/ / Azərbaycan bundan sonra ən azı 100 il ərzində çox önəmli və əvəzolunmaz qaz ixrac edən ölkəyə çevriləcək
Azərbaycan bundan sonra ən azı 100 il ərzində çox önəmli və əvəzolunmaz qaz ixrac edən ölkəyə çevriləcək
01.08.2013 [09:42]
Prezident İlham Əliyev: İlkin hesablamalara görə “Şahdəniz-2” və bu layihə ilə bağlı olan digər layihələr Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib çıxaracaq
1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsindən sonra bir sıra iri regional və beynəlxalq enerji layihələrinə imza atan Azərbaycan bu istiqamətdə həyata keçirdiyi siyasəti hazırda da uğurla davam etdirir. Bu gün ölkəmiz Avropanın əsas enerji tərəfdaşına çevrilib və sözügedən qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Məhz rəsmi Bakının bu strategiyası ölkəmizin regionda mövqeyini möhkəmləndirməklə yanaşı, xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafına da müsbət təsir göstərməkdədir.
Ümumiyyətlə, Azərbaycan perspektivlik baxımından karbohidrogen ehtiyatlarının bol olduğu dünya ölkələri sırasındadır. Azərbaycanın təkcə Xəzər sektorundakı karbohidrogen ehtiyatlarının həcmi hesablamalara görə, 3-4 və hətta proqnoz baxımdan 5-7 milyard ton təşkil edir. Bu həcmə quru ərazilərdə aşkarlanmış 1-2 milyard ton ehtiyatlarını da əlavə etdikdə, kommulyativ toplumda adambaşına 500-700 ton həcmində karbohidrogen resursu düşür. Müqayisədə bu göstərici Azərbaycana dünyanın 10-15 ən qüdrətli mühüm neft-qaz potensiallı ölkələri sırasında yer verir. Lakin unutmaq olmaz ki, enerji resurslarının məhdud və ya istisna olmasına baxmayaraq, hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Bu baxımdan düşünülmüş milli enerji siyasətinin hazırlanması olduqca vacibdir. Onu da qeyd edək ki, məhz Ulu öndərin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda yeni dönəmə start verilib.
Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında sazişin imzalanması Azərbaycanın neft sənayesi tarixində tamamilə yeni bir eranın başlanğıcı idi. Bununla da müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyasının gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyaların cəlb edilməsinin əsası qoyuldu.
Beləliklə, ötən əsrin 90-cı illərində mürəkkəb geosiyasi vəziyyətdə ciddi çətinliklərlə üzləşən Ulu öndər Heydər Əliyev beynəlxalq tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq şəraitində ölkənin zəngin təbii sərvətlərini istifadə etmək haqqında strateji qərar qəbul etməklə, həm də Azərbaycanın Avropada enerji təhlükəsizlik tələbatlarına töhfə verməyə hazır olduğunu göstərdi. “Əsrin müqaviləsi” və 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənilməsi üzrə müqavilə Azərbaycanın enerji siyasətinin inkişaf etdirilməsi üçün ciddi əsaslar yaratdı. Bu siyasət nəticəsində 1994-cü ildən başlayaraq Azərbaycan regional əməkdaşlıq və inteqrasiyaya töhfə verən, regionu Avropaya daha da yaxınlaşdıran bir sıra enerji və nəqliyyat layihələrini həyata keçirib.
Bununla yanaşı, 2004-cü ildə Avropa İttifaqı (Aİ) ilə sıx əməkdaşlıq çərçivəsində irəli sürülən “Bakı prosesi” adlanan təşəbbüs Qara və Xəzər dənizlərinin sahilinə çıxan dövlətləri, eləcə də, Aİ-yə üzv ölkələri daha geniş regional enerji əməkdaşlığına aid problemləri müzakirə etmək məqsədilə bir araya gətirmək məqsədini daşıyırdı. Digər məqsəd regionda enerji tranziti və ticarətin asanlaşdırılması üçün imkanların birgə araşdırılması idi. Azərbaycanın oynadığı mühüm rol 2006-cı ilin noyabr ayında bir daha təsdiqləndi. Həmin vaxt Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozu Brüsseldə “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar. Bu sənəd Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirdi və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsas sahələri müəyyən etdi.
Beləliklə, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ) layihələri həm Şərq-Qərb enerji dəhlizinin reallaşmasına, həm Avropanın enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini vermiş olur. Bu layihələrdən əldə edilən siyasi və iqtisadi mənfəətlərlə yanaşı, Azərbaycan regional əməkdaşlığın gücləndirilməsində də aparıcı dövlətə çevrilir.
Hazırda BTC neft boru kəməri və BTƏ qaz boru kəməri Avropa və digər beynəlxalq bazarlara Azərbaycan və Mərkəzi Asiyanın neft və qazını çatdırır. Bu cür layihələr Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyənin inkişafı və rifahına xidmət edir, bütöv regionun təhlükəsizliyini möhkəmləndirir. Məlumat üçün bildirək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindəki magistral kəmərləri ilə 21,7 milyon ton neft nəql edilib. Nəqletmənin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri ilə həyata keçirilib. Hesabat dövründə sözügedən kəmərlə 16,6 milyon ton neft ötürülüb. Bu dövrdə Səngəçal terminalından BTC kəməri ilə 1,6 milyon ton tranzit Türkmənistan nefti nəql olunub.
Qeyd etdiyimiz kimi, iri qaz istehsalçısına çevrilən ölkəmiz hasil etdiyi təbii qazın müxtəlif marşrutlarla ixracında da maraqlıdır. Bu gün Azərbaycan qazı Rusiya, İran, Gürcüstan və Türkiyəyə ixrac edilir. Ölkəmizin enerji sektorunun inkişafı, “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə işlərin davam etdirilməsi, “Ümid” (2010-cu ilin noyabrında) yatağının kəşfi və işlənməyə hazırlanması, “Abşeron” (2011-ci ilin sentyabrında) blokunda iri qaz yatağının aşkarlanması və digər perspektiv işlər isə yaxın illərdə Azərbaycanda təbii qaz hasilatının həcminin əhəmiyyətli surətdə artacağına dəlalət edir. Bu isə yeni ixrac imkanlarını inkişaf etdirmək zərurəti yaradır. Bu baxımdan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması xüsusi əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan və Türkiyə arasında imzalanan TANAP layihəsinin reallaşması da dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək. Sözügedən layihə Türkiyə-Azərbaycan enerji əməkdaşlığını inkişaf etdirməklə yanaşı, həm də Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan bir hadisədir.
Bundan əlavə, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropa bazarlarına nəql edilməsi Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə həyata keçiriləcək. Boru kəməri Yunanıstan və Albaniya ərazilərindən, habelə Adriatik dənizindən keçərək Cənubi İtaliya sahilinə qədər uzanacaq. Qeyd edək ki, TAP boru kəməri Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən “Cənub qaz dəhlizi”ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək.
Əlavə olaraq bildirək ki, “Şahdəniz” qaz yatağı 1999-cu ildə kəşf edilib. Onun rezervuar qalınlığı 1000 metrdən artıq, uzunluğu 22 kilometrdir. Ümumilikdə, 2006-cı ilin sonlarında “Şahdəniz” yatağından hasilat başlanandan 2012-ci ilin sonunadək yerli və beynəlxalq bazarlara 37,6 milyard standart kubmetr qaz və 80 milyon barel kondensat ixrac edilib.
Yeri gəlmişkən, qeyd edək ki, iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətindən daşınarkən “Cənub qaz dəhlizi”nin seçilməsi və bu məsələ ilə bağlı “Şahdəniz” konsorsiumunun vahid mövqeyini çox müsbət hal kimi qiymətləndirib. Bildirib ki, sözügedən layihə Azərbaycana öz qaz potensialını maksimum dərəcədə realizə etməyə imkan verəcək. Prezident Azərbaycanda verilən qərarların bölgənin gələcək enerji xəritəsinə ciddi dəyişikliklər edəcəyinə əminliyini ifadə edib: “Enerji təhlükəsizliyi ilə bağlı mən giriş sözümdə qeyd etdim ki, Azərbaycan tərəfindən qəbul edilmiş qərarlar çox böyük beynəlxalq əhəmiyyətə malikdir. Bizim tərəfimizdən irəli sürülmüş layihələr böyük beynəlxalq dəstəyə malikdir. TANAP layihəsi artıq beynəlxalq aləm tərəfindən dəstəklənir və beynəlxalq layihəyə çevrilibdir. “Cənub qaz dəhlizi”nin icrası nəticəsində Azərbaycan bundan sonra ən azı 100 il ərzində çox önəmli və əvəzolunmaz qaz ixrac edən ölkəyə çevriləcəkdir. Bütün bunları biz edirik, Azərbaycanın bu günü və ölkəmizin gələcəyi üçün. Əlbəttə ki, enerji layihələri əlavə investisiyaların cəlb edilməsinə də gətirib çıxaracaqdır. İlkin hesablamalara görə “Şahdəniz-2” və bu layihə ilə bağlı olan digər layihələr Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib çıxaracaqdır. Təbii ki, bu investisiyalar digər neft sektoruna, neft-qaz sektoruna yaxın olan, o cümlədən xidmət sektoruna da öz müsbət təsirini göstərəcəkdir”.
Beləliklə, yanacaq resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Bununla yanaşı, enerji resurslarının səmərəli istifadəsi nəticəsində əldə olunan gəlirlər hesabına iqtisadiyyatın digər sahələri sürətlə inkişaf edib. Bir sözlə, dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir.
SEVİNC
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

