/ / Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb
22.02.2014 [13:33]
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika Respublikasına (CAR) ilk rəsmi səfəri çərçivəsində bu ölkənin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin naziri (xarici işlər naziri) xanım Nkoana Maşabane ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə Azərbaycan ilə CAR arasında siyasi, iqtisadi, mədəni və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov Azərbaycanın və CAR-ın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə iki ölkə arasında qurum çərçivəsində həyata keçirilmiş əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verən Elmar Məmmədyarov BMT TŞ-nin münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini və rəsmi Yerevanın öz təcavüzkar siyasətini bu gün də davam etdirdiyini vurğulayıb.
Nazir Azərbaycanın sosial-iqtisadi inkişafı və əldə etdiyi nailiyyətlər barədə də danışıb, ölkəmizin müxtəlif sahələrdə CAR ilə qarşılıqlı təcrübə mübadiləsi aparmağa hazır olduğunu bildirib və Nkoana Maşabaneni Azərbaycana səfərə dəvət edib.
N.Maşabane dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib, E.Məmmədyarovun CAR-a səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına güclü təkan verəcəyini diqqətə çatdırıb.
Görüşdə Nkoana Maşabane Prezident Ceykob Zumanın CAR-ın ordu günü ilə əlaqədar Blumfanteyn şəhərində olduğunu bildirib və ölkə başçısının Azərbaycan ilə əlaqələrin intensiv şəkildə inkişaf etdirilməsi əzmində olduğunu vurğulayıb.
Görüşdə Elmar Məmmədyarov və Nkoana Maşabane tərəfindən “Azərbaycan Respublikası Hökuməti və Cənubi Afrika Respublikası Hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında” Anlaşma Memorandumu imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

