/ / Heydər Əliyev Fondunun Almaniyanın Köln şəhərində təşkil etdiyi “Azərbaycan gecəsi” böyük maraq doğurub
Heydər Əliyev Fondunun Almaniyanın Köln şəhərində təşkil etdiyi “Azərbaycan gecəsi” böyük maraq doğurub
22.11.2013 [09:05]
Almaniyanın Köln şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan gecəsi” keçirilib. Kölnün tarixi Gürsenix mədəniyyət zalında 3 saatdan artıq davam edən tədbir Almaniyada əsl Azərbaycan ab-havası yaşadıb.
Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə çıxış edən səfir Pərviz Şahbazov “Azərbaycan gecəsi”nə gələn qonaqlara təşəkkürünü bildirib. Azərbaycanın siyasi və iqtisadi göstəricilərinə görə Qafqazda lider dövlət olduğunu deyən səfir ölkəmizin zəngin mədəniyyətdən danışıb. Diplomat Azərbaycanın bu mədəni və tarixi zənginliklərinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrə görə Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
“Şərq ilə Qərb, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın muğam sənəti UNESKO-nun mədəni irs siyahısına daxil edilib. Amma Azərbaycanda milli, Şərq musiqisi ilə yanaşı bu gün klassik, Avropa musiqisi də inkişaf edib və Kölndə təqdim olunan konsert proqramı bunun bariz nümunəsidir”, - deyən səfir Pərviz Şahbazov Azərbaycanın musiqi beşiyi olan Dağlıq Qarabağın 20 ildən artıqdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və bu işğal nəticəsində bir milyondan artıq insanın doğma yurdundan qaçqın və məcburi köçkün düşdüyünü bildirib.
Tədbirin aparıcısı, Almaniyanın tanınmış telejurnalistli Co Fexner konsert proqramından əvvəl Azərbaycan barədə məlumat verərək 1918-ci ildə Şərqdə ilk parlament respublikasının məhz Azərbaycanda yaradıldığını, Avropa ölkələrindən əvvəl məhz Azərbaycanda qadınların ilk dəfə səsvermə hüququ əldə etdiyini deyib. Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi layihələrdən danışan Co Fexner, Fondun Strasburq və Parisdə tarixi kilsələrin, Roma katakombalarının, o cümlədən İkinci Dünya müharibəsi illərində dağıdılan Berlin qəsrinin bərpasında iştirak etdiyini bildirib.
“Azərbaycan gecəsi” daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı ilə davam edib. Dirijor Fuad İbrahimovun rəhbərliyi altında tamaşaçılara Azərbaycan musiqisinin inciləri təqdim olunub. Fikrət Əmirovun “Şənlik rəqsi”, Niyazinin “Rast” simfonik muğamı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Vasif Adığözəlovun “Elegiya”sı, xalq mahnısı “Sarı gəlin” və s. tamaşaçılarda Azərbaycanın musiqi xəzinəsi barədə dərin təəssürat yaradıb. Vokalçılar Aygün Zeynalovanın, Samir Cəfərovun, xanəndə Arzu Əliyevin çıxışları, həmçinin virtuozlar Sahib Paşazadənin tarda, Mehman Nuriyevin balabanda, Ceyla Seyidovanın skripkada ifaları alqışlarla qarşılanıb.
Gecədə Azərbaycanın tarixi və mədəni irsinin təəssüratında olan tamaşaçıların “Almanlar Azərbaycanda” foto sərgisi ilə tanışlıq imkanı da var idi. Çoxmillətli və tolerant ölkə olan Azərbaycanın Göygöl rayonunda yaşayan almanların həyatını əks etdirən bu sərgi ilə yanaşı, həmçinin “Almaniya gənc rəssamların gözündə” sərgisi də nümayiş olunub. Bu sərgi çərçivəsində Almaniyada heç bir vaxt olmayan gənc azərbaycanlı rəssamların gözündə Almaniya həyatı təsvir edilib.
“Azərbaycan gecəsi”ndə qonaqlara, Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan tarix, mədəniyyət, incəsənətə dair müxtəlif kitablar, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər də təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Almaniyada növbəti tədbiri dekabrın 5-də Hamburqda keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

