Müstəqil Azərbaycan dövlətinin qurucusu
07.02.2013 [01:11]
Ümummilli lider Heydər Əliyev: Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Sərəncam imzalayıb. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğu bildirilən Sərəncamda qeyd edilir ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin təşəkkülünün, milli-mənəvi dəyərlərə qayıdışın, elmin, təhsilin, mədəniyyətin inkişafının əbədi surətdə Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanan Sərəncamda diqqətə çatdırılır ki, respublikamızın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi məhz Ümummilli liderin xidmətləridir. Sərəncamda bildirilir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiyası, milli ordumuzun formalaşması və Cənubi Qafqazda aparıcı hərbi qüvvəyə çevrilməsi, ana dilimizin dövlət dili kimi tətbiqi, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsi, mədəniyyətimizin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin və müdrikliyinin məntiqi nəticəsidir. Ümummilli liderin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursunun müəyyənləşdirildiyinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlərin qurulduğunun bildirildiyi Sərəncamda deyilir ki, Ulu öndər Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıdıb.
Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporunun təşkilatlandığı, inkişaf etdiyi vurğulanan Sərəncamda diqqətə çatdırılır ki, Ulu öndər XX əsrdə totalitarizmin ölkəmizə qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirib.
Sərəncamda deyilir: “Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir”.
Sərəncama əsasən, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri nəzərə alınaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd edilməsi qərara alınıb.
Müstəqil Azərbaycanın ideoloji əsaslarının formalaşması
Sərəncamda da qeyd olunduğu kimi, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Lakin bu proses heç də asanlıqla baş verməyib və Ümummilli liderimiz bu yolda böyük fədakarlıqlar göstərib.
Beləliklə, ötən əsrin sonlarında dünyada və regionda cərəyan edən proseslər fonunda Azərbaycan bir əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsindən sonra artıq Azərbaycanda idarəçilik formasından tutmuş, iqtisadi inkişaf potensialına, insanların şüuruna qədər hər şey dəyişdi. Bu dəyişikliyin düzgün yönləndirilməsi, milli enerjinin doğru yönə istiqamətləndirilməsi isə olduqca mühüm amil kimi qarşıda dayanırdı. Lakin müstəqilliyimizin ilk illərində hadisələr milli maraqlarımıza uyğun istiqamətdə inkişaf etmədi və ölkə həyatının bütün sahələri böhranla üz-üzə qaldı. Çünki təxminən 70 ildən artıq bir dövrdə hakim olan kommunist ideologiyasına xalq arasında inam yox idi. Yeni ideologiyanın olmaması isə ölkənin inkişafını sual altına alırdı. Məhz belə bir şəraitdə, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev çağdaş milli ideologiyanın və modern dəyərlər sisteminin yaradıcısı olmaqla yanaşı, bu ideologiyanın qorunub saxlanılmasına, onun gələcək nəsillərə çatdırılmasına da öz töhfəsini verdi.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən ölkəmizin bu gün əldə etdiyi siyasi və iqtisadi uğurlarla yanaşı, vətəndaş həmrəyliyi fəlsəfəsi olan azərbaycançılıq ideologiyası, bütün Türk dünyasının birliyi ideyası, dilimiz, milli-mənəvi, dini dəyərlərimiz, vətəndaş cəmiyyətinin formalaşması, dünya azərbaycanlılarının təşkilatlanması və s. bu kimi məsələlər göz önünə gəlir. Bu da səbəbsiz deyil. Çünki bütün dünya azərbaycanlılarını bir ideya-azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağıran Ulu öndər Heydər Əliyevin siyasətinin fəlsəfi kökündə milli təfəkkür, milli şüur, milli düşüncə, azərbaycançılıq məfkurəsi dayanırdı.
Beləliklə, Ümummilli liderimizin 1993-2003-cü illərdə atdığı addımlar, həyata keçirdiyi tədbirlər Azərbaycanın hərtərəfli inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi ilə yanaşı, ölkəmizdə həmrəylik və birliyin, milli-mənəvi dəyərlərin inkişafına yönəldilmişdi. Ona görə də, bu gün Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışarkən cəsarətlə qeyd edirik ki, Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik məfkurəsini gücləndirdi, insanlarımızda dövlətə hörmət hissi formalaşdırmağa nail oldu. Məhz Ümummilli liderimizin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Bu nəzəriyyə sayəsində Azərbaycan dövləti çağdaş dünyaya inteqrasiyada beynəlxalq diqqət mərkəzinə gəldi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu.
Heydər Əliyevin atdığı cəsarətli addımlar sayəsində ötən əsrin 70-ci illərində Azərbaycanda milli dövlətçilik və müstəqillik ideyaları ictimai düşüncədə daha sürətlə yer almağa başladı
Bu məqamda xüsusi olaraq vurğulamaq lazımdır ki, Sovet imperiyası dövründə uzun illər xalqımızın milli dəyərləri, milli kimlik məsələsi yasaq olunsa da, 1969-cu ildə Ulu öndərin birinci dəfə hakimiyyətə gəlişinin ardından bu məsələdə böyük dönüş yarandı. Həmin vaxt Ulu öndər milli düşüncənin repressiyalara, təqiblərə məruz qalmasının qarşısını aldı.
Kimsəyə sirr deyil ki, müstəqil dövlətin qurulmasına aparan yol müstəqil düşüncədən başlayır. Ulu öndər Heydər Əliyev də müasir və müstəqil düşüncəli rəhbər kimi Azərbaycana birinci rəhbərliyi dövründə, ilk növbədə, milli genetik ruhu qorudu. Milli düşüncənin repressiyalara, təqiblərə məruz qalmasının qarşısını aldı. Əlbəttə, SSRİ rəhbərliyinin imperiyanın əsarətindəki xalqlara, xüsusilə də türk-müsəlman xalqlarına qarşı milli və dini soyqırımı siyasəti həyata keçirdiyi bir dövrdə müstəqil düşüncəli ziyalıları qorumaq, onları Sovet rejiminin təhdidlərindən hifz etmək heç də asan məsələ deyildi. Bunu yalnız Heydər Əliyev kimi bütün varlığı ilə milli ideallara bağlı, vətənpərvər lider bacara bilərdi. Və məhz Onun atdığı cəsarətli addımlar sayəsində ötən əsrin 70-ci illərində Azərbaycanda milli dövlətçilik və müstəqillik ideyaları ictimai düşüncədə daha sürətlə yer almağa başladı. Belə ki, hakim ideologiya ilə uzlaşmayan “Gülüstan” poemasının müəllifi, mərhum şairimiz Bəxtiyar Vahabzadəni həbs olunmaq təhlükəsindən qoruyan da, Bakıda Nəriman Nərimanovun abidəsini ucaltmaq üçün iki ilə yaxın mübarizə aparan da, dahi dramaturq Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək üçün ən sərt maneələrə mərdliklə sinə gərən də məhz Ulu öndər Heydər Əliyev idi. Mərhum akademik Ziya Bünyadovun “Atabəylər dövləti” kitabını Dövlət Mükafatına layiq görən Heydər Əliyev ermənilərin sərt ittihamları ilə üzləşsə də, qətiyyətli addımlarını davam etdirirdi. Əksər ekspertlərin də vurğuladıqları kimi, Ulu öndər Azərbaycanı hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün xalqın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərləri qorumağa çalışırdı. O, həmçinin, böyük fədakarlıq hesabına 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit edilməsinə nail oldu. “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı, üçcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət Mükafatı verildi. Bundan başqa, Sovet dövründə Bakıda türkçülüyü tədqiq edən sanballı “Türkologiya” jurnalının nəşrə başlaması böyük əzmin, fədakarlığın, dönməzliyin nəticəsi idi. Beləliklə, vətənpərvər rəhbər çox qısa zamanda cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol-qanad verməyi bacardı. Nizami, Füzuli, Nəsimi, Vaqif, Cəfər Cabbarlı, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər dühaların əsərləri Sovet sərhədlərini aşaraq dünya arenasına çıxdı. Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, musiqisinə diqqət artdı. Bəxtiyar Vahabzadənin “Latın dili” şeirinin və “Gülüstan” poemasının, İsmayıl Şıxlının “Dəli Kür” romanının, “Dədə Qorqud”, “Babək”, “Bir cənub şəhərində”, “İstintaq” filmlərinin, “Şəhərin yay günləri” tamaşasının məhz ötən əsrin 70-ci illərinin məhsulu olmasını, həmçinin, “Qobustan” ədəbi-publisistik jurnalının nəşrini Ulu öndərin milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi fəaliyyətin nəticəsi kimi dəyərləndirmək olar.
Təsadüfi deyil ki, məhz həmin illərdə Azərbaycanın kino sənəti sürətlə inkişaf etdi, milli qəhrəmanlıq ruhunda filmlər çəkildi. Eyni zamanda, teatrlarda insanlarda milli azadlıq hisslərini gücləndirən yeni-yeni əsərlər səhnəyə qoyuldu. Həmin vaxt Ulu öndər Heydər Əliyev özü də bu qəbildən olan bədii-kütləvi tədbirlərdə şəxsən iştirak edir, bunu digər məmurlara da təlqin etməyə çalışırdı.
Bir sözlə, bütün bunlar, eyni zamanda, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin, Azərbaycan dilinin qorunması, həmçinin, xalqın adət-ənənələrinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımların atılması, milli həmrəyliyi və bütövlüyü təmin edəcək fundamental mənəvi faktor olan milli ideologiyanın-azərbaycançılıq ideologiyasının müəyyən edilməsi və ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli istifadə mexanizminin həyata keçirilməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bir araya gətirilməsi, diasporanın inkişaf etdirilməsi Ümummilli liderimizin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində göstərdiyi müstəsna xidmətlərdir.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır
Beləliklə, bir daha azərbaycançılıq məfkurəsinin mahiyyətinə nəzər yetirək. Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet hissəsini nəzərə çatdırıb: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Əksər ekspetlərin də vurğuladıqları kimi, azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcək və müstəqillik və milli eyniyyət həmin nəsillər üçün layiqli həyatın və şəxsi azadlığın ayrılmaz atributlarına çevriləcək. Ümumiyyətlə, Ulu öndər tərəfindən müəyyən olunmuş milli ideologiyamızın bir neçə başlıca prinsipi var ki, bunların içərisində də azərbaycançılıq önəmli yerlərdən birini tutur. Ümummilli liderimizin özünün də dəfələrlə qeyd etdiyi kimi, azərbaycançılıq bütün dünyada olan azərbaycanlıları vahid ideya ətrafında birləşdirir. Statistik rəqəmlərə əsasən yer üzündəki 50 milyona yaxın azərbaycanlını müəyyən bir ideya ətrafında birləşdirməyin çox böyük siyasi, ideoloji, iqtisadi, mənəvi və psixoloji əhəmiyyəti var.
Yuxarıda da vurğuladığımız kimi, müstəqilliyimizin ilk illərində dünyanın başqa ərazilərində olan azərbaycanlıları hansısa bir ideya, ideoloji prinsip ətrafında birləşdirmək zərurəti vardı. Ümummilli liderimiz məhz bu zərurətdən çıxış edərək azərbaycançılıq ideyasını ortaya qoydu. Yəni, bu ideyanı sistemli şəkildə müstəqil dövlətimizin ideoloji bazasına çevirmək məhz Ulu öndərin tarixi xidmətlərindən biridir. Ulu öndər cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideyasının milli həmrəyliyin aparıcı amilinə, təməl prinsipinə çevrilməsi istiqamətində mühüm işlər gördü. Heydər Əliyevin ölkəmizdə yaşayan bütün xalqlara, milli azlıqlara azərbaycançılıq kontekstindən yanaşma tərzi də diqqət çəkən məqamlardandır. Ulu öndər Azərbaycanın etnik rəngarəngliyini dövlətimizin tarixi-siyasi nailiyyəti hesab edir, bu nailiyyətin qorunub saxlanılmasına xüsusi diqqət və qayğıyla yanaşır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın burada yaşayan hər kəsin doğma ata-baba yurdu, Vətəni olduğunu dönə-dönə vurğulayırdı.
Azərbaycançılıq, eyni zamanda, bizim üçün bir növ həyat tərzi, gəncliyimizin tərbiyəsi, xalqımızın bütövlüyü, dünyada azərbaycanlı adı ilə tanınmağımız və Azərbaycan coğrafiyasını, vətənimizi qorumaq üçün bir sistemdir. Azərbaycançılıq, eyni zamanda, ölkəmizdən kənarda yaşayan azərbaycanlıların da Azərbaycan Respublikasının ətrafında birləşmək texnologiyasıdır. Müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsində, azərbaycançılıq məfkurəsinin, milli həmrəyliyin, Azərbaycanın inkişaf modelinin formalaşmasında, ölkəmizin dünyaya inteqrasiyasında Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti misilsizdir. Bir sözlə, azərbaycançılıq ideologiyası Ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsiplərinin ana xəttidir.
Son olaraq onu da qeyd edək ki, məhz milli həmrəyliyin təməl prinsiplərini təşkil edən azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər rolunu oynayır. Eyni zamanda, azərbaycançılıq ideologiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin dünyada yerinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxAnalitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50

