Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir
12.06.2013 [00:48]
Müasir müstəqil Azərbaycan dövləti hazırki inkişaf mərhələsinə asan yolla çatmayıb. Müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasına yaxınlaşan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşıb. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət və səlahiyyət savaşına çıxması həm siyasi böhrana səbəb olub, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirib, həm də vətəndaşlarla siyasi yetkililər arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirib. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatıb.
1991-ci ildə müstəqillik əldə etdikdən sonra hakimiyyət postuna yiyələnən, amma tamamilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii geosiyasi şərait, hətta imperiyanın mərkəzində dayanan Rusiyanın belə öz müstəqilliyini elan etməsi, həmçinin, xalqların azadlıq mücadiləsi Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi. Məhz Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına nə qədər etinasız yanaşmasının bariz nəticəsi idi ki, onlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində konkret olaraq heç bir strateji addım atmadılar. Eyni zamanda, sonrakı hadisələr də göstərdi ki, o zamankı rəhbərlik təbii geosiyasi situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi milli vəzifəni yerinə yetirmək iqtidarında deyildi.
Beləliklə, müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüvvələrin totalitar təfəkkürlə hərəkət etmələri ölkəni fərqli korporativ maraqlara malik olan güclərin siyasi mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirdi. Bunun fonunda ictimai-siyasi münasibətlərdə meydana çıxan xaos daha da dərinləşdi və siyasi kataklizmlər bütün sahələrə sirayət etdi. Kremlin tabeliyindəki şəxslər Azərbaycanı idarəetmə xüsusiyyətlərinə görə iflasa uğrayan imperiyanın kiçik ideoloji modeli kimi mühafizə etmək niyyətlərini gizlətmirdilər. Daha doğrusu, bəhs edilən marionetkalar xarici güclərin direktivlərinə əsasən hərəkət etməklə Azərbaycanın müstəqilliyini sual altına almaqdan çəkinmirdilər.
Həmin dövrü xarakterizə edərkən bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, Moskvadan verilən direktivlər əsasında hərəkət edən hakimiyyət yanlış strategiya seçməklə, ilk növbədə, torpaqların itirilməsinə xüsusi şərait yaratdı. Bu şəraitdən istifadə edən təcavüzkar Ermənistan isə həmin dövrdə strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında konfrantasiyaya start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Formal qaydada əldə edilən müstəqilliyin itirilməsi təhlükəsi SOS çağırışlarını daha da artırmışdı. Mövcud vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Mütəllibov hakimiyyəti çarəni istefa verməkdə gördü. Amma bu heç də ölkənin xilası mənasına gəlmirdi.
Bundan sonra illeqal vasitələrlə hakimiyyətə gəlmiş AXC-”Müsavat” tandemi Azərbaycanı, sözün əsl mənasında, xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir xaos və anarxiya yarandı, daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq əlinə silah alan hakimiyyəti ələ keçirməyə çalışırdı və separatist meyillər kəskin xarakter almışdı. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Qısacası, daxili və xarici siyasətin səmərəsizliyi Azərbaycanı bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. AXC-”Müsavat” cütlüyünün səriştəsizliyi addımbaşı öz bəlalı nəticəsini büruzə verirdi. Məhz bu “nəticələrin” sayəsində ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət günü-gündən ağırlaşırdı, fərarilik halları getdikcə artırdı, silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmurdu, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafenin girovuna çevrilirdi.
Bu cür hakimiyyət boşluğundan hər zaman yararlanmaq istəyənlər tapılır. Düşmənlərin əsas hədəfi isə Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmişdi. Gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Problemlər getdikcə artırdı. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplaşmaların yarandığı açıq-aydın görünürdü və bu qruplaşmaların mübarizəsi artıq silahlı qarşıdurma həddinə çatmışdı. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Problemlər məngənəsində sıxılan Azərbaycan dövləti növbəti dəfə parçalanmaq qorxusu altında idi. Artıq ölkənin bir sıra ərazilərində-Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Belə çətin bir məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə, davam edir, silahlı birləşmələri demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. Vəziyyət get-gedə pisliyə doğru dəyişirdi. 709-cu briqadanı tərki-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Hər iki tərəf-əslində hər iki tərəf Azərbaycan ordusu idi- xeyli itki verdi. Artıq ölkədə vətəndaş müharibəsinin simptomları görünürdü.
Müstəqil Azərbaycan dövlətinin qurtuluşu və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi qüvvələr lazım idi ki, Azərbaycanı düşdüyü mürəkkəb durumdan xilas etsin.
Məhz bu lider zəngin dövlətçilik təcrübəsinə və rasional təfəkkürə malik olan Heydər Əliyev idi. Tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olan 15 iyun 1993-cü il tarixi - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı zəruri strateji addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu. Beləliklə, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan “Milli Qurtuluş Günü” Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Qeyd etmək lazımdır ki, Azərbaycan dərin ictimai-siyasi kataklizmlərlə qarşı-qarşıya olduğu ərəfədə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin Sədri kimi fəaliyyət göstərən Ümummilli lider Heydər Əliyev xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərmiş, xalqımızın düşdüyü gərgin durumun aradan qaldırılması naminə əzm və inamla davam etdirilən çalışmaların məntiqi nəticəsi kimi, tarixi nailiyyətlər əldə edilmişdi. Muxtar Respublikanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və sabitliyin təmin edilməsiylə yanaşı, dövlətçilik ənənələrinin bərpa olunması istiqamətində atılan strateji addımları da xüsusilə vurğulamaq gərəkdir. Belə ki, Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa olunması və milliləşdirmə siyasətinin həyata keçirilməsi tarixi nailiyyətlər kimi dəyərləndirilməlidir. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Həmçinin, Ümummilli lider Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra tarixi qərarlar qəbul etdi. Öncə “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi.
Dolayısıyla, bütün bunlar bir daha göstərdi ki, Azərbaycan xalqı və dövlətini düşdüyü mürəkkəb kataklizmlərdən xilas edəcək şəxsiyyət dahi Heydər Əliyevdir. Məhz sonrakı hadisələr və proseslər bu yanaşmanın birmənalı şəkildə doğru olduğunu nümayiş etdirdi. Eyni zamanda, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir. Qurtuluş məfkurəsi Azərbaycan dövlətinə və xalqına nə verdi? Bu faktora ümumi şəkildə yanaşanda qarşımızda real mənzərə canlanır. Ulu öndər Azərbaycanı tənəzzüldən xilas etdi və tərəqqi yoluna çıxardı
Beləliklə, bütün bunların qanunauyğun sonucu kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəylik, bütövlük və inkişafı təmin etdi. Ümummilli lider, ilk növbədə, xarici qüvvələrin direktivləri əsasında fəaliyyət göstərən daxili separatçıları, “mərkəzdənqaçma” tendensiyalarını neytrallaşdırmaqla ictimai-siyasi sabitliyi bərpa etdi. Bu proses 1995-ci ilədək davam etdi və həyata keçirilən uzaqgörən strategiyanın qanunauyğun nəticəsi kimi, tam stabil mühit formalaşdırıldı. Ulu öndər Özünün zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq hadisələrə operativ müdaxiləsi nəticəsində 1994-1995-ci illərdə baş verən dövlət çevrilişlərinə cəhdlərin, həmçinin, bir sıra təxribatların qarşısını almağa nail oldu. Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və separatizm təhlükəsindən, müstəqilliyinə qarşı yönəlmiş təhdidlərdən xilas oldu. Ayrı-ayrı şəxslərə, müxtəlif xarici kəşfiyyat orqanlarına və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi. Bunlarla yanaşı, həyata keçirilən rasional sistematik strategiyanın tərkib hissəsi kimi, 1994-cü ilin may ayının 12-də cəbhədə atəşkəsin əldə edilməsi dövlətçiliyin möhkəmləndirilməsi, eləcə də, nizami ordu quruculuğu ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addım oldu. Məhz bundan sonra sistematik surətdə siyasi-iqtisadi xarakterli rasional institusional islahatlar həyata keçirilməyə başlandı ki, bunun sayəsində Azərbaycan tənəzzüldən tərəqqi yoluna çıxdı.
Siyasi-hüquqi inkişaf istiqamətində gerçəkləşdirilən tədbirlər perspektiv tərəqqinin əsaslarını formalaşdırdı
Özünün zəngin dövlətçilik təcrübəsi və rasional təfəkkürü əsasında milli inkişaf strategiyasını uğurla həyata keçirən Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atdı. Belə ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum əsasında qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhz bunun ardınca məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.
Bununla yanaşı, təkmil struktur elementlərinə malik olan siyasi sistemin əsası qoyuldu. 12 noyabr 1995-ci il tarixində keçirilmiş parlament seçkiləri öz nəticələrinə görə, Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoymasının parlaq göstəricisi idi. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, demokratik parlament seçkiləri həm vətəndaşların funksional qurumlara və dövlət orqanlarına inamını artırdı, həm də qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətlənməsi işinə mühüm töhfələr verdi. Məhz bu dönəmdən sonra siyasi-iqtisadi xarakterli səmərəli institusional islahatların həyata keçirilməsi prosesinin sürətlənməsi müşahidə olundu.
Bir məqama xüsusi diqqət yetirmək gərəkdir ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlət quruculuğuna özünəməxsus töhfələr verməklə yanaşı, siyasi mədəniyyətin formalaşması və inkişafına şərait yaradan fundamental amil qismində çıxış etdi. Bundan sonra siyasi həyatın bütövlükdə legitimləşdirilməsi yönündə mühüm irəliləyişlər qeydə alındı. Vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Hakimiyyət cəmiyyət üzvlərinə münasibətdə fərdlərin demokratik prinsip və normalara əsaslanan fəaliyyətini stimullaşdırdı. Beləliklə, cəmiyyət üzvlərinin demokratik normalara söykənən siyasi iştirakçılığında mühüm keyfiyyət dəyişiklikləri qeydə alındı. Ən əsası isə odur ki, Ulu öndər Heydər Əliyev siyasi sistemin komponentləri olan ayrı-ayrı institutları legitimləşdirməklə açıq-demokratik cəmiyyət qurdu. Bütün bunlara paralel olaraq kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində siyasi sosiallaşma və mədəniyyətin inkişafına yol açdı.
Bunlarla yanaşı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Özünün yüksək səviyyəli siyasi fəaliyyəti və davranışı ilə ümummilli siyasi mədəniyyətin inkişafını stimullaşdırdı. “Millət dövlət üçün yox, dövlət millət üçün olmalıdır”, - deyən Ümummilli lider Heydər Əliyev siyasi həyatda yüksək davranış normaları və prinsipləri formalaşdırmaqla, Azərbaycan cəmiyyətini müasir siyasi mədəniyyətə malik olan siyasi nöqteyi-nəzərdən inkişaf etmiş cəmiyyətlər sırasına daxil etdi. Beləliklə, ölkəmizin ümummilli inkişafını təmin edən yüksək siyasi mədəniyyətin formalaşması Ulu öndərin adı ilə bağlı oldu.
Nəticə etibarilə, Ulu öndər Heydər Əliyevin milli maraqlara və dəyərlərə əsaslanan məqsədyönlü siyasəti bəhs edilən vəzifələrin yerinə yetirilməsini mümkün etməklə yanaşı, ölkədə və bütövlükdə ayrı-ayrı subyektlərin fəaliyyətində yeni və daha təkmil siyasi mədəniyyət normalarının, qaydalarının təşəkkül tapmasını şərtləndirdi. Başqa sözlə, Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi surətdə təkmilləşməsini təmin etmiş oldu.
Azərbaycan beynəlxalq münasibətlərin müstəqil subyektinə çevrildi
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də dövlətimizin həyata keçirdiyi mütərəqqi xarici siyasət kursu sayəsində Azərbaycanın dünya siyasətinin müstəqil subyektinə çevrilməsidir. Aydındır ki, Azərbaycan 1993-cü ilədək beynəlxalq münasibətlərdə müstəqil milli dövlət kimi tanınmırdı, ayrı-ayrı güc mərkəzlərinin direktivlərini yerinə yetirirdi. Məhz bunun da nəticəsi kimi, xarici qüvvələrin ölkəmizə yönəlik siyasəti Azərbaycan dövlətinin müstəqilliyinə qarşı real təhdid ünsürləri yaradırdı. Bütün bunlara rəğmən, Şərqlə Qərbin qovuşuğunda olduqca mürəkkəb coğrafi regionda yerləşən Azərbaycan Ulu öndər Heydər Əliyevin praqmatik xarici siyasət strategiyası sayəsində sahib olduğu potensial ünsürlərdən və strateji resurslardan səmərəli surətdə istifadə etməklə təhdid ünsürlərini neytrallaşdırdı və xarici siyasətdə milli maraqlara müvafiq davranış modeli seçdi. Beləliklə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırma siyasəti sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu milli dövlətinə çevrildi, eyni zamanda, beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edildi.
Həmçinin, Ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Azərbaycan sahib olduğu enerji ehtiyatlarından, əlverişli geostrateji mövqeyindən səmərəli istifadə edərək əhəmiyyətli siyasi-iqtisadi dividendlər qazandı. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Ümummilli lider Heydər Əliyev həmin sazişin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını bildirirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Daha sonra davam etdirilən uğurlu enerji siyasəti sayəsində nəhəng layihələr gerçəkləşdirildi, ölkəmiz özünün milli maraqlarına müvafiq olaraq mühüm siyasi-iqtisadi üstünlüklər qazandı. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil enerji siyasəti və gerçəkləşdirilən nəhəng layihələr həm də milli iqtisadiyyatımızın inkişafına fundamental töhfələr bəxş etmiş oldu. Nəticə etibarilə, praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynayan dövlətlərdən birinə çevrildi.
Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dinamik inkişaf yolunda qətiyyətlə irəliləyir
Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dinamik inkişaf yolunda qətiyyətlə irəliləyir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın iradəsinə əsaslanır.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən milli inkişaf strategiyasının struktur komponenti kimi reallaşdırılan siyasi, iqtisadi, hüquqi islahatlar milli dövlətimizin gücü və potensialını artırmaqla yanaşı, perspektiv inkişafın fundamental əsaslarını formalaşdırmışdır. Davamlı surətdə reallaşdırılan siyasi-iqtisadi islahatların fonunda qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, ictimai-siyasi institutlaşma prosesinin milli maraqlara və cəmiyyətdə təşəkkül tapılmış normalara müvafiq surətdə davam etdirilməsi siyasi sistemin əsaslarını möhkəmləndirən real strateji faktorlar kimi çıxış etmişdir.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu sayəsində Azərbaycan müasir dünya siyasətinin nüfuzlu milli dövlətlərindən birinə çevrilib. Dünya siyasətinin müstəqil subyektləri qismində çıxış edən milli dövlətlərlə praqmatik münasibətlərə malik olan ölkəmiz həm də beynəlxalq təşkilatlarda uğurla təmsil olunur, regional və beynəlxalq miqyasda çoxtərəfli səmərəli əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bir məqama xüsusi nəzər yetirmək lazımdır ki, Cənubi Qafqaz geosiyasi məkanının lider dövləti, güc mərkəzi olan Azərbaycanın iştirakı olmadan bölgədə heç bir geostrateji layihə gerçəkləşdirilə bilməz. Bir sözlə, modern beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan özünün çoxvektorlu və praqmatik xarici siyasət kursu ilə yerləşdiyi regionun tərəqqi mənbəyi kimi çıxış edir.
Bütün bu sadalananların fonunda tərəddüdsüz qeyd etmək olar ki, Milli Qurtuluşdan başlanan Azərbaycanın milli inkişaf strategiyası əldə olunan uğurlarla inkişafın milli modelini formalaşdırmışdır. Nəticə etibarilə, Ümummili lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qeyd etdiyimiz kimi, Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.
Əhəd Abıyev,
Daşkəsən rayon İH-nin başçısı
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03

