Dini təriqətlərin fəaliyyəti qanunvericiliyə uyğun olmalıdır
12.03.2014 [09:37]
Ölkəmizdə din pərdəsi arxasında gizlənərək qeyri-qanuni və təxribatçı fəaliyyətlə məşğul olan qruplara qarşı təxirəsalınmaz tədbirlər görülür
Məlum olduğu kimi Azərbaycan müxtəlif dinlərin təmsilçilərinin mehriban şəraitdə yaşadığı ən tolerant ölkələrdən biridir. Fərqli dinlərə mənsub insanların çoxluğu Azərbaycan dövləti və xalqı üçün problem deyil, əksinə, zəngin xəzinədir ki, onu da insanlarımız bu günədək qoruyub saxlayıblar. Tarix boyu baş vermiş müharibələrdə, mürəkkəb siyasi situasiyalarda ölkəmizdə yaşayan müxtəlif dinin daşıyıcıları bir-birinə dəstək verib, ümumi düşmənə qarşı bir səngərdə vuruşublar. Məhz bu özəlliyilə Azərbaycan sözün həqiqi mənasında dünyanın digər çoxkonfessiyalı ölkələri üçün nümunə təşkil edir.
Hələ 1995-ci ildə respublikamızın Konstitusiyası qəbul edilərkən, orada öz əksini tapmış maddələr bu sərvətimizin daha etibarlı qorunmasına münbit şərait yaratdı. Bununla da, Azərbaycanda müxtəlif dinlərin və ya etnosların nümayəndələrinin hüquqlarının dövlət səviyyəsində qorunmasına hüquqi təminat ən ali səviyyədə təşkil olundu. Konstitusiyanın 18-ci maddəsinin I və II bəndlərinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Bununla yanaşı, ali qanunun 48-ci maddəsinin I və II bəndlərinə görə, hər kəsin vicdan azadlığı və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Bu maddələr onu göstərir ki, Azərbaycan dövləti onun ərazisində yaşayan insanların hər birinin hüquqlarını qoruyur və onları müxtəlif təhlükələrdən müdafiə edir. Eyni zamanda, “Dini etiqad azadlığı haqqında” Qanun mövcuddur ki, bu sənəd özündə dini sahədə fəaliyyətin hüquqi prinsiplərini ehtiva edir. Sözügedən qanunvericilik bazası əsasında isə din-dövlət münasibətlərinin tənzimlənməsi, ölkədə dini durumun öyrənilməsi və təhlil olunması istiqamətində zəruri addımlar atılır. Eyni zamanda, bu sahədə məlumat bazasının zənginləşdirilməsi, dini icmalara və dini təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər təqdirolunasıdır. Qeyri-islam dini icmalarla qarşılıqlı anlaşma şəraitində işgüzar münasibət qurulub. Hazırda bütün konfessiyalar ölkə qanunlarına uyğun şəkildə fəaliyət göstərir. Amma bütün bunlar, din pərdəsi altında müxtəlif təxribatçı fəaliyyətlər sərgiləməyə əsas vermir.
Həmçinin, dövlətin müvafiq strukturları radikal cərəyan və təriqətlərin fəaliyyətinin aşkarlanması, yol verilən neqativ halların aradan qaldırılması, dini icmaların dövlət qeydiyyatına alınması, dini bayram və mərasimlərin müasir tələblərə uyğun həyata keçirilməsi yönündə zəruri işlər həyata keçirməkdədir. Eyni zamanda, bəzi dini qrupların qeyri-qanuni fəaliyyətinə qarşı ciddi tədbirlər görülür. O cümlədən, müvafiq qurumlar tərəfindən zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması işi müntəzəm olaraq davam etdirilir. Məlumat üçün bildirək ki, təkcə 2013-cü ildə 1688 adda dini məzmunlu ədəbiyyata baxılaraq dini dözümsüzlüyü, ayrıseçkiliyi və radikallığı təbliğ edən 29 adda kitabın ölkəyə idxalı məqsədəuyğun sayılmayıb. Ölkədə çap olunmaq məqsədilə dinşünaslıq ekspertizasına 209 adda dini ədəbiyyat təqdim olunub, onlardan 4-də dini dözümsüzlüyü təbliğ edən fikirlər olduğundan çapına razılıq verilməyib. Eyni zamanda, qanunsuz dini təbliğatla məşğul olan 88 nəfər barədə hüquqi məsuliyyət tədbirləri görülüb, habelə istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmamış 1817 ədəd dini ədəbiyyat, 654 broşüra və 1288 ədəd kompakt disk aşkarlanaraq götürülüb.
Hüquq-mühafizə orqanlarının məlumatında o da bildirilirdi ki, ötən il Bakı şəhərində fəaliyyət göstərən dini icmanın rəhbərinə sui-qəsd planlaşdırılan dini ekstremist qrup üzvlərinin terrorçuluğa hazırlıq cəhdlərinin qarşısı alınıb, onlardan külli miqdarda odlu silah və döyüş sursatı götürülüb. Həmçinin, keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.
Əlbəttə ki, bütün bunlarla yanaşı, bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi sitiqamətində iş aparılır. Bu baxımdan, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi məsələsi əhəmiyyətlidir. Məlum olduğu kimi, sözügedən qanuna bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur. Qeyd edək ki, ölkəmiz terrorçuluğa qarşı mübarizə ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edib, 15-dək müvafiq beynəlxalq konvensiyaya qoşulub. Lakin bu gün dünyada silahlı münaqişə ocaqlarında baş verən proseslər, vətəndaşlarımızın ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb olunması halları qanuna əlavələr edilməsi zərurətini yaradır. Milli maraqlarımıza zidd olan belə halların qarşısını almaq üçün daha təsirli tədbirlər görülməlidir ki, qanuna edilən əlavələr də bunun üçün əsas yaradacaq. Ümumilikdə, ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməyə və bu münaqişələrə cəlb etməyə, həmin məqsədlə sabit qrup yaratmağa, terrorçuluğa açıq çağırışlar səsləndirməyə, təlim keçməyə görə ciddi cəzalar tətbiq olunacaq. Qanunda edilən dəyişikliklərin əsas məqsədi terrorçuluqla mübarizədə görülən tədbirlərin səmərəliliyinin artırılmasıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

