/ / Tolerantlığın və çoxmədəniyyətliliyin inkişaf etdirilməsi Azərbaycan üçün həyat tərzi və prioritet siyasətdir
Tolerantlığın və çoxmədəniyyətliliyin inkişaf etdirilməsi Azərbaycan üçün həyat tərzi və prioritet siyasətdir
08.11.2013 [09:15]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 7-də İndoneziyada işə başlamış Demokratiya Forumunda çıxış edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a məlumat verilib.
Nazir tədbir iştirakçılarına Azərbaycan haqqında ətraflı məlumat verib. E.Məmmədyarov Azərbaycanın hər zaman müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin sülh şəraitində yaşadıqları tolerant bir ölkə olduğunu vurğulayıb. Nazir bildirib ki, Azərbaycan Şərq ilə Qərb arasında körpü və Sivilizasiyalar İttifaqının Dostluq Qrupunun fəal üzvü kimi xarici siyasətinin prioritetlərindən biri olan dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir. Müntəzəm olaraq paytaxtımızda təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumları bəşəriyyətin üzləşdiyi qlobal problemlərin müzakirə edilməsi üçün bütün qitələrdən nümayəndələri bir araya toplayır. Tolerantlığın və çoxmədəniyyətliliyin inkişaf etdirilməsi Azərbaycan üçün həyat tərzi və prioritet siyasətdir.
Nazir bildirib ki, bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələrindən biri kimi tanınır. Son 10 ildə Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə artıb. Azərbaycan BMT çərçivəsində razılaşdırılmış inkişaf məqsədlərinin və hədəflərinin həyata keçirilməsinə töhfə vermək əzmindədir. On il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5,5 faizədək azaldılıb. İşsizliyin səviyyəsi 5 faizdir. Azərbaycan Afrika, Asiya və Latın Amerikasının ən az inkişaf etmiş ölkələrinin əsas ehtiyaclarının qarşılanması və çətinliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirərək, hər kəs üçün davamlı inkişaf və qlobal çiçəklənmənin təmin edilməsi məqsədi ilə tam dəstək və fasiləsiz səylər göstərməkdədir. Bu, Azərbaycanın tarixində tamamilə yeni bir səhifədir. Bu nəcib məqsədləri yerinə yetirmək üçün təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi 20-dən artıq ölkədə müxtəlif yardım proqramlarını həyata keçirib. Bundan əlavə, Heydər Əliyev Fondu da öz növbəsində müxtəlif humanitar və sosial proqramlar reallaşdırıb. Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək.
E.Məmmədyarov diqqətə çatdırıb ki, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan öz fəaliyyətini tamamilə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına həsr edib. Rəsmi Bakı hesab edir ki, BMT Təhlükəsizlik Şurası müasir dünyanın üzləşdiyi bütün təhdidlərin qarşısını almaq və problemlərin öhdəsindən səmərəli şəkildə gəlmək üçün daha əhatəli, şəffaf və təsirli qurum olmalıdır. Azərbaycanın 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasında sədrliyi müddətində terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın, eləcə də münaqişələrin sülh yolu ilə həllində BMT və regional təşkilatlar arasında əlaqələrin təşviqi prioritetlər sırasında olub. Bu məqsədlə Azərbaycanın sədrliyi dövründə beynəlxalq səylərin optimallaşdırılması məqsədi ilə iki yüksək səviyyəli görüş təşkil olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir deyib ki, dünya hələ də beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə üz-üzədir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazilərimiz olan Dağlıq Qarabağ və ona bitişik 7 ətraf rayon işğal edilib, bir milyondan artıq Azərbaycan vətəndaşı yaşayış yerlərindən məcburi çıxarılıb. Bu fakt Azərbaycanda insan hüquqlarının qorunması üçün problem yaratmaqla yanaşı, vətəndaşlarımızın rifahına da ciddi ziyan vurmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşma təsdiqlənib, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Münaqişənin danışıqlar yolu ilə həllini asanlaşdırmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən həmin dörd qətnamənin yerinə yetirilməsinin tələb edilməsi çox vacibdir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

