Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XX əsrin qüdrətli siyasi və dövlət xadimi - Heydər Əliyev

XX əsrin qüdrətli siyasi və dövlət xadimi - Heydər Əliyev

06.12.2013 [09:27]

Dünyada baş vermiş hadisələrin kəmiyyət və keyfiyyətinə, məzmununa və əhəmiyyətinə görə, XX əsr özündən əvvəlki əsrlərdən əsaslı şəkildə fərqlənir. Elmi-texniki və texnoloji tərəqqinin ən yüksək səviyyəsi, dünya inqilabları və müharibələri, böyük imperiyaların və müstəmləkə sistemlərinin dağılması, çox güclü sərkərdələrin, böyük ictimai-siyasi və dövlət xadimlərinin yetişməsi, fəaliyyəti də XX əsrin məhsulu sayılır.
Bütün bunları Azərbaycanın həyatında baş vermiş hadisələrin təhlilindən də aydın görmək münkündür. Bizə görə, Azərbaycan üçün 20-ci yüz illiyin ən böyük hadisəsi Heydər Əlirza oğlu Əliyev kimi möhtəşəm sərkərdənin, ictima-siyasi və dövlət xadiminin formalaşması, parlaq fəaliyyət göstərməsidir.
Heydər Əliyev 1991-ci ildə ikinci dəfə Azərbaycanın müstəqilliyinin qazanılmasında, qorunub saxlanılmasında, inkişaf etməsində heç kəsin görə bilməyəcəyi işi görmüşdür. Azərbaycanı Sovet imperiyasının dağıntıları altından gülşənə çevirən məhz Heydər Əliyevin müdrik siyasəti, zəhməti olmuşdur.
“Mən həyatda nəyə nail olmuşamsa Allahıma, Xalqıma, zəhmətimə minnətdaram” fikrini söyləməklə, Heydər Əliyev özündən sonra gələnlər üçün də işıqlı yol göstərmiş, müdrik məsləhətlər vermişdir.
Heydər Əliyev müdrik insanların müdriki olmuşdur. O, yolunu çaşmış insanları düzgün yola yönəldir, Ona xəyanət edənləri belə bağışlayırdı. Dostluğa sadiq idi. Ona zərrə qədər kömək edənlərə dağlar qədər yardım göstərirdi. Təkcə xalqa xəyanət edənləri bağışlamırdı, onları qanunlar çərçivəsində cəzalandırmaq göstərişini verirdi.
Heydər Əliyev dövlətdə pillələrlə uca mərtəbələrə can atmırdı. Onu xalq, özünün zəhməti, nüfuzu, müdrik insanlar ucaldırdı.
“Dünyada səhvsiz insan, rəhbər olmayıb” kimi müdrik fikirləri rəhbər tutan Heydər Əliyev özünün səhv saydığı hadisəni dərhal etiraf edir, onu düzəltməyə çalışırdı.
Heydər Əliyev tutduğu vəzifələrin heç birindən şəxsi maraqları üçün istifadə etməmişdi. Bütün imkanlarını, gücünü insanların, xalqların inkişafına, xoşbəxtliyə çatmasına yönəltmiş və məqsədinə nail olmuşdur.
Heydər Əliyevin fəaliyyəti, həqiqətləri əks etdirən əsərlərimi (“Hər dövrün bir kitabı var”, “Əbədiyyata gedən yollar”, “İdeologiya və mənəviyyat”, iki cildlik “Heydər Əliyevin elmi irsi (nəzəriyyə və təcrübə )”) kitablarını dəryadan götürülmüş damla hesab etmək olar.
Heydər Əliyev barədə ən azı 40 il topladığım, gündəliyimə yazdığım dəyərli xatirələr var. Hələlik Onun barəsində həqiqətləri, gördüyü işləri əhatə edən əsərlər yazmaqla məşğul olduğuma görə, xatirələr xəzinəsini çap etməyə vaxtım çatmır. Amma həmin əsərlərin hökmən 2-3 ilə işıq üzü görəcəyini planlaşdırmışam.
Son 50 ildə Heydər Əliyev barədə yüzlərlə dəyərli əsərlər, xatirələr, minlərlə elmi məqalələr, yazılıb, ekran vasitələri yaradılıb. Bu xeyirxah proses dərinləşməkdədir. Onun özünün qələmindən çıxan siyasət və dövlət idarəçiliyi, tərbiyə barədə cild-cild əsərləri də nəzərə alsaq, deyə bilərik ki, Heydər Əliyev qəlblərdə yaşayır, bəşəriyyətə düzgün yol göstərir.
Xeyirlə şərin, haqq ilə nahaqqın həmişə yanaşı yaşadığı ictimai-siyasi mühitdə Heydər Əliyevə qarşı insanlığa sığışmayan haqsızlıqlar da olub. Şər qüvvələr Onun fiziki məhvinə qədər planlar qurub. Bunların hamısından həmişə qalib çıxan Ulu öndər belə demişdi: “Məni Allah qoruyur!”
Heydər Əliyev heç kəsin qarşısında əyilmədi, qürurunu, qəhrəmanlığını qoruyub ömrünün sonuna qədər saxladı. Xəyanətkarlar Onun qarşısında diz çökdülər, üzr istədilər.
Bu gün bütün dünyanın informasiya vasitələri Heydər Əliyevin quruculuq-yaradıcılıq fəaliyyətindən, sağlam siyasətindən yazır, danışır. Siyasi xadimlər, dövlət başçıları Onun müdrikliyinə istinad edir.
Ölkəmizdə və xarici dövlətlərdə bu gün də Heydər Əliyevin xidmətlərini azaltmağa, hətta inkar etməyə, ağı qara kimi yazan, danışan qüvvələr var. Bunların yalan və böhtanların puçluğunu daim alt-üst etmək, həqiqətləri ictimaiyyətə faktlarla izah edib başa salmaq Heydər Əliyev irsinə sadiq olanların, ilk növbədə Yeni Azərbaycan Partiyasının, onun hər bir üzvünün müqəddəs borcu, vəzifəsidir. Tarixi, böyük insanın fikirlərini təhrif edənlərə dərhal düzgün cavablar verilməlidir ki, tariximiz saxtalaşdırılmasın, böyüyən nəsillər Heydər Əliyev barədə həqiqi, elmi tarix öyrənsinlər.
Ömrünün sonlarına yaxın “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” deyən böyük tarixi şəxsiyyətlə-Heydər Əliyevlə bütün dünya azərbaycanlılarının həmişə fəxr edəcəklərinə əminəm. Çünki XX əsrdə dünya azərbaycanlılarını birləşdirən, bu birliyi real həyata keçirmək üçün xüsusi hökumət qurumlarını yaradan da Heydər Əliyev olmuşdur.
Heydər Əliyevi XX əsrdə formalaşmış dünya siyasi və dövlət xadimlərinin heç biri ilə müqayisə etmək olmaz. Ona görə ki, Onun seçdiyi inkişaf yolu, məqsədə çatmaq üçün tətbiq etdiyi metodlar başqalarından çox fərqli, uğurlu, faydalı nəticələr verən yol və metodlar olub. Onun həyat yolu özü kimi nümunəvidir, həyatidir, əvəzsizdir.
Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə böyük təsir gücü olan, sistemli siyasi qüvvə - Yeni Azərbaycan Partiyasını yaratmaqla, siyasi sistemi dəyişdi.
“Cəbhə” və ondan törəyən yüzlərlə partiya və hərəkatların nəinki hər hansı birinin, hətta hamısının bir yerdə cəmiyyət həyatına təsir gücü, sistemi, nüfuzu yoxdur. Buna görə də, Yeni Azərbaycan Partiyası hazırda ümumxalq partiyasına çevrilib. Bu partiyanın gücü, mütəşəkkilliyi getdikcə artır, möhkəmlənir.
Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdarkən əvvəlki böyük xidmətləri ilə arxayınlaşmadı. Demokratik prinsiplərə uyğun hərtərəfli köklü islahatlar apardı. İslahatlar davam etməkdədir.
Müdriklər belə deyirlər:
* Hər yaxşıda bir pislik, hər pislikdə bir yaxşılıq elementi var.
* Hər yüksəlişdə bir enmə, hər enmədə bir yüksəliş nöqtəsi var.
* Hər dəqiqlikdə bir əyrilik, hər əyridə bir düzlük var.
* Hər yalanda bir doğruluq, hər doğruluqda bir yalan var.
* Hər böyük həqiqətin içərisində ən xırda həqiqət olmayanı, hər böyük pislik daxilindəki zərrə qədər yaxşılığı zərgər dəqiqliyi ilə seçmək hər kəsə nəsib olmur. Belə fərqləri yalnız böyük müdriklər ayırd edə bilir. Hər şeyi sağlam ağılla tənzimləyir.
XX əsrdə bu məsələləri qaydasına qoyan şəxs məhz Heydər Əlirza oğlu Əliyev olmuşdur.
XII əsrdə formalaşmış bədii və fəlsəfi təfəkkür nəhəngi böyük Nizami Gəncəvi, XIII əsrdə təbiət, riyaziyyat və cəmiyyət elmlərinin nəhəngi böyük Nəsrəddin Tusi Azərbaycan və bütün dünya xalqları üçün nə deməkdirsə, XX əsrin sağlam ictimai-siyasi və dövlət qurulucuğunda böyük Heydər Əliyev də o deməkdir.
Heydər Əliyev Azərbaycan xalqı, bütün dünya xalqları üçün o qədər zəngin, təcrübədə dəfələrlə sınanmış elmi-nəzəri irs qoyub getmişdir ki, XX əsrdə heç kəs bu yolu keçə bilməmişdir. Bu yol Ulu öndərin cismani və ictimai-siyasi varisi, dünyada öz zəkası, qətiyyəti ilə seçilən İlham Heydər oğlu Əliyev tərəfindən 10 ildir ki, uğurla davam etdirilir, növbəti 5 il də davam etdiriləcək.
Heydər Əliyev 10 ildir ki, yaşadığımız işıqlı dünyadan haqq dünyasına - xeyirxah insanların, müdriklərin əbədi uyuduğu cənnətə köçmüşdür. Allah Ona rəhmət eləsin, qəbri nurla dolsun!
Allahdan bir diləyim də var: Bizdən sonra gələn nəsillərimiz üçün Heydər Əliyevin həyat məktəbi, elmi-nəzəri irs xəzinəsi onlar üçün əlçatan, olsun düzgün dərk edilsin, milli və ümumbəşəri dəyərlər kimi həmişə qorunsun, səmərəli istifadə edilsin. İnşallah, belə də olacaq.
Heydər Əliyevin anım gününün yüz milyonlarla insanlar tərəfindən qeyd olunması həqiqətin dönə-dönə etirafı, dərki kimi başa düşülməlidir.
İnsanın doğuluşu-dünyadan köçməsi pozulmaz, qarşısı alına bilməyən dünya qanunudur.
Lakin bu 2 an arasındakı insan beyninin və əməllərinin nəticəsi əbədi qalandır. Xoşbəxt o adamdır ki, onun beyninin məhsulu, xeyirxah əməlləri insanlığın inkişafında əvəzsiz mənbə olur. Heydər Əliyev belə xoşbəxtlərdən biri olmuşdur.
Zahid Qaralov
Yeni Azərbaycan Partiyası
İdarə Heyətinin üzvü,
Səbail rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 1032 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31