Azərbaycan ən az xarici borcu olan dövlətlərdən biridir
07.02.2014 [09:22]
Prezident İlham Əliyev: Hesab edirəm ki, bu da dünya miqyasında, ən yüksək göstəricidir. Bu, onu göstərir ki, biz iqtisadi siyasətimizi çox böyük dəqiqliklə, həssaslıqla aparırıq
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin hərtərəfli inkişafının təməlini qoyub. Son 10 ilin göstəricilərindən də göründüyü kimi, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən Azərbaycan bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Bu nailiyyətlərin əldə edilməsində regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının da müstəsna rolu danılmazdır. Ölkəmizdə başa çatan iki Dövlət Proqramı regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına, sosial obyektlərin tikilməsinə səbəb olub. Nəticədə, 10 il ərzində ümumi daxili məhsul (ÜDM) 3,4, qeyri-neft sektoru 2,6, yatırılan investisiyalar 6,5, əhalinin gəlirləri 6,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enib, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb və 1,2 milyondan çox yeni iş yeri yaradılıb ki, bunun da 900 mini daimidir.
Son dövrlərdə Azərbaycanda neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində əhəmiyyətli və ardıcıl layihələr həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi olaraq son 10 ildə ölkə sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub. Təbii ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına da ciddi təkan verib. Bu dövrdə sənaye sahəsinə 40 milyard manatdan çox investisiya yatırılıb, müasir tələblərə uyğun rəqabətqabiliyyətli sənayenin yaradılmasına yönəldilmiş tədbirlər real nəticələrini verib. Hesabat dövründə regionlarda ümumi məhsul istehsalı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artıb. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəricilərdən daha yüksək olub. Təsadüfi deyil ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir ki, bu da təqdirəlayiq haldır.
Bütövlükdə, regionların inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də, ölkəmizin inkişafında bir dönüş nöqtəsi olub, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə verib. Ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb. Azərbaycanda həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə dərin zəmin yaradıb. İnflyasiya birrəqəmli səviyyədə qalıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıb. Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 2013-cü ilin yekununa görə 70 faizə yaxındır. Bu da təqribən 3 illik mal və xidmətlərin idxalına kifayət edir. Bu, inkişaf etmiş dövlətlər içərisində ən yaxşı göstəricidir. İnkişaf etmiş ölkələrin (İEÖ) böyük əksəriyyətində strateji valyuta ehtiyatlarının həcmi ÜDM-in 24-30 faizini təşkil edir. Neftlə zəngin olan ərəb ölkələrində isə bu rəqəm təxminən 45 faizə bərabərdir. Demək, Azərbaycan hazırda valyuta rezervlərinin real artımı və həcminə görə, dünyada ən yaxşı göstəriciyə malikdir. Qeyd olunan faktor, yəni güclü maliyyə-valyuta rezervləri ölkənin davamlı inkişafı üçün uzunmüddətli zəmanətdir.
Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü makroiqtisadi bufer formalaşdıran amildir. Azərbaycan hazırda strateji valyuta ehtiyatlarının həcminə görə, regionda ən yaxşı göstəriciyə malikdir. Ölkəmiz valyuta rezervlərinin həcminə görə, Gürcüstanı 20 dəfə, Ermənistanı isə 29 dəfə üstələyir.
Onu da qeyd edək ki, güclü valyuta ehtiyatları hər bir ölkənin inkişafını təmin etməklə bərabər, həm də onun xarici borc müqabilində etibarlı makroiqtisadi sabitliyini möhkəmləndirir. Beləliklə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. Bu gün Azərbaycan hökuməti qlobal risklərin qarşısını almaq üçün yetərincə manevr imkanlarına malikdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ÜDM-nin təqribən 8 faizni təşkil edir, valyuta ehtiyatları isə xarici dövlət borcunu 9 dəfə üstələyir. Azərbaycanın valyuta ehtiyatlarının xarici borc göstəricisini üstələməsi ölkəmizin etibarlı makroiqtisadi sabitliyinin ən başlıca göstəricilərindən biri hesab oluna bilər. Halbuki, MDB regionunda əksər ölkələrin xarici borcu onların valyuta ehtiyatlarına bərabərdir, hətta bəzən çoxdur. Yeri gəlmişkən, fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci bir ölkənin olmadığını bildirib: “Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır. Xarici dövlət borcumuz 8 faiz təşkil edir. Hesab edirəm ki, bu da dünya miqyasında, ən yüksək göstəricidir. Bu, onu göstərir ki, biz iqtisadi siyasətimizi çox böyük dəqiqliklə, həssaslıqla aparırıq. Qoyulan investisiyalar ya xaricdən cəlb edilən investisiyalardır, ya da ki, dövlət büdcəsindən ayrılan, o cümlədən, Dövlət Neft Fondunun hesabına qoyulan vəsaitdir. Yəni, biz beynəlxalq maliyyə bazarlarından maliyyə resursları cəlb etməmişik. Yəni, onları çox aşağı səviyyədə cəlb etmişik ki, ölkə borclanmasın. Bu gün inkişaf etmiş ölkələrdə bu göstərici 100 faizdən də çoxdur. Ancaq Azərbaycanda 8 faizdir. Misal üçün, xarici dövlət borcunun 50 faizi ümumi daxili məhsula nisbətdə məqbul hesab edilir. Biz hazırda 30 milyard dollar kredit resurslarını alsaq, yenə də bu göstərici ən yüksək səviyyədə olacaqdır. Yəni, bu, Azərbaycanın iqtisadi potensialını əyani şəkildə göstərən amildir. Gələcək illərdə xarici borcun aşağı səviyyədə saxlanması hesab edirəm ki, düzgün siyasət olacaqdır”.
Qeyd edək ki, ekspertlərin fikrincə, əgər dünya dövlətləri əvvəllər, sadəcə, müxtəlif layihələri həyata keçirmək üçün məcburən xarici borclar alırdılarsa, müasir dövrdə belə vəsaitlər iqtisadi inkişafın maliyyələşdirilməsində əsas mənbələrdən sayılır. Lakin sırf büdcə kəsirinin örtülməsi məqsədilə, xarici mənbələrdən müntəzəm şəkildə kreditlərin cəlb edilməsi, həmçinin, xarici borcların müəyyən limiti keçməsi təhlükəli hal kimi qarşılanır. Xarici borcun həcminin ixracda 200 faizdən, ÜDM-də 40 faizdən çox olması böhranlı vəziyyət kimi səciyyələndirilir. Azərbaycan hökuməti xarici mənbələrdən cəlb olunan maliyyə vəsaitlərini büdcə kəsirini örtməyə deyil, müasir infrastrukturun formalaşdırılması yolu ilə investisiya mühitini yaxşılaşdırmağa yönəldir. Qlobal iqtisadi böhranla bağlı bir sıra ölkələrin xarici borclarının pik həddinə çatması onları sosial və investisiyayönümlü layihələri qeyri-müəyyən müddətə təxirə salmaq məcburiyyətində qoyub. Xüsusən də, Avropa ölkələrində dövlətin xarici borcunun ödənilməsinin ağırlığı vətəndaşların çiyninə düşür. Müəssisələr bağlanır, işsizlər çoxalır, vergilər artırılır, sosial ödənişlər azaldılır. Azərbaycan isə bunun əksinə olaraq, həmin sahələrə dövlət əsaslı kapital qoyuluşlarının həcmini, sosialyönümlü xərcləri ildən-ilə artırır.
SEVİNC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58

