Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir
30.09.2025 [10:39]
Bakıda “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilib
Müasir beynəlxalq münasibətlər sistemində dərin geosiyasi ziddiyyətlər, yeni güc mərkəzlərinin formalaşması və qlobal nizamsızlıq tendensiyaları fonunda regional əməkdaşlıq formatlarının rolu getdikcə daha da artır. Bu reallıqda Türk Dövlətləri Təşkilatı (TDT) yalnız tarixi, mədəni və mənəvi bağlara əsaslanan qurum kimi deyil, həm də siyasi, iqtisadi və təhlükəsizlik baxımından regional güc mərkəzinə çevrilən birlik kimi mahiyyət daşıdığını faktlarla sübuta yetirir. Təsadüfi deyil ki, qısa zaman kəsiyində təşkilatın institusional strukturlaşması, əlaqələrin sistemləşdirilməsi, iqtisadi əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi və beynəlxalq arenada vahid mövqenin nümayişi müşahidə olunur - bu isə, özlüyündə TDT-nin nüfuzunu xeyli artırır.
Azərbaycan dövləti isə bu prosesdə həm təşəbbüskar, həm də strateji körpü rolunu oynayır. Coğrafi mövqeyi, iqtisadi resursları, enerji və nəqliyyat dəhlizləri üzərindəki həlledici mövqeyi, eyni zamanda türk dünyasının siyasi inteqrasiyası istiqamətində atdığı ardıcıl addımlar, xüsusilə postmüharibə dövründə Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya geocoğrafi məkanında yaratdığı yeni reallıqlar və təhlükəsizlik arxitekturası ölkəmizi TDT daxilində aparıcı aktor kimi ön plana çıxarır. Paralel olaraq Bakı bu gün təşkilatın yalnız fəal üzvü kimi deyil, həm də onun intellektual və ideya mərkəzi kimi mahiyyət kəsb edir. Bakıda “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən beynəlxalq konfrans türk dünyasının müasir çağırışlara cavab vermək gücünü nümayiş etdirməsi baxımından mühüm hadisədir.
Bakı konfransı: təkliflər, müzakirələr...
Konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş beynəlxalq münasibətlər sistemində TDT-nin rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün yaranan yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər. Konfrans çərçivəsində “Siyasi təhlükəsizliyin qeyri-müəyyənliyi dövründə TDT-nin qlobal sülh və sabitliyə töhfələri”, “İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına, ticarət və nəqliyyat əlaqələrinə töhfələri”, “Qlobal qeyri-müəyyənlik dövründə TDT-nin mədəniyyət, elm və parlamentarizm üzrə siyasəti” mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə çıxış edən qonaqlar TDT-nin inkişafının mədəni və sivilizasiyalararası əməkdaşlıqla yanaşı, beynəlxalq arenada Türk dünyasının roluna dair ortaq baxış formalaşdırdığını bildiriblər. Azərbaycan ilə Ermənistan arasında ABŞ-da Birgə Bəyannamənin imzalanmasını tarixi hadisə adlandıran çıxışçılar bu nailiyyəti bütövlükdə Türk dünyasının ortaq qələbəsi adlandırıblar. Qeyd edilib ki, enerji müstəqilliyi dövlətlərin milli təhlükəsizliyi və davamlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Vurğulanıb ki, kataklizmlərin davam etdiyi bir şəraitdə Türk Dövlətləri Təşkilatı xüsusi rol daşıyır - bu təşkilat Mərkəzi Asiyanı, Qafqazı və Anadolunu birləşdirən strateji körpü rolunda çıxış edir. TDT-nin gücü bəyanatlardan konkret addımlara keçid imkanında, birgə risk qiymətləndirilməsində, pilot layihələrin reallaşdırılmasında və sınaq mexanizmlərinin tətbiqindədir.
Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Türk dövlətləri arasında əməkdaşlığı zəruri edən əsas amillərdən biri dünyada artmaqda olan təhlükələr və risklərdir. Bu təhlükələrə qarşı təkbaşına mübarizə aparmaq, demək olar mümkün deyil. Məhz buna görə də dövlətlər arasında ittifaqların və əməkdaşlıq formatlarının artdığını müşahidə edirik. F. Şəfiyev deyib ki, Azərbaycanın hazırda 4 dövlətlə müttəfiqlik müqaviləsi və ya bəyannaməsi var, onlardan 3-ü türk dövlətidir. Aramızdakı əməkdaşlığın güclənməsi qarşılaşdığımız risk və təhlükələrə qarşı daha dayanıqlı mövqe sərgiləməyimizə imkan yaradır. Qeyd olunub ki, TDT-nin builki Zirvə görüşü Azərbaycanda keçiriləcək: “Bu gün əminliklə deyə bilərik ki, TDT həqiqi mənada regionda sülh və əməkdaşlığa tam xidmət edir. Çünki regiondakı digər təşkilatlardan fərqli olaraq, TDT daxilində əməkdaşlıq bərabərhüquqluluq prinsipinə əsaslanır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı ilə bağlı müvafiq tezisləri var. Onun ifadəsi odur ki, bizim türk ailəsi çərçivəsində siyasətimiz fəal olmalıdır. Bundan başqa, biz bu imkandan istifadə edərək müzakirələr aparmalıyıq”.
Qlobal nizamsızlıq fonunda TDT-nin rolu
Etiraf olunmalıdır ki, son illər beynəlxalq münasibətlər sistemi qeyri-sabitlik, qarşıdurmalar və dərin geosiyasi böhranlarla müşahidə olunur. Qlobal güc mərkəzləri arasında artan rəqabət, regional münaqişələrin dərinləşməsi, enerji və ərzaq böhranı dünya siyasətinə “nizamsızlıq dövrü” damğasını vurub. Belə bir mühitdə dövlətlərin milli maraqlarını qorumaq və daha çevik əməkdaşlıq formatları yaratmaq zərurəti meydana çıxıb. Türk Dövlətləri Təşkilatı da məhz bu çağırışların fonunda regional aktor kimi öz mövqeyini gücləndirməkdədir. TDT-nin üstünlüyü yalnız ortaq tarixi və mədəni bağlara deyil, həm də praktik əməkdaşlıq imkanlarına əsaslanır. Bu təşkilat üzv ölkələrin birgə qərarvermə mexanizmlərini gücləndirməklə yanaşı, həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-logistika sahələrində strateji rol oynayır. Nizamsızlıq şəraitində belə birliklər ölkələrə həm siyasi dayanıqlıq, həm də beynəlxalq münasibətlərdə daha balanslı mövqe qazandırır. TDT-nin qlobal güclər qarşısında vahid mövqedən çıxış etməsi, beynəlxalq hüququn müdafiəsi və regional inteqrasiyanın dərinləşdirilməsi gələcəkdə təşkilatın rolunu daha da artıracaq.
Azərbaycanın liderliyi və fəallığı sayəsində...
Tədbirdə vurğulandığı kimi, Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolu xüsusi olaraq fərqlənir. Ölkəmiz yalnız təşkilatın qurucularından biri deyil, həm də onun inkişafına yönəlik əsas təşəbbüslərin müəllifidir. Azərbaycanın coğrafi mövqeyi - Xəzərdən Qafqaza, buradan isə Avropaya açılan strateji körpü olması - TDT-nin siyasi və iqtisadi əlaqələrində əsas dayaqlardan birinə çevrilib. Bakı həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə türk dünyası ölkələrinin Avrasiya məkanına inteqrasiyasını təmin edir.
Enerji sahəsində Azərbaycanın təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır. TANAP və TAP kimi layihələr türk dünyasını Avropa ilə birləşdirən strateji enerji xəritəsinin formalaşmasına xidmət edir. Bundan başqa, Azərbaycanın balanslı və müstəqil xarici siyasəti TDT daxilində sabitləşdirici faktor kimi çıxış edir. Prezident İlham Əliyevin təşkilatın inkişafına dair irəli sürdüyü təkliflər bu gün TDT-nin gələcək yol xəritəsinin əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın liderliyi və fəallığı olmadan təşkilatın indiki səviyyəyə çatması çətin olardı.
TDT-nin inkişaf xətti...
Sirr deyil ki, müasir dövrdə dövlətlərarası əməkdaşlıq yalnız siyasi və iqtisadi mexanizmlərlə məhdudlaşmır. Qlobal çağırışlara çevik cavab vermək, yeni strategiyalar hazırlamaq üçün analitik düşüncə və elmi əsaslandırılmış yanaşmalar zəruridir. Bu baxımdan beyin mərkəzlərinin rolu əvəzsizdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət göstərən və əməkdaşlıq edən beyin mərkəzləri ölkələr arasında inteqrasiyanı dərinləşdirən intellektual platforma rolunu oynayır.
Bakıda keçirilən konfrans da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Burada səslənən təhlillər, təkliflər və yeni ideyalar türk dünyasının gələcək inkişaf strategiyasının hazırlanmasında əsas baza rolunu oynayır. Analitik mərkəzlərin qarşılıqlı əməkdaşlığı yalnız nəzəri çərçivədə deyil, praktiki siyasət proseslərinə də təsir göstərir. Beləliklə, beyin mərkəzləri türk dövlətlərinin həm milli maraqlarını müdafiə etməyə, həm də qlobal səhnədə vahid mövqeyini gücləndirməyə xidmət edir. Çünki Türk Dövlətləri Təşkilatının gələcəyi böyük imkanlar və perspektivlərlə bağlıdır:
- İqtisadi əməkdaşlığın genişləndirilməsi;
- Vahid nəqliyyat-logistika şəbəkəsinin formalaşdırılması;
- Enerji resurslarının birgə istifadəsi inteqrasiyanın əsas sütunlarını təşkil edir. Bununla yanaşı, mədəni-humanitar sahədə də əməkdaşlığın gücləndirilməsi türk xalqları arasında birliyi daha da möhkəmləndirir. Gələcəkdə vahid iqtisadi məkanın yaradılması, gömrük və ticarət mexanizmlərinin sadələşdirilməsi təşkilatın effektivliyini artıracaq. Təhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə sənayesində qarşılıqlı layihələrin həyata keçirilməsi də TDT-nin qlobal aktor kimi rolunu möhkəmləndirə bilər. Burada Azərbaycanın təşəbbüsləri, Türkiyənin hərbi-siyasi gücü, Orta Asiya dövlətlərinin iqtisadi potensialı və strateji mövqeyi birləşərək güclü inteqrasiya modelini formalaşdırır.
Türk dünyası həm geosiyasi, həm də geoiqtisadi baxımdan böyük imkanlara malikdir. Əgər bu imkanlar düzgün istiqamətə yönləndirilərsə, TDT yaxın gələcəkdə yalnız regional deyil, həm də qlobal miqyasda nüfuzlu güc mərkəzinə çevrilməyi hədəfinə çevirir. Bu isə həm təşkilat üzvlərinin milli maraqlarına xidmət edəcək, həm də beynəlxalq münasibətlərdə yeni balans yaradacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44

