/ / Almaniya Bundestaqının deputatı Tankred Şipanski: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir
Almaniya Bundestaqının deputatı Tankred Şipanski: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir
03.08.2013 [09:22]
Almaniya Bundestaqının deputatı Tankred Şipanski “Azərbaycan Tələbə Şəbəkəsi” diaspor gənclər təşkilatının nümayəndəsinə müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalını beynəlxalq hüquqazidd hərəkət adlandıraraq pisləmiş və qoşunların işğal altında olan ərazilərdən dərhal çıxarılmasını tələb etmişdir. Almaniya Xarici İşlər Nazirliyi bu təşkilatın qətnamələrini dəstəkləyirmi?
- Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrini dəstəkləyirik və Avropa İttifaqı çərçivəsində həmin qətnamələrin tələblərinin yerinə yetirilməsi üçün səylər göstəririk. Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
- İyirmi ildən çoxdur ki, Azərbaycanın 20 faiz ərazisi xarici silahlı qüvvələrin işğalı altındadır. Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıda bilmir. Bu səbəbdən də Azərbaycan adambaşına düşən qaçqın sayına görə dünyada birinci yerdədir. Şərq qonşuluğundakı tərəfdaşlarından birinin ərazi bütövlüyü prinsipi, eyni zamanda, qaçqın və məcburi köçkünlərin hüquqları və taleyi Almaniya üçün nə dərəcədə vacib məsələdir?
- Azərbaycanın ərazi bütövlüyü və qaçqınların taleyi bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Almaniya həm ATƏT-in Minsk qrupunun üzvü olaraq, həm də Avropa İttifaqı çərçivəsində bu münaqişənin sülh yolu ilə həllinə, qaçqın və məcburi köçkünlərin ağır taleyinə son qoyulmasına və onların təhlükəsiz şəraitdə öz doğma torpaqlarına geri dönməsinə çalışır.
- Azərbaycan Almaniya və Qərb ölkələri ilə həm siyasi, həm də iqtisadi sahədə geniş mənada sıx tərəfdaşlıq edir. Bu tərəfdaşlığa Azərbaycana hüquqlarının təmin olunması baxımından regional dəstəklə cavab verilirmi?
- Almaniya və Azərbaycanı uzunmüddətli iqtisadi, mədəni və siyasi tərəfdaşlıq bağlayır. Həmçinin biz Avropa İttifaqı miqyasında da uzun müddətdir ki, səmərəli əməkdaşlıq edirik. Azərbaycan 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə qəbul edilmişdir. Bu sıx bağlılıq səbəbindən regionda sabitlik və təhlükəsizliyə töhfə vermək bizim üçün mühüm məsələdir.
- ATƏT-in Minsk qrupu çərçivəsində aparılan çoxsaylı danışıqlara baxmayaraq, münaqişənin həlli prosesi irəliyə getmir. Hazırda Almaniya Avropa İttifaqı çərçivəsində daha fəal rol oynamağa çağırılır. Almaniyanın münaqişənin tezliklə və sülh yolu ilə həlli və qonşuluqda yerləşən əhəmiyyətli regionun sabitliyinə töhfə verilməsi məqsədi ilə sülh prosesində daha fəal rol oynamaq və prosesə Avropa maraqlarına uyğun olaraq əməli impulslarla dəstək göstərmək istəyi varmı?
- Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi gələcəkdə də bu münaqişənin tezliklə və sülh yolu ilə həll olunmasında fəal iştirak edəcəkdir. Avropa İttifaqının gələcəkdə danışıqlarda bir səslə çıxış edə bilməsi üçün Fransanın mandatı Avropa İttifaqının mandatı ilə əvəzlənə bilərdi.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

