3-cü iclas...
20.06.2025 [10:52]
TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb
İyunun 19-da Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası təşkil olunub. İclasda Azərbaycan Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğızıstan Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu, Özbəkistan Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ iştirak ediblər.
Azərbaycan Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov çıxış edərək iclas çərçivəsində imzalanması nəzərdə tutulan TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi barədə məlumat verib: “Bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib. Bu gün həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq”.
İnam Kərimov vurğulayıb ki, bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq: “Bu proses türk dövlətlərinin ortaq hüquq mədəniyyətinin daha da dərinləşməsinə, ədalət və qanunun aliliyi prinsiplərinin geniş təbliğinə mühüm töhfə verəcək. Eyni zamanda, tədbir çərçivəsində nəzərdə tutulan mədəni proqramlar da hüquqi dialoqun mədəni zəmin üzərində qurulması baxımından əlamətdar olacaq. Ümidvaram ki, Bakı görüşü türk dövlətləri arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq gələcəyimizin möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələ kimi tarixə düşəcək”.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev qeyd edib ki, hazırda təşkilatla müşahidəçi dövlətlər arasında 35-dən çox sahə üzrə səmərəli əməkdaşlıq var: “Bu sahələrdən biri hüquq-mühafizə və məhkəmə sistemidir. Qeyd edim ki, ötən ay təşkilatımızın Budapeştdə keçirilən qeyri-rəsmi görüşü zamanı dövlətlərimizin başçıları üzv ölkələri regionda və onların hüdudlarından kənarda sülh və təhlükəsizliyə qarşı çağırışlarla mübarizədə birgə səyləri davam etməyə çağırdılar. Bu məsələlər hüquqi əməkdaşlıq gündəmində əsas yer tutur. Təşkilatımız yaranandan indiyədək məhkəmə hakimiyyəti ilə bağlı davamlı uğurlar əldə olunub. Qeyd edim ki, TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclasının bu il Azərbaycanda təşkil olunması planlaşdırılır”.
Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova isə bildirib ki, birgə tarix və dil xalqlarımızı birləşdirir: “Düşünürəm ki, hüquqi bazaya da nail olmaq lazımdır. TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi əməkdaşlıq üçün yeni üfüqlər açır, hüquqi təcrübələrin mübadiləsi üçün imkanlar yaradır”.
Türkiyə Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu qeyd edib ki, 2023-cü ilin noyabr ayında Azərbaycan və Özbəkistana edilən səfərlər məhkəmə sahəsində əməkdaşlıq prosesini yenidən canlandırmaq baxımından əhəmiyyətli mərhələ olub. Onun sözlərinə görə, TDT-nin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması yalnız bir sənədin imzalanması deyil, həm də ortaq hüquqi baxışın, qardaşlıq üzərində qurulmuş əməkdaşlığın və uzunmüddətli ədalət anlayışının təsdiqidir.
Özbəkistan Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov çıxışında qeyd edib ki, TDT çərçivəsində dialoq və əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addımlar atılıb. Onun sözlərinə görə, rəqəmsallaşma dövründə TDT çərçivəsində əməkdaşlıq hüquq və ədliyyə sahəsində yeni mərhələyə qədəm qoyur: “Bu çərçivədə “Türk Rəqəmsal Təşəbbüsü” adı altında bu il Türkiyədə ilk dövlətlərarası konqres keçiriləcək. Bu təşəbbüs elektron hüquq sahəsində bilik mübadiləsini artıracaq, iştirakçı ölkələrin təcrübələrinin onlayn formada paylaşılmasına imkan yaradacaq. Bu isə şübhəsiz ki, çox mühüm addımdır”.
Qazaxıstan Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev iclasda çıxış edərək bildirib ki, ölkəsində məhkəmə sahəsinə xüsusi diqqət yönəldilib. O qeyd edib ki, TDT arasında effektiv əməkdaşlığın mövcud olması çox yaxşı haldır: “Bu gün imzalanacaq Əsasnamə üzv dövlətlər arasında yeni əməkdaşlığın yaranmasına, eyni zamanda, məhkəmə sisteminin təşəkkül tapmasına təkan verəcək”.
Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ isə çıxışında deyib ki, TDT-nin son illər ərzində keçirilən iclasları ortaq keçmişə sahib olan dövlətlərin bir-birini daha yaxşı tanıması və əməkdaşlıqlara töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Şimali Kipr Türk Cümhuriyyəti belə tədbirlərə böyük əhəmiyyət verir.
İclasın sonunda TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

