/ / Əli Həsənov: Rusiyanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə bilər
Əli Həsənov: Rusiyanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə bilər
18.10.2013 [09:20]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Moskvada Orxan Zeynalovun törətdiyi hadisəyə və bir neçə gündür bunun ətrafında cərəyan edən məsələlərə münasibət bildirib. Əli Həsənov qeyd edib ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq istənilən cinayət ölkə qanunvericiliyi çərçivəsində araşdırılmalı, onu törədən şəxs məsuliyyətə cəlb olunmalı və müvafiq cəzasını almalıdır.
Ancaq bu proses həmin ölkədə yaşayan, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan digər xarici vətəndaşların, hansısa xalqın nümayəndələrinin hüquqlarının, biznes fəaliyyətinin məhdudlaşdırılmasına, yerli ictimaiyyətdə onlara qarşı mənfi rəy formalaşdırılmasına təkan verməməlidir.
Dərin təəssüf hissi ilə bildirirəm ki, Moskvada bir nəfər ehtimal edilən qatilin tapılması üçün bu məsələyə aidiyyəti olmayan çoxsaylı miqrantın saxlanılması, onların incidilməsi, yaranmış vəziyyətin süni şəkildə şişirdilməsi halları baş verir ki, bu da çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətində milli ayrı-seçkiliyin, ksenofobiyanın, irqçilik meyllərinin güclənməsinə xidmət edir, diskriminasiya xarakteri daşıyır və yeni qanun pozuntularına yol açır. Xüsusilə qeyd etmək istərdim ki, hüquq mühafizə orqanlarının fəaliyyəti, amiranə ritorikası, cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı yol verilmiş zorakılıq, onun sonradan açıq şəkildə internetdə və KİV-lərdə nümayiş etdirilməsi sağlam məntiq nöqteyi-nəzərindən izah oluna bilməz.
Rusiya çoxmillətli dövlətdir, orada uzun əsrlərdir çoxsaylı xalqların nümayəndələri birlikdə yaşayır və çalışırlar. Çoxmillətli ölkələrdə yalnız milli və dini tolerantlıq, xalqlar arasında balanslı, ölçülüb-biçilmiş siyasət müvəffəqiyyət qazana bilər. Tarixdən də bəllidir ki, bu balansın pozulması həmin ölkələrdə ciddi sarsıntılara, problemlərə səbəb olur. Buna görə də, çoxmillətli cəmiyyətlərdə millətlərarası münasibətlərə yanlış siqnal effekti verən ritorikaya yer olmamalı, irqçilik, diskriminasiya, ksenofobiya kimi zərərli meyllərin qarşısı vaxtında alınmalıdır. Məsələn, Azərbaycan da Rusiya kimi çoxmillətli dövlətdir. Amma Azərbaycanda cinayətkarın milli və etnik mənsubiyyəti heç vaxt müzakirə mövzusu olmamışdır, milli və dini tolerantlığa xələl gətirə biləcək istənilən cəhdin qarşısı qətiyyətlə alınmışdır. Düşünürəm ki, Rusiyanın hüquq mühafizə orqanları tərəfindən bu hadisə ətrafında həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə və Rusiya cəmiyyəti üçün arzuolunmaz proseslərin inkişafına şərait yarada bilər.
Digər tərəfdən, Moskva böyük meqapolisdir, orada hər gün onlarla cinayət hadisəsi baş verir. Belə olan halda, konkret bir cinayət hadisəsinin xüsusi qaydada seçilməsi və onun ətrafında xoşagəlməz süni ajiotajın yaradılması və qızışdırılması olduqca düşündürücü faktdır.
Ümid edirik ki, Rusiya xalqı və hökuməti müəyyən maraqlı dairələrin belə təhlükəli təxribatlara yol verməsinin qarşısını alacaq və bu tipli milli ayrı-seçkilik meyilləri Rusiya cəmiyyətinin dərin qatlarına ayaq açmayacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

