakı qonşuları, o cümlədən Rusiya, İran, Türkiyəni nəzərdə tuturam”, - deyə Rusiya XİN-in nümayəndəsi bildirib.
O qeyd edib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsi üzrə Baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun işi dayandırılıb. “Təəssüf ki, bu qrupda iş dayanıb. Amma bu, bizim günahımız üzündən baş verməyib. Düşünürəm ki, bunun kimin günahı üzündən baş verdiyini təxmin edirsiniz", - deyə o vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25

