Heydər Əliyev Parkı Ankaranın ən möhtəşəm və abad istirahət məkanıdır
22.10.2013 [10:01]
Heydər Əliyev Parkı Ankaranın Batıkənd rayonunda Türkiyə paytaxtının ən gözəl istirahət məkanıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün salınan bu park ankaralıların və paytaxtın qonaqlarının ən çox xoşladıqları yerdir.
Təəssüf ki, Azərbaycanın böyük nailiyyətləri dünyada bəzi dairələr tərəfindən qısqanclıqla qarşılandığı kimi, bu möhtəşəm park da hətta qardaş ölkədə belə bəzi insanlarda narahatlıq hissi yaradıb.
Türkiyənin “Hürriyet” qəzetinin Ankara üçün 14 oktyabr tarixli buraxılışında “Xatirə ormanı zibilliyə çevrildi” sərlövhəli xırda xəbərlə bağlı araşdırma aparmaq üçün İstanbuldan Türkiyə paytaxtına yola düşdüm. Həqiqətdən uzaq və əsassız xəbəri ölkəmizi istəməyən bədxahlar, xüsusilə erməni mətbuatı gecikmədən yayıb.
Əvvəlcə qeyd edim ki, sərlövhəyə çıxardığım cümləni Heydər Əliyev Parkının yaxınlığında görüşdüyüm pensiyaçı müəllim Tahsin Akbulut söyləyib. Buradakı sakinlər etiraf ediblər ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu gözəl parkın və yenidən qurulmuş orta məktəbin sayəsində ərazidəki evlərin qiymətləri də yüksəlib, məhəllə Batıkənd rayonunda ən prestijli yerə çevrilib. 2012-ci ilin dekabrında parkın və məktəbin yenidən qurulmasından sonra keçirilmiş açılış mərasimində türkiyəli nazirlər və xarici ölkələrin Ankarada akkreditə olunmuş səfirləri də heyranlıqlarını gizlətməyiblər.
Bəs “Hürriyət” bu xəbəri nəyin əsasında yazıb? Araşdırmalardan sonra müəyyən etdim ki, əslində söhbət Heydər Əliyev Parkının yaxınlığında yerləşən boş ərazidən gedir. Bu ərazinin xatirə ormanı adlandırılması və guya 7 il əvvəl əkilmiş 8 min ağacın quruması faktları tamamilə yalandır. Ümumiyyətlə, sənədlərin heç birində Heydər Əliyev Xatirə Ormanı deyilən bir yer yoxdur. Bunu Batıkənd bələdiyyəsi və Türkiyənin Orman Müstəşarlığının bölgə müdiri də təsdiq edib. Həmin boş ərazinin gələcəkdə idman kompleksi tikintisi üçün istifadə olunacağı da bildirilir. Hələlik isə, burada spirtli içkilər içən gənclər toplaşır ki, bu da yaxınlıqdakı evlərin sakinlərinin narazılığına səbəb olur.
Bütün bunlardan sonra aydınlaşdırmaq lazım gəlib: Bu ərazinin Azərbaycan və Heydər Əliyev Parkı ilə nə əlaqəsi var? Sakinlər və rayon rəsmiləri ilə qısa söhbətdən sonra, necə deyərlər, “xoruzun quyruğu göründü”. Sən demə, buradakı bəzi insanlar mətbuata yanlış məlumat verməklə bu ərazini də Azərbaycanın maliyyə vəsaiti hesabına abadlaşdırmaq istəyirlərmiş. Yaxınlıqdakı göz oxşayan və ən modern standartlara cavab verən Heydər Əliyev adına orta məktəb və möhtəşəm Heydər Əliyev Parkını görən bu insanlar qonşu ərazini də Ulu öndərimizin xatirə ormanı adı altında gözəlləşdirmək fikrinə düşüblər.
Ankaranı gəzdiyim zaman yol boyu gördüyüm məktəb binaları, parklar, o cümlədən xarici ölkə liderlərinin adına salınmış istirahət məkanları məndə belə bir qənaət yaratdı: həqiqətən, gözəlliyi ilə seçilən, Ulu öndərimizin müdrik siyasəti nəticəsində qüdrətli dövlətə çevrilən Azərbaycanın qardaş ölkənin paytaxtındakı bu nişanələrini qısqanmağa dəyər. Çünki, bu şəhərdə belə möhtəşəm park və məktəb yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

