“Xocalıya ədalət!” əslində “Azərbaycana ədalət!” deməkdir
26.02.2014 [09:53]
Fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və professor Rövşən Vəlizadənin birgə qələmə aldıqları “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyinin təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, nazirliklərin və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri, alimlər, KİV nümayəndələri iştirak ediblər.
“Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə nəşri olan bu kitablar “Xocalıya ədalət!” kampaniyasının beş illiyinə həsr edilib.
Kitablar nəşrə hazırlanarkən Azərbaycan Respublikası Baş Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə yaratdıqları istintaq qrupunun materiallarından və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fotoarxivindəki şəkillərdən istifadə edilib.
Tədbirdə nəşrin baş elmi məsləhətçisi, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Azərbaycan Prezidenti İlham Əliyevin “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında 2014-cü il 13 fevral tarixli Sərəncamının əhəmiyyətini qeyd edib. İnstitutun direktoru bildirib ki, Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu işdə UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri xüsusi qeyd olunub.
Vurğulanıb ki, “Xocalıya ədalət!” kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilib. Faciənin mənəvi və siyasi-hüquqi müstəvidə tanınmasına yönəlmiş bu kampaniya hazırda dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilməkdədir. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir və bu faciə haqqında obyektiv məlumatların bütün dünya ictimaiyyətinə yetərincə çatdırılması çox vacibdir. A.Mustafayeva “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının məhz bu baxımdan böyük əhəmiyyət daşıdığını bildirib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, “Xocalıya ədalət!” əslində “Azərbaycana ədalət!” deməkdir. Ulu öndər Heydər Əliyevin ümummilli istiqamətdə gördüyü ən vacib işlərdən biri erməni quldurları tərəfindən Xocalı şəhərində törədilmiş hadisələrə düzgün qiymət verilməsi və dünya ictimaiyyətinə çatdırılması olub.
F.Heydərov Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində ikicildliyin nəşrini və təqdimatını yüksək qiymətləndirib, müəlliflərə səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova vurğulayıb ki, Xocalı Azərbaycan xalqının daim qanayan yarasıdır. Bu yara o zaman sağalacaqdır ki, onun səbəbkarları tarixin ədalət məhkəməsində layiqli cəzalarını alsınlar. B.Muradova “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən ölçüyəgəlməz işlərdən danışaraq deyib ki, Xocalı faciəsini dünyada soyqırımı kimi tanıtmaq həqiqətdə dünya erməniçiliyinin Vətənimizə və millətimizə qarşı onillər boyu apardığı soyqırımı siyasətinin anatomiyasını açmaqdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində böyük əhəmiyyət kəsb edən növbəti addım olduğunu bildirib, müəlliflərin bu sahədəki fəaliyyətini təqdirəlayiq hesab edib. Qeyd olunub ki, ikicildlikdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən geniş söhbət açılır. Akademik ikicildliyin xaricə dillərdə nəşrinin və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini, nəşrin elmi redaktoru Cəbi Bəhramov bildirib ki, ikicildlikdə çox mühüm siyasi sənədlər toplanıb. Bu nəşrlərdə beynəlxalq terrorizmin bir qolu olan erməni terror təşkilatlarının Azərbaycan torpaqlarında tarixin müxtəlif dövrlərində, xüsusilə XX əsrin sonlarında Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğından, vəhşilikdən, soyqırımından bəhs edilir.
Kitabın müəlliflərindən biri, Əməkdar Jurnalist Vasif Səmədov bildirib ki, “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Təqdim edilən kitablar bu modelin böyüklüyünü və əhəmiyyətini dərk etməkdə və gələcək mübarizələr və qələbələr üçün lazımi nəticələr çıxarmağa kömək edəcək.
Nəşrin həmmüəllifi, AMEA-nın İnsan Hüquqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadə “Xocalıya ədalət!” çağırışının düzgün seçildiyini qeyd edib. Bildirib ki, artıq erməni təbliğat maşını “Xocalıya ədalət!”in qarşısında dayana bilmir. Bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran “Xocalıya ədalət!” adlı mənəvi bir cəbhə mövcuddur. Terror və amansızlıq mövcud olduğu müddətdə bu ideoloji cəbhə də yaşayacaq.
Sonda “Xocalıya ədalət!” kampaniyasına həsr olunmuş qısa videofilm nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24

