YAP Beynəlxalq əlaqələr komissiyasının ilk iclası Xocalı soyqırımına həsr olunub
25.02.2014 [09:43]
Tədbir iştirakçıları Xocalı soyqırımının dünyada tanıdılması və bu cinayətin törədilməsində əli olanların cəzalandırılması istiqamətində işlərin daha intensiv aparılmasının zəruriliyini vurğulayıblar
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının ilk toplantısı keçirilib. Tədbirdə YAP Beynəlxalq əlaqələr komissiyasının üzvləri - Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov və Bahar Muradova, millət vəkilləri Səməd Seyidov, Eldar İbrahimov və digərləri, eləcə də, Komissiyanın ekspertləri, Yeni Azərbaycan Partiyasının üzvləri, gənc fəallar iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədr müavini, YAP Beynəlxalq əlaqələr komissiyasının sədri Bahar Muradova bildirib ki, Komissiyanın ilk toplantısı Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunub: “Bu tədbirin Xocalı soyqırımının ildönümü ərəfəsində keçirilməsinin əsas məqsədi soyqırımına növbəti dəfə münasibət bildirməkdir”.
Vitse-spiker deyib ki, Ermənistan bu günə kimi Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayır: “Çox təəssüf ki, dünya birliyi bu ədalətsizliyə hələ də göz yumur. Ancaq Azərbaycan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində faciə ilə bağlı həqiqətləri dünyaya çatdırır”.
Komissiya sədri bildirib ki, bu gün Azərbaycanı münaqişəni sülh yolu ilə, güc tətbiq etmədən həll etməyə çağıran beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmirlər. Onun sözlərinə görə, Ermənistan tərəfinin bu günədək beynəlxalq hüquq normalarını pozmaqda davam etməsinə baxmayaraq, beynəlxalq dairələr işğalçı dövlətə qarşı hər hansı addım atmırlar: “22 il öncə Xocalı sakinləri də yalnız azərbaycanlı olduqları üçün ermənilər tərəfindən qətlə yetiriliblər. Biz ən müxtəlif səviyyələrdə bu məsələni qaldırırıq. Amma Ermənistan bu günədək beynəlxalq hüquq normalarını pozmaqda davam edir”.
Azərbaycanın hücum diplomatiyasını davam etdirdiyini deyən B.Muradova Xocalı soyqırımının bütün dünyada tanıdılması və ədalətin bərpa edilməsi naminə gənclərin daha fəal çalışmalı olduqlarını da vurğulayıb.
Tədbirdə çıxış edən millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Xocalı soyqırımını “sağalmaz yara” adlandıraraq, Azərbaycan xalqının bu faciəni heç bir zaman unutmayacağını bildirib: “Azərbaycanın mövqeyi, gücü, beynəlxalq səviyyədə olan rolu və gördüyü işlər sayəsində vətəndaşlarımıza qarşı törədilən soyqırımını bütün dünyaya çatdırmaq istiqamətində böyük işlər görülüb. Artıq bu gün Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətdə kifayət qədər məlumatlar var. Ancaq bizim məqsədimiz yalnız məlumatları çatdırmaq deyil. Bizim əsas məqsədimiz Azərbaycan torpaqlarını işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri öz yurdlarına qaytarmaq, cinayətkarları ədalət məhkəməsinə çağıraraq onları bütün dünya qarşısında cəzalandırmaqdır. Ona görə də, bu gün həm Azərbaycanda, həm də bütün dünyada Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir. Bu, bizim üçün çox vacib və əhəmiyyətli məsələdir. Çünki Xocalı soyqırımı Dağlıq Qarabağ müharibəsinin faciəvi səhifələrindən biridir”.
Milli Məclis sədrinin birinci müavini, YAP-ın Beynəlxalq əlaqələr komissiyasının üzvü Ziyafət Əsgərov isə çıxışında bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması siyasətinin təməlini Ümummilli lider Heydər Əliyev qoyub. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi, siyasi və hərbi gücü artdıqca, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır.
Z.Əsgərov deyib ki, ATƏT-in Minsk qrupu ölü təşkilatdır və heç bir əhəmiyyəti yoxdur. Ona görə də, bu münaqişənin həlli Azərbaycanın güclənməsindən keçir.
Vitse-spiker soyqırımına məruz qalmış soydaşlarımızın qatillərinin cəzalandırılmasının zəruriliyini söyləyib. Bu soyqırımı 1948-ci il dekabrın 9-da qəbul olunmuş genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması ilə bağlı konvensiyaya tamamilə uyğun gəlir. Konvensiyada göstərilir ki, soyqırımı müəyyən etnik qrupa mənsub insanların qırılmasıdır. Xocalıda da insanları məhz azərbaycanlı olduqlarına görə qırdılar.
Z.Əsəgrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qərarlar, həmçinin, Avropa İttifaqının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının qərarları var: “Getdikcə ayrı-ayrı dövlətlər Xocalıda azərbaycanlılara qarşı soyqırım törədilməsi ilə bağlı qətnamələr qəbul edirlər. Hesab edirəm ki, bu proses davam edəcək. Çünki Azərbaycan bu məsələdə informasiya blokadasını yarıb. Bütün dünya da artıq başa düşür ki, həqiqətən də belə bir faciə, soyqırımı baş verib və bu genosidə qiymət vermək, onu qəbul etmək lazımdır. Bundan sonrakı mərhələdə isə beynəlxalq məhkəmədə cinayətkarların cəzalandırılması məsələsini qoymalıyıq və mütləq qoyacağıq”.
Beynəlxalq əlaqələr komissiyasının eksperti, politoloq Elman Nəsirov Xocalı soyqırımını beynəlxalq terrorizm aktı adlandırmağın da mümkün olduğunu deyib. Onun fikrincə, ermənilər bu qətliamı törədərkən etnik təmizləmə ilə yanaşı, Azərbaycan əhalisi arasında qorxu yaratmaq məqsədini də güdüblər. Siyasi ekspert Xocalı soyqırımının dünyada tanıdılması tədbirlərindən biri kimi, müxtəlif ölkələrin ombudsmanlarının bir araya gətirilməsini təklif edib.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva partiya gənclərinin Xocalı soyqırımının dünyada tanıdılmasında, “Xocalıya ədalət!” kampaniyasının keçirilməsində fəal iştirak etdiklərini deyib. Onun sözlərinə görə, YAP Gənclər Birliyinin üzvləri ABŞ, Fransa, Almaniya və İtaliyanın dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin elektron ünvanlarına soyqırımı həqiqətlərini əks etdirən və bu cinayətə siyasi, hüquqi qiymətin verilməsini tələb edən məktublar göndəriblər.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı çıxışında Xocalı soyqırımını insanlığa qarşı törədilmiş ağır cinayət adlandırıb. Onun sözlərinə görə, bu cinayəti törədənlərin cəzalandırılmasına nail olmaq üçün Azərbaycan daha da güclənməli, cəmiyyətimiz isə dövlət başçısına dəstək olmalıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli isə Azərbaycanda Xocalı soyqırımına həsr olunan minlərlə elmi əsərlərin, məqalələrin ədəbiyyat sahəsində şeirlərin, poemaların, romanın yazıldığını bildirib.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34

