2003-2013-cü illər ərzində Dövlət Sığorta Şirkətinin beynəlxalq standartlara uyğun fəaliyyəti
14.09.2013 [18:21]
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra siyasi və iqtisadi sabitliyi təmin etmək məqsədi ilə bütün sahələrdə məqsədyönlü islahatlar həyata keçirilmişdir. Hələ təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, Onun layiqli davamçısı olan cənab İlham Əliyevin davam etdirdiyi bu islahatlar nəticəsində ölkənin iqtisadiyyatı dinamik inkişaf etmiş, ümumi daxili məhsul istehsalı hər il yüksək templə artmaqda davam etmişdir. Respublika iqtisadiyyatının dinamik inkişafı öz növbəsində əməkhaqlarının, pensiyaların artmasına, əhalinin digər sosial problemlərinin həllinə, şəhər və rayonlarda abadlıq işlərinin həyata keçirilməsinə zəmin yaratmışdır. Cari ilin 6 ayında ölkə iqtisadiyyatına qoyulan investisiyanın 70 faizə yaxını daxili vəsait hesabına aparılmışdır.
Ümumiyyətlə, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində Azərbaycan nəinki regionda, hətta dünya miqyasında iqtisadi cəhətdən lider dövlət kimi tanınmağa başlayıb. Ötən 10 il ərzində insanların rifahı, güzəranı ilə bağlı məsələlər həll olunub və ölkə həyatının müxtəlif sahələrini əhatə edən möhtəşəm quruculuq proqramları həyata keçirilib.
İcra olunan mühüm Dövlət proqramları nəticəsində işsizlik 5,2 faizədək, yoxsulluq isə 6 faizdək azalmış, 2009-cu ildə dünya iqtisadiyyatı kəskin böhran keçirdiyi bir vaxtda Azərbaycanda iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Ölkə iqtisadiyyatına 2010-cu ildə 17,6 milyard, 2011-ci ildə 20 milyard, 2012-ci ildə 22,1 milyard dollar investisiya qoyulmuşdur. Son 10 ildə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 130 milyard dollardan çox olmuşdur.
Son 10 ilin mühüm tarixi nailiyyətlərindən biri kimi Azərbaycan 155 dövlətin səsini qazanaraq dünyanın yüksək nüfuza malik ən ali qurumu olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Həmçinin, 2012-ci ilin may ayında Azərbaycanın həmin möhtəbər quruma - BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi Azərbaycan dövlətçiliyinin parlaq qələbəsi olmaqla, respublikanın beynəlxalq aləmdə yüksək nüfuzunun təsdiqidir.
Əlamətdar tarixi hadisələrdən biri də Azərbaycanın ilk peykinin 2013-cü ilin fevralında orbitə buraxılması olmuşdur. Bununla da Azərbaycan artıq kosmik ölkələr sırasına daxil olmuş və ölkədə dünya üzrə ən gəlirli sənaye sahələrindən biri olan peyk sənayesinin əsası qoyulmuşdur.
Bununla yanaşı, Azərbaycan artıq xarici ölkələrin iqtisadiyyatına sərmayə qoyan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkan kimi beynəlxalq aləmdə mövqeyini gücləndirir.
Ölkənin inkişaf proseslərində Heydər Əliyev Fondunun, həmçinin, Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi qeyd edilməlidir. Respublikada mütərəqqi ideyaların gerçəkləşməsi naminə Heydər Əliyev Fondunun gördyü işlər, “Yeniləşən Azərbaycanda yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək” və digər mədəniyyət və incəsənətin inkişafı ilə bağlı proqram və layihələr çərçivəsində keçirilən tədbirlər respublikanın tərəqqisi naminə aparılan siyasətin icrasına dəyərli töhfələr vermişdir.
Respublikada bütün sahələrdə olduğu kimi, iqtisadiyyatın mühüm qollarından biri olan sığorta bazarında da çox mühüm inkişaf olmuşdur. Sığorta bazarının daha da inkişaf etdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, sığortalıların mənafeyinin qorunması, hüquqi və fiziki şəxslərə sığorta təminatı yaratmaq məqsədi ilə 2003-2013-cü illərdə sığorta bazarının inkişafı ilə əlaqədar bir sıra qanunvericilik aktları qəbul edilmişdir.
Belə ki, 25 dekabr 2007-ci il tarixdə sığorta sisteminin inkişafının, sığorta bazarı iştirakçılarının, o cümlədən sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində dövlət nəzarətinin və tənzimlənməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Sığorta fəaliyyəti haqqında” Qanun qəbul edilmiş, qanunun tətbiq edilməsinə dair 13 mart 2008-ci il tarixdə Fərman imzalanmışdır.
Bu qanun qəbul edildikdən sonra sığorta şirkətlərinin xarici ölkələrin qabaqcıl sığorta şirkətləri ilə əməkdaşlığı hərtərəfli inkişaf etmiş, sığorta və təkrarsığorta sahəsində fəaliyyət daha da vüsət almışdır. Respublika Sığortaçılar Assosiasiyası tərəfindən hər il Beynəlxalq Sığortaçılar Forumu keçirilir. Bu forumda dünyanın ən çox tanınmış nüfuzlu sığorta şirkətləri iştirak edirlər.
Əhalinin maddi-rifah halının daha da yaxşılaşdırılması, onların sosial müdafiəsinə əlavə təminat yaratmaq məqsədi ilə ölkə Prezidenti tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər görülür. Bu tədbirlərdən bir qismi sığortalanma vasitəsi ilə həyata keçirilir.
“Hərbi qulluqçuların dövlət icbari sığortası” haqqında 1997-ci ildə qəbul edilmiş qanunda sığorta məbləği 1100 manat müəyyən edilmişdir. Hərbi xidmət dövrü xidməti vəzifəsini icra edərkən həlak olan, xəsarət alan və sair hadisələrdən hərbi xidmətə yararsız olan hərbi qulluqçulara onların ölümü halında 1100 manat, I qrup əlilliyə görə 880 manat, II qrup əlilliyə görə 600 manat, III qrup əlilliyə görə 440 manat, hərbi xidmətə yararsız kimi tərxis olduqda 275 manat sığorta ödənişi verilirdi.
Hərbi qulluqçuların sosial müdafiəsinə əlavə təminat yaratmaq, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə 20 oktyabr 2006-cı ildə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qüvvədə olan qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Bu qanunla sığorta məbləği on dəfə artırılaraq 1100 manatdan 11000 manata çatdırılmışdır.
Qanuna dəyişikliklərdən sonra hərbi qulluqçulara xidməti vəzifəsinin icrası zamanı həlak olması ilə əlaqədar 11000 manat, I qrup əlilliyə görə 8800 manat, II qrup əlilliyə görə 6600 manat, III qrup əlilliyə görə 4400 manat, hərbi xidmətə yararsız kimi tərxis olduqda 2750 manat sığorta ödənişi verilir. Yalnız 2012-ci ildə hərbi qulluqçulara 7450,8 min manat, məhkəmə və hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlara baş vermiş sığorta hadisələri ilə əlaqədar 840,4 min manat sığorta ödənişi verilmişdir ki, bu da onların sosial vəziyyətinin yaxşılaşdırılmasına əlavə təminat verir.
İstehsalatda baş verən bədbəxt hadisələrə və peşə xəstəliklərinə məruz qalan insanların problemlərinin həll olunması məqsədilə 11 may 2010-cu il tarixdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Bu qanun istehsalatda baş verən bədbəxt hadisələrdən və peşə xəstəliklərindən zərər çəkən şəxslərə dəyən zərərlərin ödənilməsini tənzimləyir. Qanun hazırda sığorta bazarında müvəffəqiyyətlə işləyir.
Yuxarıda qeyd olunduğu kimi respublikada iqtisadiyyatın inkişafı, əhalinin pul gəlirlərinin artımı, şəhər və kəndlərdə müasir tipli, hər cür şəraiti olan yaşayış evləri, müxtəlif qeyri-yaşayış binalarının tikilməsinə şərait yaradılmışdır. Lakin respublika ərazisində baş verən təbii fəlakətlər, yanğın, zəlzələ, sel, daşqın və sair gözlənilməz hadisələr nəticəsində vətəndaşlara məxsus yaşayış evlərinin, mənzillərin və qeyri-yaşayış binalarına böyük məbləğdə zərər dəyir.
Dövlət Sığorta Şirkəti tərəfindən respublikanın bütün şəhər və rayonlarında hüquqi və fiziki şəxslər arasında sığortanın əhəmiyyəti, onun səmərəliliyi barədə, televiziya, radio və kütləvi informasiya vasitəsilə təbliğat işləri aparılır ki, yanğın, zəlzələ, daşqın, sel və digər təbii fəlakətlər nəticəsində onlara məxsus daşınmaz əmlaka dəyən zərərin sığorta şirkəti tərəfindən ödənilməsi təmin edilsin. Lakin mövcud olan daşınmaz əmlak könüllü qaydada sığorta ilə tam əhatə olunmurdu. Ona görə də baş verən sığorta hadisələri zamanı əmlak sahiblərinə dəyən zərərlərin ödənilməsində problemlər yaranırdı. Belə hallarda dövlət məcburiyyət qarşısında qalıb öz vətəndaşlarının qayğısına qalaraq büdcə vəsaiti hesabına onlara yardım verilməsini və ya yeni yaşayış evlərinin tikintilərini öz üzərinə götürür.
2010-cu ilin may-iyun aylarında Kür-Araz çaylarında suyun səviyyəsinin artması ilə əlaqədar baş vermiş daşqın nəticəsində Sabirabad, Saatlı, Kürdəmir, İmişli, Hacıqabul rayonlarında və Şirvan şəhərində çoxlu sayda yaşayış evləri və ictimai binalar ciddi zərər çəkmiş, yaşayış üçün yararsız hala düşmüşdür. Yaşayış evlərinin vəziyyəti yoxlanarkən müəyyən edilmişdir ki, evlərin heç biri könüllü sığorta olunmamışdır. Ona görə dəyən zərərlərin ödənilməsini dövlət öz üzərinə götürür, büdcədən və Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına vətəndaşlara dəyən zərərə görə yardım ödənilir və yeni yaşayış evləri tikilir. Sabirabad, Hacıqabul rayonlarında yeni tikilmiş yaşayış evlərinin vətəndaşlara təqdimatı zamanı hörmətli Prezident cənab İlham Əliyev öz çıxışında bildirmişdir ki, təbii hadisələr nəticəsində vətəndaşlara dəyən zərərlər beynəlxalq aləmdə sığorta şirkətləri tərəfindən ödənilir. Lakin bizdə vətəndaşların evləri sığorta olunmadığından bütün xərcləri dövlət öz üzərinə götürmüş və çox qısa bir zamanda əhalinin tələbatı ödənildi.
Dəyən zərərlərin ödənilməsinə təminat yaratmaq məqsədi ilə Prezidentin təşəbbüsü ilə 24 iyun 2011-ci il tarixdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu özündə 4 mühüm icbari sığorta növünü - “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası” və “Sərnişinlərin icbari sığortası”nı əhatə edir.
Bu Qanunda nəzərdə tutulmuş daşınmaz əmlakın icbari sığortası ilə yanğın, zəlzələ və digər təbii fəlakətlər nəticəsində zədələnməsi, məhv olması yaxud qanunda nəzərdə tutulmuş hər hansı bir hadisə ilə bağlı dəyən zərərin ödənilməsi təmin edilir. Bu Qanuna əsasən hüquqi və fiziki şəxslərə məxsus yaşayış və qeyri-yaşayış binaları, mənzilləri, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilən dövlət əmlakı icbari qaydada sığortaya cəlb olunur.
“Daşınmaz əmlakın icbari sığortası” haqda qanun qüvvəyə mindikdən sonra yaşayış evlərinin və mənzillərin sığortası əvvəlki illərə nisbətən xeyli artaraq, 2012-ci ildə Dövlət Sığorta Şirkəti tərəfindən 58669 yaşayış evləri və mənzillər sığorta olunmaqla 1838,1 min manat sığortahaqqı toplanmasına nail olunmuşdur. Həmin dövrdə Yevlax rayonunda 2988, Sabirabad rayonunda 2015, Göyçay rayonunda 1521, Gədəbəy rayonunda 4338 Yardımlı rayonunda 1149, Cəlilabad rayonunda 1421, Şirvan şəhərində 1195, Ağstafa rayonunda 1041 yaşayış evi və mənzil icbari sığortaya cəlb olunmuşdur.
Qeyd edilən dövrdə qanunda nəzərdə tutulan sığorta hadisələri nəticəsində zərərçəkmiş əmlak sahiblərinə 687 min manat, o cümlədən Zaqatala, Balakən və Qax rayonlarında zəlzələdən zərər çəkmiş vətəndaşlara 249 min manat sığorta ödənişi verilmişdir.
Respublika iqtisadiyyatının inkişafı bütün sahələrdə olduğu kimi əhalinin maddi rifah halının yüksəlməsi, pul gəlirlərinin artımı, vətəndaşların avtomobilə olan ehtiyatlarının ödənilməsinə zəmin yaradır. Yol infrastrukturunun təkmilləşməsi və texniki təhlükəsizliyə qarşı tədbirlər görülməsinə baxmayaraq yol-nəqliyyat hadisələrinin qarşısının alınması mümkün olmur. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli qanununda ümumi sığorta məbləği 5000 manat nəzərdə tutulmuşdur ki, bu da yol nəqliyyat hadisəsi zamanı zərər çəkən avtomobillərin tələbatını ödəmirdi. Respublika Prezidentinin təşəbbüsü ilə 24 iyun 2011-ci il tarixdə qəbul edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanunda ümumi məsuliyyət məbləği 55000 manat, o cümlədən əmlaka dəyən zərər üzrə 5000 manat, səhhətə dəyən zərər üzrə 50000 manat müəyyən edilmişdir. Bu qanunda yol nəqliyyat hadisəsi zamanı zərər çəkən avtomobil sahiblərinin tələbi əsasən ödənilir.
Bu qanun qəbul edildikdən sonra Dövlət Sığorta Şirkəti tərəfindən bu növ sığorta üzrə 6758,4 min manat və ya 2011-ci ildən 5720,2 min manat çox sığorta haqqı toplanmışdır. Eyni zamanda, bu növ sığorta üzrə 2011-ci ildə 284,8 min manat sığorta ödənişi verilmişdirsə 2012-ci ildə 1139,7 min manat və yaxud 854,8 min manat çox sığorta ödənişi verilmişdir.
Bu qanunla hüquqi və fiziki şəxslərə məxsus bütün növ avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası məcburidir.
Ölkənin mövcud iqtisadiyyatı və qüvvədə olan normativ-hüquqi aktlar sığorta bazarının beynəlxalq standartlara uyğun inkişafına öz müsbət təsirini göstərir.
Belə ki, sığorta bazarında fəaliyyət göstərən 28 sığorta şirkətləri tərəfindən 2003-cü ildə 57,5 mln. manat sığortahaqqı toplanmışdırsa, 2012-ci ildə 342,5 mln. manat sığortahaqqı toplanmışdır ki, bunun da 10 faizi Dövlət Sığorta Şirkətinin payına düşür. Bu da həmin dövrdən 6 dəfə çoxdur.
Sığorta bazarının iştirakçılarından biri olan Dövlət Sığorta Şirkəti təməli 1921-ci ildə qoyulmuş, 20 sentyabr 1991-ci ildə Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Sığortası Baş İdarəsinin bazasında yaradılmış və hazırda sığorta bazarının formalaşmasında, təkmilləşdirilməsində və inkişaf etdirilməsində fəal iştirak edir.
Şirkət təsərrüfat hesablı olmaqla respublikanın rayon və şəhərlərində 81 filialı vasitəsilə hüquqi və fiziki şəxslərə 28 könüllü və 10 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin fəaliyyəti sığortalılar və kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilərək sığorta şirkətləri arasında bir neçə il mütəmadi olaraq “İlin Şirkəti” mükafatına layiq görülmüşdür. Bu da şirkətin çoxsaylı kollektivini daha yüksək nailiyyətlər qazanmağa istiqamətləndirir, əzmlə çalışmağa, sığortalılara daha dolğun və önəmli sığorta xidməti göstərməyə sövq edir.
Şirkətdə Kompüterləşdirmə və informasiyaların elektron idarə edilməsi proqramı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” tələblərinə uyğun işlənib hazırlanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il 23 may tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” və 2012-ci il 19 iyul tarixli 654 nömrəli Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanlarının icrasına əsaslanaraq şirkət özünün veb saytını yaratmış, elektron poçt xidmətləri qurmuş, şirkətin 81 filialı üçün fərdi elektron poçt xidmətləri yaradılmış və şirkətin Veb Servis xidmətindən istifadə edərək fasiləsiz və təhlükəsiz elektron poçt və elektron informasiya mübadiləsi təşkil edilmişdir.
“Elektron hökumətin” formalaşdırılması və “Elektron Ticarətin” qurulması proqramı tələblərinə uyğun şirkətimiz tərəfindən bir sıra geniş tədbirlər təşkil edilmiş, sığorta müqavilələrinin idarə edilməsi, elektron daxil edilməsi və mühasibatlığın müasir tələblərə uyğun qurulması üçün “1C Müəsissə” və üçün “1C Mühasibatlıq” proqramları şirkət tərəfindən hazırlanmış və tətbiq edilmişdir ki, bu da uçot və hesabatların vaxtında tərtib edilməsinə təminat yaratmışdır.
Hal-hazırda “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsi çərçivəsində şirkətimiz tərəfindən bütun sənədlərin elektron formada reallaşması işi həyata keçirilir, fərdi məlumatların saxlanılması üçün proqramlar yazılır. Filiallarda çalışan işçilər üçün İnformasiya Texnologiyalarından səmərəli şəkildə istifadə etmək məqsədi ilə kurslar təşkil edilmiş və bir sıra xarici ölkələrlə bu sahənin inkişaf etdirilməsi üçün müvafiq informasiya texnologiyaları sahəsində bilik və hazırlıq təcrübələri keçirilmişdir.
Şirkətimiz sığorta xidmətlərini və idarəetməni beynəlxalq tələblərə uyğun təşkil etdiyinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və təkmilləşdirilməsinə görə Beynəlxalq İSO 9001 keyfiyyət sertifikatını almışdır. Sığorta işinin daha da inkişaf etməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə dövlət tərəfindən 20-dən çox müxtəlif qanunlar, fərmanlar və qərarlar verilmişdir.
Şirkətin kollektivi respublikada yaranmış əlverişli şəraitdən və imkanlardan istifadə edərək 2003-cü ildə sığortanın bütün növləri üzrə 4253 min manat sığortahaqqı topladığı halda 2012-ci ildə 34583,8 min manat və ya 8 dəfə çox sığortahaqqı toplanmasına nail olmuşdur. Bu da şirkətin sığortalılar qarşısındakı öhdəliklərinin vaxtında və tam ödənilməsinə təminat yaradır.
Şirkətimiz öz fəaliyyətini “Sığorta fəaliyyəti haqqında” Qanunun, Mülki Məcəllənin və digər normativ hüquqi aktların tələbinə uyğun qurmuşdur. Hazırda şirkətin bütün şəhər və rayonlarda 81 filialı fəaliyyət göstərir və bu filiallarda 513 nəfər mütəxəssis çalışır.
Məmməd Məmmədov
Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Sədri
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

