Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
19.02.2014 [09:20]
Fevralın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) “Xocalı soyqırımı xalqın əbədi yaddaşıdır. Xocalıya ədalət!” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Qurani-Kərimdən ayələrin oxunması ilə başlanan tədbirdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Xocalı faciəsi - XX əsrin ən dəhşətli faciəsi və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktı törədiblər. Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarətlər yetirilib, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalıb.
A.Paşazadə vurğulayıb ki, Xocalı faciəsinə yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib, bu kütləvi və amansız qırğın aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət və bəşər tarixinə qara ləkə kimi qiymətləndirilib.
Prezident İlham Əliyevin ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki səylərini qeyd edən A.Paşazadə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə dünyanın 100-dən çox ölkəsində tədbirlərin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox dövlətlərdə “Xocalıya ədalət!” kampaniyasının həyata keçirildiyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov çıxış edərək 22 əvvəl o müdhiş gecədə baş vermiş qanlı hadisələri bir daha xatırladıb, faciənin acı nəticələri barədə danışıb. Xocalı faciəsinin bəşər tarixinin ən qanlı cinayətlərindən biri olduğunu bildirən E.İskəndərov dünya ictimaiyyətinin bu qətliama siyasi-hüquqi qiymət verməsinin zəruriliyini vurğulayıb.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatı Flora Qasımova, Bakı Dövlət Universitetinin professoru Rüstəm Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Azərbaycanın Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və başqaları çıxış edərək erməni cəlladlarının və onların havadarlarının Xocalıda törətdikləri qırğının XX əsrin ən qanlı faciələrindən biri olduğunu bildiriblər. Vurğulanıb ki, xalqımız Xocalı faciəsini heç zaman unutmayacaq və bu qətliam hər bir azərbaycanlının qan yaddaşında daim həkk olunacaq.
Tədbirdə Allahşükür Paşazadənin Xocalı faciəsi ilə əlaqədar dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciəti oxunub.
Müraciətdə deyilir ki, ümumbəşəri dəyərlərə zidd olan zorakılıq, təcavüz, qətliam kimi cinayət əməllərinə heç bir cəmiyyət, heç bir din haqq qazandırmır. Tarixi gerçəklik ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini erməni qəsbkarlarının qəfil və amansız basqınına məruz qalıb, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmayıb. Bundan başqa, 150 nəfər itkin düşüb, 1275 insan əsir götürülərək ağır işgəncələrə məruz qalıb, cəsədlər üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib.
Bildirilir ki, zaman-zaman xalqımıza qarşı etnik təmizləmə, fiziki və maddi-mənəvi terror gerçəkləşdirən erməni ekstremistləri Azərbaycan ərazisinin 20 faizini işğal edərək, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, qəsb etdikləri torpaqlarımızda vandalizm aktları həyata keçirib, tarixi, dini və mədəniyyət abidələrimizi xarabalığa çeviriblər. Təəssüf olsun ki, onlar törətdikləri cinayətlərə görə hələ də layiqli cəza almayıblar. Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı ermənilərin törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsidir.
Müraciətdə diqqətə çatdırılır ki, Azərbaycan illərdir Xocalı soyqırımının lazımi səviyyədə siyasi-hüquqi qiymətini alması, beynəlxalq miqyasda qınaq obyektinə çevrilməsi ilə bağlı müraciətlər edir. Ümidlərimizi artıran məqam isə bundan ibarətdir ki, artıq dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı soyqırımı həqiqətlərini tanımış və tanımaqdadır. Bu gün geniş vüsət alan “Xocalıya ədalət!” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında, haqqın və tarixi ədalətin bərpasında önəmli rol oynayır.
Müraciətdə deyilir ki, Qafqaz Müsəlmanları İdarəsi dünya ictimaiyyətini erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən təcavüzkar dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını - Xocalı soyqırımı faktını öz adı ilə çağırmağa və pisləməyə səsləyir.
Müraciətdə deyilir: “Biz, din xadimləri olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirik. Üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə tutaraq onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi-hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırırıq”.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23

