/ / Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası keçirilir
Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası keçirilir
24.04.2013 [15:43]
Aprelin 23-də Bakıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası işə başlayıb.
AzərTAc xəbər verir ki, iki gün davam edəcək iclasın məqsədi təşkilata üzv ölkələrin əmək nazirlərinin aprelin 25-26-da keçiriləcək konfransının gündəliyinin hazırlanması, nazirlərin görüşü zamanı müzakirəyə çıxarılacaq əsas sənədlərin yekun razılaşdırılmasıdır.
İclasın açılışında “Qurani-Kərim”dən ayələr oxunub.
İƏT-in əmək nazirlərinin I konfransına sədrlik etmiş Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Moffarej Əl Hoqubani çıxış edib, II konfransın Sədrini və Büro üzvlərini təqdim edib.
Moffarej Əl Hoqubani tədbirin əhəmiyyətindən danışıb, iclasın Bakıda keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, bu görüşün keçirilməsi hələ əmək nazirlərinin ilk görüşündə planlaşdırılıb. Bu görüş iş yerlərində təhlükəsizlik, işsizliyin aradan qaldırılması üçün yeni iş yerlərinin açılması və digər məsələləri birgə müzakirə etməyimiz üçün fürsətdir. Əmək nazirlərinin birinci görüşündən sonra Səudiyyə Ərəbistanı Krallığında əmək bazarlarının inkişafı, işsizliyin aradan qaldırılması istiqamətində işlər görülüb, özəl və dövlət sektorları arasında münasibətlərin yaradılması istiqamətində lazımi tədbirlər həyata keçirilib.
İkinci konfransın sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov çıxış edərək tədbirin əhəmiyyətindən, İƏT ilə Azərbaycanın uğurlu əməkdaşlığından danışıb.
F.Ələkbərov bildirib ki, Bakıda İƏT-ə üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin görüşü İslam dünyası, eləcə də digər xalqlar arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsində ölkəmizin getdikcə artan rolunun növbəti əməli təsdiqidir.
Nazir vurğulayıb ki, bu görüş ilk dəfə olaraq üzv dövlətlər arasında əməkdaşlıq sahəsində vahid əlaqələndirmə mexanizminin formalaşmasına imkan yaradacaq. Görüşdə qəbul edəcəyimiz Bakı Çərçivə Sənədi, eyni zamanda, qətnamə və Bakı Bəyannaməsi belə bir əlaqələndirmə mexanizminin artıq rəsmi şəkildə təsdiqinə səbəb olacaq.
F.Ələkbərov diqqətə çatdırıb ki, bu görüş İƏT ilə Azərbaycan arasında mövcud əməkdaşlığın daha da genişlənməsinə töhfəsini verəcək. Ötən müddətdə İƏT-in Azərbaycan ilə bağlı bütün istiqamətlərdə, xüsusən ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı konstruktiv və ədalətli münasibət, qətiyyətli mövqe nümayiş etdirməsini yüksək qiymətləndiririk. Bütün bunlar İƏT ilə Azərbaycan arasında əməkdaşlığın güclənməsi naminə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kursun uğurlu nəticələridir.
İşçi sessiyalarla davam edən iclasda “Təhlükəsiz və sağlam əmək şəraiti”, “İsşizliyin azaldılması və peşə bacarıqlarının təkmilləşdirilməsi”, “Miqrant işçilərin hüquqlarının müdafiəsi üzrə beynəlxalq qanunvericilik” və digər mövzularda çıxışlar olub, müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

