Dubayda Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib
25.02.2014 [09:20]
Azərbaycan Respublikasının Dubaydakı baş konsulluğu tərəfindən Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.
Baş konsulluqdan AzərTAc-a bildiriblər ki, tədbirdə Qazaxıstanın baş konsulu Askar Şokibaev, Özbəkistanın baş konsulu Mansurbek Kılıçev, Qırğızıstanın baş konsulu Kuban Omuraliyev, Tacikistanın baş konsulu Abdurrahman Ayyubov, Türkiyənin baş konsulu vəzifəsini icra edən Harun Özdikiş, ABŞ konsulu Şennon Snip və digər ölkələrin Dubayda akkreditə olunmuş baş konsulluqlarının əməkdaşları, Azərbaycan təşkilatlarının və şirkətlərinin regional ofislərinin təmsilçiləri, BƏƏ-də işləyən və təhsil alan həmyerlilərimiz, azərbaycanlı və xarici mətbuat və ictimaiyyət nümayəndələri, o cümlədən Media Most yayım şirkətinin icraçı redaktoru Əliheydər Rzayev və ingilis dilində dərc edilən “National” qəzetinin redaktoru Frenk Keyn iştirak ediblər.
Tədbirin açılışında Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Daha sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Qarabağ Qazi azanı”nın təqdimatı olub. Təqdimat zamanı azanın sədası altında Xocalı soyqırımının qurbanlarının və erməni vəhşiliklərinin əks olunduğu fotoslayd nümayiş etdirilib.
Azərbaycan Respublikasının Dubaydakı baş konsulu Pərviz İsmayılzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində törətdikləri qətliam barədə geniş məlumat verib.
Xocalının işğalının misli görünməmiş qəddarlıqla müşayiət olunduğunu diqqətə çatdıran P.İsmayılzadə bir neçə saat ərzində 613 nəfərin, o cümlədən 106 qadın və 83 uşağın qətlə yetirildiyini, 56 nəfərin xüsusi qəddarlıqla öldürüldüyünü qeyd edib. Soyqırımı nəticəsində 487 nəfərin, o cümlədən 76 uşağın əlil olduğu, əsir götürülmüş 1275 nəfərdən 150 nəfərin taleyinin hələ də naməlum olduğunu bildirən baş konsul törədilmiş cinayətlərin səbəbkarlarının gec-tez qanun qarşısında cavab verəcəklərini bəyan edib.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” sənədli filmi və soyqırımı qurbanlarının fotoşəkillərindən ibarət sərgi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35

