Bayden administrasiyası tələsir...
22.10.2024 [09:54]
Bakının sülhlə bağlı dəyişməz prinsipləri var
Cənubi Qafqazda yaranacaq sülh əbədi və dayanıqlı olmalıdır. İki əsrə yaxındır ki, erməni təcavüzündən, qondarma iddialardan, torpaq işğalından əziyyət çəkən Azərbaycan 44 günlük müharibədə əldə olunan qalibiyyət ilə həm də bölgənin gələcək sabitliyinin təməlini qoydu - başqa sözlə, 30 ilə yaxın Ermənistanın beynəlxalq konvensiyaların və qətnamələrin əleyhinə yönələn qeyri-hüquqi siyasəti aradan qaldırıldı. Bu gün Cənubi Qafqazda tamam fərqli ab-hava yaşanır - artıq Ermənistana açıq kontekstdə izah olunur ki, regional layihələrdə yer almaq, əməkdaşlığın aktiv tərəfinə çevrilmək üçün bölgənin əbədi və dayanıqlı sabitliyi uğrunda səy göstərməlidir.
İrəvanın “yarımçıq sülh” təbliğatı...
Hazırda Ermənistanın apardığı “sülh təbliğatı” da 30 illik fəaliyyəti kimi qeyri-səmimidir. Belə ki, ayrı-ayrı platformalarda “sülhü imzalamağa hazırıq”deyə “bəyanatlar” verən rəsmi İrəvanın məntiqi anlaşılan deyil - bu ölkə, razılaşdırılmış bəndlər üzrə müqavilənin imzalanmasını “istəyir”. Həmin razılaşdırılmış bəndlər isə dayanıqlı və əbədi sülh üçün təməl sayıla bilməz - beləliklə, Ermənistanın fərqli maraqlar axtarışında olması, qeyri-adekvat mövqe tutması bütün komponentləri ilə yenidən ortaya çıxır. Sülh sənədindəki vacib müddəaların çıxarılması ilə yanaşı, Ermənistanın sürətli silahlanması, erməni lobbisinin köməyi ilə planlaşdırılan bəzi qeyri-hüquqi addımlar, “hərbi təlimlər”, Ermənistanın əsgər toplamaq “arzusu” göstərir ki, İrəvan yalnız “vaxt udmaq” niyyətindədir. Ayrı-ayrı himayədarlarının yenidən “Qarabağ mövzusunu” gündəmə gətirmək “arzuları” da təsdiqləyir ki, Ermənistan sülh axtarışında deyil: onlar taym - aut götürmək istəyirlər.
İrəvan razılaşdırılmış bəndlərdən ibarət müqavilə hazırlayaraq tələm-tələsik imzalamaqla prosesi öz xeyrinə inkişaf etdirmək niyyətindədir. Belə olduğu halda isə müqavilə əbədi sülhü təmin edə bilmir - ən azından Ermənistan Konstitusiyasındakı məlum ərazi iddiaları bu müqaviləni hər an hüquqi qüvvədən sala bilər. Bu isə Azərbaycanın sülh baxışları ilə ziddiyyət təşkil edir. Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, bütün regionun daha yaxşı gələcəyi naminə möhkəm məsuliyyət hissi ilə hərəkət edərək bu prosesi irəli aparmaq niyyətindədir - Ermənistan Kosntitusiyasında dəyişiklik tələbi də məhz bu tezisə əsaslanır. Normallaşma prosesi uğrunda səylərimiz bizim prosesə sadiqliyimizi, eyni zamanda, qətiyyətimizi göstərir. Ermənistan da qətiyyət göstərməli, hüquqi müstəvidə Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir.
Bakının mövqeyi: dayanıqlı və əbədi sülh üçün...
Sirr deyil ki, Cənubi Qafqazda baş verən proseslər, sülh təşəbüsü ilə bağlı müzakirələr beynəlxalq aləm tərəfindən də diqqətlə izlənir. Ayrı-ayrı dövlətlər, fərqli platformalar sülh prosesinin inkişafını yüksək qiymətləndirir, tərəflərin razılığının Cənubi Qafqaza və ümumilikdə, beynəlxalq iqtisadi münasibətlər sisteminə verəcəyi töhfələri önə çəkirlər. Amma proses bütünlüklə, detallı şəkildə ortadadır - Azərbaycanın irəli sürdüyü məqamlar sülhün “müvəqqəti atəşkəs” xarakteri daşımaması üçündür. Biz çalışırıq ki, müqavilə Cənubi Qafqazda Ermənistan ilə Azərbaycan arasındakı bütün problemləri kökündən həll etsin.
Prosesin tam şəkildə təhlili bu kriteriyalara əsaslanır. Bakının sülhlə bağlı öz prinsipləri mövcuddur - fərqli maraqlar və ya istəklər, çağırışlar və ya təkliflər dəyərləndirilir. Yekunda isə regionun gələcəyi üçün ən real məqamları özündə birləşdirəcək sənədin hazırlanması üçün çalışılır.
Çağırışın ünvanı: sülhü gecikdirən Ermənistandır
Amma deyəsən bəzi ölkələrin məsələyə münasibəti daha tələskəndir. Məsələn, Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden dünən Prezident İlham Əliyevə ünvanladığı məktubunda bildirir ki, “Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət, son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır. Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərəcək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.
Azərbaycanın mövqeyi aydın və obyektivdir - biz 2022-ci ildən başlatdığımız sülh prosesi ilə Cənubi Qafqaz üçün sabit və inkişafı hədəfləyən gələcək qurmaq arzumuzu önə çəkmişik. Lazımi şərtlər isə bəllidir - axı, bu sülh necə səmimi ola bilər ki, sənədi imzalayan tərəflərin birinin Konstitusiyasında digər ölkənin ərazilərinə qarşı iddialar yer alır. Təbii ki, ABŞ-ın sülh üçün çağırışlarını Azərbaycan da dəstəkləyir və dəyərləndirir - amma hazırda top Ermənistan tərəfdədir. Bayden sülh üçün Ermənistanı qətiyyət nümayiş etdirməyə çağırmalıdır.
Dialoq həqiqətən də sülhə aparan yeganə yoldur. Azərbaycan 30 il bu yol üçün mübarizə apardı. Bu gün rahat şəkildə sülh çağırışı edənlər həmin 30 il ərzində bir dəfə də olsun təcavüzkar dövlətə qarşı qəti addımlar atmadı, sülh üçün real zəmin yaratmadı. Bu gün də səsləndirilən çağırışların altında sanki tələskənlik dayanır - Ermənistanı sülh üçün lazım addımları atmağa təşviq etmək gərəkməzmi?
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34

