/ / Əli Həsənov: Ketrin Eştonun və Ştefan Fülenin fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb
Əli Həsənov: Ketrin Eştonun və Ştefan Fülenin fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb
04.10.2013 [10:11]
Ketrin Eştonun və Ştefan Fülenin fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb.
Bu sözləri AzərTAc-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa İttifaqının rəsmi şəxslərinin bəyanatına münasibətini bildirərkən deyib.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda hansısa son hadisələrin seçkiqabağı vəziyyətə, insan hüquq və azadlıqlarının durumuna və ümumilikdə siyasi şəraitə təsirinin narahatlıq doğurduğu barədə bəyanatını təəccüb və təəssüflə qarşılayırıq.
Hesab edirik ki, onların fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb.
Tam məsuliyyətlə bildiririk ki, Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilir. Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradılıb. Namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil edir, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanırlar. Ümumilikdə, seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olunur.
Son günlərdə qanunvericiliyin tələblərini pozduqlarına görə ayrı-ayrı şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmasının seçki prosesi ilə hər hansı əlaqəsi yoxdur. Buna görə də hüquq pozuntusu hallarının aradan qaldırılması ilə bağlı tədbirlərin bilavasitə seçki prosesi ilə əlaqələndirilməsini qeyri-obyektiv və qərəzli yanaşma hesab edirik.
Onu da xatırlatmaq istərdik ki, Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bundan əvvəl də Azərbaycanla bağlı reallığı əks etdirməyən bəyanatlar verib. Düşünürük ki, seçki dövründə guya Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına, media nümayəndələrinə təzyiq göstərilməsi ilə bağlı iddialar ümumilikdə seçkilərin azad və demokratik xarakterinə kölgə salmaq cəhdidir.
Azərbaycan hökuməti bundan sonra da prezident seçkisi kampaniyasının ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun davam etdirilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirəcək. Ümid edirik ki, Avropa İttifaqı rəsmilərinin seçki ilə bağlı növbəti fikir və bəyanatları daha balanslı və gerçəkliyə uyğun olacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

