Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Səsləndirilən iddialar tamamilə cəfəngiyatdır

Siyavuş Novruzov: Səsləndirilən iddialar tamamilə cəfəngiyatdır

06.03.2014 [09:43]

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahının guya partladılmasına dair iddialara münasibət bildirib.
Trend-in məlumatına görə, S.Novruzov jurnalistlərə deyib ki, sözügedən məsələ ətrafında səsləndirilən iddialar tamamilə cəfəngiyatdır: “Ayrı-ayrı idarə və müəssisələrdə, yaşayış mənzillərində də belə hallar baş verir ki, bu da səhlənkarlıqdan irəli gəlir. Bunlar da belə bir səhlənkarlıq edib və bu hadisə baş verib”.
S.Novruzov qeyd edib ki, əslində burada məqsəd AXCP-nin özünü qorumasıdır: “Yəni, qəzalı vəziyyətdə olmasınlar, qəzasız bir yer tapıb orada fəaliyyət göstərsinlər. Bir daha söyləyirəm ki, burada qeyri-adi heç nə yoxdur, sadəcə olaraq təhlükəsizlik məsələlərini həll etmək lazımdır”.

Paylaş:
Baxılıb: 847 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31